Ağasəlim Mircavadov

"Qəbələ" rəhbərliyi xoşagəlməz hadisəni oyunçulara unutdurmalıdır

27
(Yenilənib 11:49 18.08.2015)
Ağasəlim Mircavadov, püşkatma nəticələrinin normal olduğunu, "Qarabağ" və "Qəbələ" klublarına elə də çətin rəqiblər düşmədiyini deyib.

BAKI, 18 avq – Sputnik. "Qəbələ" futbol klubunun rəhbərliyi xoşagəlməz hadisəni futbolçulara unutdurmalıdır. Yoxsa bu meydandaki oyuna təsir edəcək. Bunu Sputnik-ə açıqlamasında təcrübəli məşqçi, AFFA məşqçilər komitəsinin üzvü Ağasəlim Mircavadov deyib. 

Onun sözlərinə görə, əgər komanda rəhbərliyi 2 həftə əvvəl baş verənləri oyunçuların psixologiyasından silməyi bacarsa, "Panatinaikos"la oyunda müsbət nəticə əldə edə biləcək. 

Təcrübəli mütəxəssis, komandanın xarakterindən də çox şeyin asılı olduğunu bildirib. 

Ağasəlim Mircavadov, püşkatma nəticələrinin normal olduğunu, "Qarabağ" və "Qəbələ" klublarına elə də çətin rəqiblər düşmədiyini deyib. 

“Klublarımız rəqib komandaları düzgün analiz etməli və oyuna köklənməlidirlər. Azarkeşlər də öz dəstəklərini əsirgəməməlidir”, deyə A.Mircavadov əlavə edib.

27
Teqlər:
AFFA məşqçilər komitəsi, AFFA, Qəbələ futbol klubu, Qəbələ FK, Qəbələ, AFFA məşqçilər komitəsinin üzvü, Ağasəlim Mircavadov