Elvin Mürsəliyev

Elvin Mürsəliyev Rio Olimpiadasına vəsiqə qazandı

15
(Yenilənib 10:53 08.09.2015)
Sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçirilir.

BAKI, 8 sen — Sputnik. Sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçirilir.

Sputnik-in Azərbaycan güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında ölkəmizi Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.

İlk yarış günündə 66, 75 və 98 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. 75 kq-da mübarizə aparan Elvin Mürsəliyev ilk olaraq Meksikadan Juan Angel Escobar, ardınca, Slovakiyadan Jure Kuhar, Rumıniyadan İlie Cojocari üzərində qələbə qazanıb. 1/4 finalda güləşçimiz Qırğızıstandan Atabek Azizbekov üzərində inamlı qələbə qazanmaqla yarımfinala yüksəlib. Bu qələbə həm də ölkəmizə 75 kq çəki dərəcəsində Olimpiya lisenziyası qazandırıb. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Roman Vlasova məğlub olsa da, bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Son rəqib Qazaxstanlı Dostjan Kartikov olacaq. Final görüşləri Bakı vaxtı ilə saat 7:30-dan etibarən başlayacaq.

Qeyd edək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.

15
Teqlər:
Rio Olimpiadası, güləş üzrə dünya çempionatı, Azərbaycan Güləş Federasiyası, Elvin Mürsəliyev, Las Veqas şəhəri, ABŞ, Amerika Birləşmiş Ştatları
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

0
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0

“Neftçi”nin keçmiş vitse-prezidenti COVID-19-dan vəfat etdi

30
(Yenilənib 14:19 12.07.2020)
“Neftçi” futbol klubunun keçmiş vitse-prezidenti İlqar Quluzadənin ölümünü Azərbaycan Cüdo Federasiyasının əməkdaşı təsdiqləyib

BAKI, 12 iyul — Sputnik. Bakının “Neftçi” futbol klubunun sabiq vitse-prezidenti İlqar Quluzadə koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.

Sputnik Azərbaycan bu barədə klubun mətbuat xidmətinə istinadla məlumat verir.

© Photo : REPORT
İlqar Quluzadə

“Neftçi”nin sabiq funksionerinin vəfatı barədə ilk dəfə Azərbaycan Cüdo Federasiyasının əməkdaşı Rahim Məhərrəmov sosial şəbəkədə yazaraq onun ölüm səbəbi kimi COVID-19-a yoluxmasını qeyd edib.

İ.Quluzadə 2008-ci ilin iyununadək “Neftçi”nin icraçı direktoru işləyib, 2009-cu ilin sentyabrınadək isə paytaxt klubunun vitse-prezidenti olub.

“Neftçi” klubu İ.Quluzadənin vəfatı ilə bağlı onun yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!

30
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Rusiya COVID-19-la mübarizə aparmaq üçün Azərbaycana həkim briqadası göndərdi
Azərbaycanda daha bir İcra Hakimiyyətində iki məsul işçi COVID-ə yoluxub
Hələ ikincini yola verməmişik, həkim artıq üçüncü dalğadan danışır
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Evi icazəsiz tərk edən COVID xəstəsinə cinayət işi açıldı