Pessoas passam perto do prédio da FIFA em Zurique em 27 de maio.

Azərbaycan yığması FİFA reytinqində 4 pillə geriləyib

14
(Yenilənib 14:57 03.09.2015)
Siyahıda dünyanın 209 yığması yer alıb.

BAKI, 3 sen — Sputnik. Bu gün milli komandaların növbəti FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması reytinq cədvəlində geriləyib.

Siyahıda dünyanın 209 yığması yer alıb. Sonuncu dəfə ötən ay açıqlanan cədvəllə müqayisədə bu dəfə bəzi dəyişikliklər baş verib. Bu da hesabat dövründə az sayda da olsa, qarşılaşmaların keçirilməsi ilə bağlıdı.

Dəyişikliklər Azərbaycan millisinə də təsir edib. Son 4 həftədə meydana çıxmayan komandamızın geriləyəcəyi gözlənilirdi. Elə də olub. Xal hesabı 302-dən 291-ə qədər azalan Robert Prosineçkinin yetirmələri 4 pillə geriləyərək, 110-cu pilləyə düşüb.

Millimiz və “qonşuları”

105-106 (104). Syerra-Leone — 304

105-106 (105). Antiqua və Barbuda – 304

107 (110). Salvador – 300

108 (108). Zimbabve — 298

109 (107). Litva — 294

110 (106). AZƏRBAYCAN – 291

111 (111). Namibiya – 284

112 (112) Bəhreyn — 281

113 (119). Kuba – 280

114 (113). Mavritaniya – 273

115 (114). Benin – 269

FİFA reytinqinin ilk “onluğ”unda da dəyişiklik diqqət çəkir. 8-ci olan İngiltərə 2 pillə geriləyibsə, Çili eyni qədər irəliləyib.

İlk “onluq”

1 (1). Argentina – 1442

2 (2). Belçika – 1269

3 (3). Almaniya – 1248

4 (4). Kolumbiya – 1224

5 (5). Braziliya – 1209

6 (6). Portuqaliya – 1186

7 (7). Rumıniya — 1176

8 (10). Çili – 1149

9 (9). Uels — 1146

10 (8). İngiltərə — 1143

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız İtaliya mövqeyini qoruyub. Bolqarıstanla Norveç isə öz yerlərini dəyişiblər. Bundan başqa, Xorvatiya və Malta hərəyə 1 addım geriləyib.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

14 (13). Xorvatiya – 1037

16 (16). İtaliya – 1012

68 (69). Bolqarıstan — 503

69 (68). Norveç — 496

160-161 (159). Malta – 154

Püşkü ötən ay atılan DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimiz arasında isə irəliləyən olmayıb. Norveç və Şimali İrlandiya hərəyə 1 pillə geriləyibsə, Almaniya, Çexiya, San-Marino təxmini siyahıda mövqeyini qoruyub.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (3). Almaniya – 1248

20 (20). Çexiya — 940

41 (40). Şimali İrlandiya — 687

69 (68). Norveç — 496

193 (192). San-Marino — 40

Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda hesabında olan 635 xalla 1 pillə geriləyib. “Ay-ulduzlular” bu cədvəldə 46-47-ci pillələrə şərikdi.

14