UEFA

Çempionlar liqasında qollar sel kimi yağdı

25
İlk oyun günündə 8 görüş keçirilib.

BAKI, 9 dek — Sputnik. Çempionlar Liqasının qrup mərhələsində son turun oyunlarına start verilib.

İlk oyun günündə 8 görüş keçirilib. Nəticələr aşağıdakı kimidir:

A qrupu

PSJ (Fransa) — "Şaxtyor" (Ukrayna) — 2:0
Qol: Lukas, 57, İbrahimoviç, 86

"Real" (Madrid, İspaniya) — "Malmö" (İsveç) — 8:0
Qollar: Benzema, 12, 24, Ronaldo, 39, 47, 50, 59, Kovaçiç, 70, Benzema, 74

B qrupu

"Volfsburq" (Almaniya) — "Mançester Yunayted" (İngiltərə) — 3:2
Qollar: Martial, 10 (1:0), Naldo, 14(1:1), Vierinyo, 29 (2:1),Gilavogi, 82 (2:2), Naldo, 86 (3:2)

PSV (Hollandiya) — MOİK (Moskva, Rusiya) — 2:1
Qollar:Zaqoev, 76 (1:0), De yonq, 78, (1:1), Propper, 85 (2:1)

C qrupu

"Benfika" (Portuqaliya) — "Atletiko" (İspaniya) — 1:2
Qollar: Nigez, 33 (0:1), Vietto, 55 (0:2), Mitroğlu, 75 (1:2)

"Qalatasaray" (Türkiyə) — "Astana" (Qazaxıstan) — 1:1
Qollar: Tvumasi, 62 (0:1), Selcuq, 64 (1:1)

D qrupu

"Mançester Siti" (İngiltərə) — "Borussiya" (Münhenqladbax, Almaniya) — 4:2
Qollar: Silva, 16 (1:0), Korb, 19 (1:1), Rafael, 43 (1:2), Sterlinq, 80 (2:2), 81, (3:2), Boni, 85 (4:2)

"Sevilya" (İspaniya) — "Yuventus" (İtaliya) — 1:0
Qol: Llorente, 65 

25
Hakim, arxiv şəkli

AVRO-2020-nin hakimləri açıqlandı - SİYAHI

5
(Yenilənib 22:05 21.04.2021)
Türkiyəli tanınmış futbol hakimi Cüneyt Çakır da UEFA-2020-nin oyunlarını idarə edəcək referilər sırasındadır.

BAKI, 21 aprel - Sputnik. UEFA AVRO-2020-nin oyunlarını idarə edəcək baş hakimlərin adlarını açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, müvafiq siyahı UEFA-nın saytında dərc olunub. Hakimlərin siyahısı belədir:

Feliks Brıx (Almaniya)

Slavko Vinçiç (Sloveniya)

Orel Qrinfeld (İsrail)

Karlos Del Serro Qrande (İspaniya)

Artur Soareş Diaş (Portuqaliya)

Daniel Zibert (Almaniya)

Sergey Karasev (Rusiya)

Byorn Keypers (Niderland)

İştvan Kovaç (Rumıniya)

Danni Makkelli (Niderland)

Antoniu Mateu Laos (İspaniya)

Maykl Oliver (İngiltərə)

Daniele Orsato (İtaliya)

Entoni Teylor (İngiltərə)

Kleman Tyurpen (Fransa)

Ovidiu Xatseqan (Rumıniya)

Cüneyt Çakır (Türkiyə)

Andreas Ekberq (İsveç)

Bundan əlavə, mübadilə proqramı çərçivəsində ilk dəfə olaraq belə ranqlı yarışda Cənubi Amerikalı hakimlər də iştirak edəcəklər. Argentinalı referi Fernando Rapallini öz briqadası ilə AVRO-2020-nin oyunlarını idarə edəcək, ispan Xesus Xil Mansanonun başçılıq etdiyi briqada isə Amerika Kubokuna qatılacaq.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

5
Rövşən Binnətli

İdman şərhçisi: “Kim sənə səlahiyyət verib ki, belə bir bəyanat verirsən?!”

91
(Yenilənib 00:51 21.04.2021)
İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar
Rövşən Binnətli: “Superliqa futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”

UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

91
Teqlər:
klublar, UEFA, futbol
Rusiyada meşələr, arxiv şəkli

"İqlim üzrə Rusiya ilə əməkdaşlıq etmək lazımdır" nümayəndəsi

0
(Yenilənib 14:39 22.04.2021)
Əgər biz indi birgə işləməyə başlamasaq, nəticədə bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcəkdir.

BAKI, 22 aprel — Sputnik. Əgər Moskva və Brüssel indi iqlim üzrə işləməyə başlamasa, onda bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcək.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Rusyadakı səfiri Markus Ederer bildirib.

"Rusiyanın Aİ-dəki səfiri kimi mən əməkdaşlığın xeyrinə işləməyə hazıram. İqlim əməkdaşlığı ilə bağlı da. Əgər biz indi birgə işləməyə başlamasaq, nəticədə bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcək. Ona görə də gəlin birgə işləyək", - deyə Ederer "Rusiya və Avropa sabahkı dünyada" adlı videokonfransda çıxışı zamanı bildirib.

0