FIFA prezidenti Zepp Blatter

Blatter ölüm ayağında

119
FİFA-nın vəzifəsindən kənarlaşdırılmış prezidenti Yozef Blatter bu günlərdə ölüm ayağında olduğunu deyib.

BAKI, 23 noy — Sputnik. FİFA-nın vəzifəsindən kənarlaşdırılmış prezidenti Yozef Blatter bu günlərdə ölüm ayağında olduğunu deyib.

Blatter noyabrın əvvəlində xəstəxanada yatıb. Həkimlərin fikrincə, onun xəstəliyinin səbəbi emisional gərginlikdir. 79 yaşlı isveçrəli noyabrın 12-də xəstəxanadan evə buraxılıb.

"Mən ölümə çox yaxın idim. Mən oxuyan mələklər və tonqal yandıran İblisin arasında idim. Çox böyük təzyiq var idi. Bəzi məqamlarda cismim sadəcə "yox, kifayətdir" deyirdi. Lakin əgər siz psixoloji cəhətdən güclüsünüzsə, onda müqavimət göstərə bilərsiniz", — deyə Blatter bildirib.

119