Леонид Слуцкий

Leonid Slutski Rusiya futbol yığmasının baş məşqçisi təyin olunub

11
(Yenilənib 15:59 07.08.2015)
Futbol üzrə Rusiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

BAKI, 7 avq — Sputnik. Futbol üzrə Rusiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Rusiya Futbol İttifaqı (RFİ) Fabio Kapellonun istefasından sonra boş qalan posta MOİK-in çalışdırıcısı Leonid Slutskini təyin edib.

44 yaşlı mütəxəssislə müqavilə Avropa çempionatının seçmə mərhələsinin sonuna qədər nəzərdə tutulub. Bu il başa çatacaq seçmə mərhələnin sonunadək Slutski yığma ilə yanaşı, klubda da fəaliyyət göstərəcək. Belə ki, 2009-cu ildən Moskva MOİK-inin baş məşqçisi olan mütəxəssisin hər iki postda çalışması ilə bağlı RFİ və klub arasında razılıq əldə olunub.

Qeyd edək ki, Slutski MOİK-ə qədər Rusiyanın digər klubları “Uralan”, “Moskva” və “Krılya Sovetov”un baş məşqçisi olub.

11
Teqlər:
Rusiyanın baş məşqçisi Leonid Slutski, Rusiyanın baş məşqçisi, Rusiya futbol yığması, Leonid Slutski, Rusiya
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

23
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

23
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10
Aleksey Navalnıy, arxiv şəkli

Navalnı Putinin sarayını axtarır

0
(Yenilənib 18:18 20.01.2021)
"Bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, o kadrları da bütün dünya görüb"

BAKI, 20 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Gəlincikdə sarayını araşdırması barədə xəbərləri Kremldə “cəfəngiyyat” və “kompilyasiya” kimi dəyərləndiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yaxınlarda Navalnının komandası prezidentin Qara dəniz sahilində 100 milyard dollara saray tikdirdiyi barədə material yayıb.

“Bilirsiniz ki, bu mövzu üç-dörd il əvvəl ortaya atılmışdı. İndi də bu konkret halda həmin insinuasiyadan istifadə etməklə boş-boş danışırlar. Özü də heç özlərinə azacıq əziyyət verib nəyisə sübut etməyə, heç olmasa, şəklini göstərməyə də cəhd göstərmirlər”, - Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun fikrincə, bu işdə “yeganə yenilik” “monatj hekayələri”ndən istifadə olunmasıdır.

“Hansısa bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, hansı ki, o kadrları da bütün dünya görüb”, - Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, prezidentin administrasiyasının “bununla maraqlanmaq üçün azacıq da olsa həvəsi yoxdur”.  

“Dövlət başçısına qarşı hazırlanmış və hazırlanmaqda olan informasiya hücumlarından çoxdan xəbərimiz var. Təəssüf ki, onlar olub və olacaq. İndi prezidentə onun olmayan bir şeyi şamil etmək istəyirlər. Prezidentin bütün mülkiyyəti hər il özü tərəfindən bəyan edilir, deklarasyada göstərilir”, - Peskov deyib.

0
Teqlər:
Dmitri Peskov, Kreml, Qara dəniz, saray, Vladimir Putin, Aleksey Navalni