Rafiq Hüseynov

Bu dəfə gümüş

73
(Yenilənib 23:31 13.06.2015)
İlk Avropa oyunlarında yunan-roma güləşi yarışlarında 80 kq-da həmyerlimiz Rafiq Hüseynov rusiyalı Yevgeni Salayevlə qarşılaşıb.

BAKI, 13 iyun — Sputnik. İlk Avropa oyunlarında yunan-roma güləşi yarışlarında 80 kq-da həmyerlimiz Rafiq Hüseynov rusiyalı Yevgeni Saleyevlə qarşılaşıb. 

Gərgin mübarizə 2:0 hesabı ilə rusiyalı idmançının xeyrinə başa çatıb.

İlk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib. Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib. Təmiz qələbə sayəsində 1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovla qarşılaşıb.

O, bu görüşün də taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Rafiq yarımfinala vəsiqə qazanıb.

Bu mərhələdə türkiyəli Selçuq Cebi ilə qarşılaşan Avropa çempionu yarışa tam hazır olduğunu bir daha sübuta yetirib və yenə də döyüşü vaxtından əvvəl aktivinə yazıb — 9:0.

73
Teqlər:
mükafatçı, qalib, bolqarıstanlı, vəsiqə, final, yarımfinal, gərgin mübarizə, yarış, rusiyalı, görüş, Avropa çempionatı, Güləş, Avropa oyunları, Yevgeni Saleyev, Daniel Aleksandrov, Mixael Vaqner, Rafiq Hüseynov, Selçuq Cebi, Avstriya, Bakı, Azərbaycan
Qarabağ - Makkabi oyunu

"Qarabağ" İsraildə ilk xalını qazandı

37
(Yenilənib 00:38 04.12.2020)
“Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin V turunda meydana çıxıb.

İlk 4 görüşdə uduzduqdan sonra İ qrupunda sonuncu yeri tutduğu rəsmiləşən Qurban Qurbanovun yetirmələri İsrailin “Makkabi” klubu ilə görüşüb. Cari mövsümdə avrokuboklarda son ev matçını keçirən təmsilçimiz Təl-Əviv klubunu da İstanbuldakı “Başakşəhər Fatih Teim” stadionunda qəbul edib.

Baş məşqçi Qurban Qurbanov və əsas heyətin bir sıra üzvləri koronavirusa yoluxduğu üçün qardaş ölkəyə böyük itkilərlə yollanan “Qarabağ” turnirdə ilk xalını qazanıb. Qarşılaşmada hər iki qol ilk 45 dəqiqədə vurulub.

Komandamız hissənin ortalarında qapısında qol görüb. İsrail təmsilçisi penalti ilə hesabı açıb. Ağdamlılar ilk yarı başa çatmamış hesabda tarazlıq yaradıblar. Xayme Romero bərabərlik qoluna imza atıb. 

Qrupun digər oyununda “Sivasspor” Türkiyədə “Vilyareal”ı qəbul edib. İspaniya təmsilçisi 1 qolla səfər qələbəsi qazanıb.

Qeyd edək ki, “Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar.

Avropa Liqası
Qrup mərhələsi
V tur, İ qrupu
3 dekabr
21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:1
Qollar:  Xayme Romero, 37 - Yonatan Kohen, 22 (pen.)

Baş hakim: Robert Hennessi (İrlandiya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev 
Məşqçi: Elçin Rəhmanov
“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç
Baş məşqçi: Giorgios Donis

37
Teqlər:
UEFA Avropa Liqası, "Makkabi" FK (Tel-Əviv), Qarabağ FK
Futbolçular, arxiv şəkli

UEFA Azərbaycana qoyduğu qadağanı ləğv elədi

23
(Yenilənib 21:46 03.12.2020)
Qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan və Ermənistanın beynəlxalq oyunlara ev sahibliyi etməsinə icazə verilib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

Qurum bugünkü iclasında Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını nəzərə alaraq, oktyabrın 20-də tətbiq etdiyi qadağanı aradan qaldırıb. Bu isə o deməkdir ki, milli və klub səviyyəli komandalarımız ev oyunlarını ölkəmizdə keçirə biləcəklər.
Qeyd edək ki, qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq.

23
Teqlər:
"Qarabağ" FK, milli komanda, futbol, qadağa, Azərbaycan, UEFA

"Qızıl Tısbağa 2020" müsabiqəsinin qalibləri - Maraqlı FOTOlar

0
(Yenilənib 06:41 05.12.2020)
Beynəlxalq "Qızıl Tısbağa 2020" bədii müsabiqəsinin qalibləri məlum olub. Sputnik Azərbaycan münsiflər tərəfindən yüksək qiymətləndirilmiş işləri təqdim edir.

Bu günlərdə Moskvada keçirilən The Golden Turtle (Qızıl Tısbağa) Beynəlxalq interaktiv vəhşi təbiət festivalı çərçivəsində ən yaxşı vəhşi təbiət fotoşəkillərinin müsabiqəsi keçirilib.

Nüfuzlu müsabiqənin münsiflər heyəti 110 ölkədən olan iştirakçılar tərəfindən gönədrilmiş iki mindən artıq fotoşəkli nəzərdən keçirib.

"Qızıl Tısbağa" festivalı BMT-nin biomüxtəlifliyi qorumaq üzrə səfiri hesab edilir. Şüarı "Təbiəti sənət vasitəsilə qorumaq" olan festivalın məqsədi dünyamızın bütün gözəlliyini, müxtəlifliyini və qiymətsizliyini göstərməkdir.

 

0