İlhamə Quliyeva

İlhamə Quliyeva da məşəl daşıyacaq

152
(Yenilənib 18:21 25.05.2015)
Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) xalq artisti İlhamə Quliyevaya Avropa Oyunlarının məşəlini daşımağı etibar edib.

BAKI, 25 may — Sputnik. Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) xalq artisti İlhamə Quliyevaya Avropa Oyunlarının məşəlini daşımağı etibar edib.

Bu barədə məlumat Sputnik-ə BEGOC-dan daxil olub.

Məlumata görə, Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov xalq artistinə məktub yollayaraq onu I Avropa Oyunlarının Məşəl estafetində iştiraka dəvət edib.

"Ümid edirik ki, siz bu tarixi hadisədən və əldə etdiyiniz təcrübədən böyük zövq alacaqsınız", deyə nazir xalq artistinə ünvanladığı məktubda yazıb.

Məktubda İlhamə Quliyevaya 7-11 iyun tarixlərində Avropa Oyunlarının məşəlini daşıyacağı bildirilıb.

152
Teqlər:
xalq artisti, məşəl, BAKI 2015, BEGOC, Azad Rəhimov, İlhamə Quliyeva, Azərbaycan, Bakı