Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Zinəddin Zidan bu kluba baş məşqçi keçəcək

© ecestaticosZinəddin Zidan
Zinəddin Zidan - Sputnik Azərbaycan
Abunə olmaq
“Kral klubu” rəhbərliyi hazırki məşqçi Rafael Benitesin işindən məmnun deyil.

BAKI, 20 noy – Sputnik. Yaxın dövrlərin əfsanəvi futbolçusu Zinəddin Zidan, İspaniyanın Real Madrid futbol klubuna baş məşqçi keçə bilər. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərə görə, “Kral klubu” rəhbərliyi hazırki məşqçi Rafael Benitesin işindən məmnun deyil.

İspaniyalı mütəxəssisin futbolçularla münasibəti və oyun üslubu rəhbərliyin ürəyincə deyil.

Futbolçular da dəfələrlə Benitesə hücum futbolu oynamaq istədiklərini bildiriblər. Hətta Kriştianu Ronaldo, Serxio Ramos və Qaret Beyl də taktika seçiminə görə baş məşqçiyə etirazlarını bildiriblər.

Buna görə də, Madrid klubu ən gec mövsümün sonunda Benitesi yola salıb, baş məşqçi postuna Zinəddin Zidanı gətirməyi planlaşdırır.

Xəbər lenti
0