Athletic Bilbao - Inter Baku

“Atletik” (Bilbao) “İnter” (Bakı) görüşünün başlama vaxtı dəqiqləşdi

625
(Yenilənib 12:33 24.07.2015)
“San Mames” stadionunda keçiriləcək qarşılaşma iyulun 30-da, yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) start götürəcək.

BAKI, 24 iyul — Sputnik. Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində keçiriləcək “Atletik” (İspaniya) – “İnter” (Azərbaycan) matçının başlanma vaxtı açıqlanıb.

Sputnik Bilbao klubunun rəsmi saytına istinadən xəbər verir ki, “San Mames” stadionunda keçiriləcək qarşılaşma iyulun 30-da, yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) start götürəcək.

Oyunun biletləri ayın 29-dan satışa çıxarılacaq.

“İnter” əvvəlki təsnifat mərhələlərində Albaniyanın “Laçi” və İslandiyanın “Hafnarfyordur” klubunu mübarizədən kənarlaşdırıb. 

625
Teqlər:
Atletik (İspaniya) – İnter (Azərbaycan), Avropa Liqası, Avropa Liqasının III təsnifat mərhələsi, Athletic Bilbao - Inter Baku, İnter Bakı, Inter Baku, Athletic Bilbao, San Mames stadionu, İspaniya