Qalatasaray çempion

Qalatasaray 20-ci dəfə çempion oldu

14
(Yenilənib 10:16 26.05.2015)
Türkiyə superliqasında 2014-2015-ci il mövsümünün qalibi bəlli olub.

BAKI, 26 may — Sputnik. Türkiyə superliqasında 2014-2015-ci il mövsümünün qalibi bəlli olub.

Ölkəmizdə də kifayət qədər azarkeşi olan Qalatasaray klubu sona bir tur qalmış tarixində 20-ci dəfə ölkə çempionu olub. 

Sarı-qırmızılar ən yaxın izləyicisi Fənərbağçanın Başakşəhərsporla səfər matçında xal itirməsindən sonra qızıl medalları təmin edib. 

Bu nəticədən sonra Qalatasaray 76 xalla 1-ci, Fənərbağça 71 xalla 2-ci pillədə qərarlaşıb. 

14
Teqlər:
azarkeş, xal, qızıl medallar, futbol, klub, qalib, çempion, Fənərbağça, Qalatasaray, Türkiyə