Neymar-Braziliyalı futbolçu

Braziliyalı ulduzun bank hesabları dondurulub

175
(Yenilənib 22:03 12.10.2015)
Braziliya məhkəməsi Neymarın aktivlərinə həbs qoyub.

BAKI, 26 sent-Sputnik. Braziliya məhkəməsi futbol ulduzu Neymarın aktivlərinə həbs qoyub.

Sputnik-in məlumatına görə, Braziliya yığmasının hücumçusu 2011-2013 illərdə vergi ödənişindən boyun qaçırmaqda şübhəli bilinir.

Məlumatda bildirilir ki, ulduz futbolçu "Barselona"ya transferindən qazandığı vəsaitdən ödəməli olduğu 16 milyon dollar vergini dövlətdən gizlədib.

Buna görə də, onun 48 milyon dollardan ibarət vəsaitinə həbs qoyulub.

 

175
Teqlər:
ulduz, Braziliya, Neymar, Barselona, bank, futbol, bank hesabının dondurulması, Barselona, Neymar, Braziliya
Bobbi Çarlton, arxiv şəkli

Daha bir canlı tarix əbədiyyətə qovuşdu

10
(Yenilənib 15:19 11.07.2020)
Cek Çarlton Britaniya yığmasının tərkibində qardaşı ilə birlikdə 1968-cı il Avropa çempionatının bürünc mükafatçısı və 1966-cı ildə dünya çempionu olub

BAKI, 11 iyul — Sputnik. Britaniya yığmasının keçmiş futbolçusu Bobbi Çarltonun böyük qardaşı Cek Çarlton 85 yaşında vəfat edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, idmançı uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bu barədə onun 23 il müddətində çalışdığı "Lids" futbol klubundan məlumat verilib.

Çarlton ümumilikdə 773 oyunda iştirak edib. Futbolçu Böyük Britaniya çempionatında, Böyük Britaniya Kubokunda, Böyük Britaniya superkibokunda, İngiltərə Liqa Kuboku və Sərgilər Kubokunda qələbə qazanıb.

O, böyük Britaniya yığmasının tərkibində qardaşı ilə birlikdə 1968-cı il Avropa çempionatının bürünc mükafatçısı və 1966-cı ildə dünya çempionu olub.

O eyni zamanda "Şeffild Uensdey", "Midlsbro" , "Nyukasel" klublarlnda məşqçi kimi çalışıb.

İrlandiya millisinin məşqçisi kimi komandanı 1990 və 1994-cü illər dünya çempionatlarının finallarına aparıb.

10
Canni De Byazi, arxiv şəkli

Tək gəlmir: de Byazi köməkçilərini gətirəcək

3
De Byazi AFFA ilə müqavilə imzalayacağı təqdirdə, həmyerliləri Benito Karbone və Klaudio Belluçi ona köməkçi təyin olunacaq

BAKI, 11 iyul – Sputnik. Azərbaycan millisinin baş məşqçisi postuna təyinatı gözlənilən Canni de Byazi ölkəmizə tək gəlməyəcək.

Sputnik Azərbaycan İtaliya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssisin məşqçilər korpusunda 2 italyan yer alacaq.

Artıq həmin şəxslərin adları da məlumdur. De Byazi AFFA ilə müqavilə imzalayacağı təqdirdə, həmyerliləri Benito Karbone və Klaudio Belluçi ona köməkçi təyin olunacaq. Hər iki mütəxəssis futbolçu karyerası ərzində İtaliyanın bir neçə yüksək liqa klubunun formasını geyinib. Karbone 2010, Belluççi isə 2014-cü ildə məşqçilik karyerasına başlayıb. 49 yaşlı Karbone son olaraq 2016/17 mövsümündə "Ternana"nın baş məşqçisi olub. 45 yaşlı Belliççi də aşağı liqa klublarında fəaliyyət göstərib. O, axırıncı dəfə 2018/19 mövsümündə "Albissola"ya rəhbərlik edib.

Qeyd edək ki, Arif Əsədov AFFA tərəfindən yığmaya yenidən köməkçi-məşqçi təyin olunub.

3
Asılılıqdan qurtulmağa yardım eden çip

Çip söhbəti reallığa çevrilir: Beynimizə mikroçip yerləşdirəcəklər

0
(Yenilənib 20:15 11.07.2020)
Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir

BAKI, 11 iyul — Sputnik. "Neuralink" neyrotexnologiya şirkətinin rəhbəri Elon Musk mikroçip ilə beynin idarə edilməsini həyata keçirən texnologiya haqqında yeni məlumatlar paylaşacaq.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Elon Musk gələn ay kompüteri birbaşa beyinə bağlayan "Neuralink" implant cihazlarının inkişafı ilə bağlı açıqlama verəcəyini deyib.

Qeyd edək ki, Musk bundan öncə "Neuralink" tərəfindən istehsal edilən beyin mikroçipinin meymunlar üzərində sınaqdan keçirildiyini, meymunun zehni ilə birbaşa kompüteri idarə etdiyini söyləmişdi. Musk bunun insanlar üzərində sınaqlarına 2020-ci ilin sonunda başlayacaqlarını açıqlamışdı.

Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir. Amma uzun müddətli hədəflərin nə olacağını birlikdə görəcəyik.

İnsanlarda istifadə edilməsi planlaşdırılan layihəyə görə, mikroçip qulağın arxasına yerləşdirilir və 4 kiçik elektroda birləşdirilir.

0