FIFA

FİFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək

242
(Yenilənib 22:12 12.10.2015)
Oktyabrın 8-də FİFA-nın etika üzrə Komitəsi qurumun prezidenti Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platinini 90 gün müddətində vəzifələrindən kənarlaşdırıb.

BAKI, 10 okt — Sputnik. Oktyabrın 20-də FİFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

Sputnik-in məlumatına görə, bu barədə qurumun rəsmi saytında bildirilir.

Oktyabrın 8-də FİFA-nın etika üzrə Komitəsi qurumun prezidenti Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platinini 90 gün müddətində vəzifələrindən kənarlaşdırıb.

Qeyd olunur ki, adıçəkilən müddət 45 günədək uzadıla bilər.

FİFA prezidenti postuna seçkilər 2016-cı il, fevralın 26-da keçiriləcəyi planlaşdırılır.  

242