Bakı 2015 Avropa oyunları

Bakı 2015-dən Rio 2016-ya gedənlər

18
On iki idman növü üzrə keçirilən yarışların qalibləri növbəti Olimpiya Oyunlarında iştirak fürsəti əldə edəcəklər.

BAKI, 8 iyun — Sputnik. Bakı 2015 Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək.

Bu idman növlərindən 16-ı Olimpiya idman növüdür. Bunlardan 12-də idmançılar 2016-cı ildə Braziliyanın Rio şəhərində baş tutacaq Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün imkan əldə edəcəklər. 

Bu barədə Sputnik baku2015.com-a istinadən məlumat verir.

Belə ki, idmançılar mübarizə apardıqları idman növündən asılı olaraq ya birbaşa vəsiqə qazanacaqlar, ya Rio 2016-nın kvota yerlərindən birinə sahib olmaq üçün ölkələr adına reytinq xalı əldə edəcəklər, ya da Rio 2016-nın təsnifat yarışlarında iştirak hüququna yiyələnəcəklər.

Birbaşa vəsiqə verən idman növləri

Atıcılıq, stolüstü tennis və triatlon yarışlarının qalibləri Rioda keçiriləcək Olimpiya Oyunlarına birbaşa vəsiqəni təmin edəcək. Stolüstü tennis və triatlon üzrə Bakı 2015-də keçiriləcək yarışlarda kişi və qadın idmançıların qalibləri bu vəsiqələri özləri üçün təmin edəcəyi halda, atıcılıq yarışlarında qızıl medal qazanmış idmançıların Olimpiya Oyunlarında iştirakına isə yekun qərarı bu ölkələrin Milli Olimpiya Komitələri (MOK) verəcəklər. Qeyd edək ki, Bakı 2015-də atıcılıq üzrə keçiriləcək 15 fərdi yarışın qalibi öz ölkəsinə kvota yeri qazandıracaq.

Kvota yeri üçün reytinq xalı verən idman növləri

Rio 2016-nın kvota yerlərindən birinə sahib olmaq istəyən idmançılar Bakı 2015-də həmin kvota yeri üçün ölkələri adına reytinq xalı əldə edə biləcəklər. Bu kateqoriyaya aid idman növlərinə kamandan oxatma, velosiped idmanı, cüdo, taekvondo, voleybol və güləş daxildir.

Belə ki, kamandan oxatma yarışlarının qalibi Rio 2016-da mümkün 128 kvota yerindən birini ölkəsinə qazandırmaq üçün reytinq xalı qazanacaq. Lakin hansı idmançının Olimpiya Oyunlarında iştirak edəcəyinə bu ölkələrin MOK-ları qərar verəcəklər. Eyni qayda velosiped idmanının bütün növlərində və həmçinin cüdo, taekvondo, voleybol və güləşdə də tətbiq olunacaq.

Təsnifat yarışlarına iştirak hüququ verən idman növləri

Atletika, boks və üzgüçülük yarışlarının qalibləri Rio 2016-nın təsnifat mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Atletika və üzgüçülük yarışlarından fərqli olaraq, boks idmanında qızıl medal sahibi ilə yanaşı Bakı 2015-in gümüş medalçısı  və qalibə yarımfinalda məğlub olan idmançı da təsnifat yarışlarında iştirak hüququ əldə edəcək. Belə ki, boks yarışlarında fəxri kürsünün ilk 3 pilləsinə çıxan idmançılar Dohada keçiriləcək Dünya Çempionatında iştirak edə biləcəklər və bu yarışda ən çox reytinq xalı əldə edən idmançı da ölkəsinə bir kvota yeri qazandıracaq.

18
Əlaqədar
“Tissot” “Bakı 2015” Avropa Oyunları üçün xüsusi saatlar buraxıb
“Neurope.eu” Bakı-2015 I Avropa Oyunlarından yazıb
Bakı-2015: məşəlin şimal səyahəti başa çatdı
"Bakı-2015"-in iştirakçıları qaldıqları yerdə ibadət edəcəklər
Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev, arxiv şəkli

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

98
(Yenilənib 22:47 27.09.2020)
Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

BAKI, 27 sentyabr - Sputnik. "Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbirsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu, son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri"!

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

98
Teqlər:
Qarabağ FK, Qara Qarayev, Horadiz, Cəbrayıl, erməni təxribatı, Azərbaycan Ordusu, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ordumuz Ermənistanın hərbi texnikalarını belə məhv edir – VİDEO
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

7
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

7

Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı

0
Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb

BAKI, 28 sentyabr - Sputnik. Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, işğalçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z.Əsədova məxsus ev və "VAZ 2107" markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.

0
Teqlər:
erməni təxribatı, mərmi, maşın, ev, dinc sakin, Ağdam, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı