Diqqət: Peşə məktəblərində vakansiya

20
Çalışmaq istəyən şəxslər 13-17 sentyabr tarixləri arasında elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

BAKI, 13 sentyabr — Sputnik. Cari tədris ili üçün ilk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 13-17 sentyabr tarixləri arasında elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub.

Həmçinin oxuyun:

İşə qəbuldan narazı qalan müəllimlərə şans

20
Teqlər:
Texniki Peşə Məktəbi, peşə
20 nömrəli məktəbdə tədris prosesi, arxiv şəkli

Bəzi müəllimlərə özlərinin razılığı ilə müəyyən məhdudiyyətlər olacaq

6
(Yenilənib 20:54 16.09.2021)
Mehriban Vəliyeva qeyd edib ki, müəllimlərə məhdudiyyətin qoyulması heç bir bəhanəsi olmadan vaksinasiyadan imtina edənlərlə bağlı olacaq.

 

BAKI, 16 sentyabr — Sputnik. Bakı məktəblərində 90 faiz müəllim artıq vaksinasiya olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, bu, tədrisin davamlılığı üçün vacib addımdır.

İdarə müdirinin sözlərinə görə, yeni tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 471 661 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olacaq: "Yeni tədris ilə əlaqədar məktəblərdə sanitar-epidemioloji tədbirlər gücləndirilib".

M.Vəliyeva həmçinin qeyd edib ki, müəllimlərə məhdudiyyətin qoyulması heç bir bəhanəsi olmadan vaksinasiyadan imtina edənlərlə bağlı olacaq: "Əgər kiminsə əks-göstəriş sertifikatı varsa, o, tədrisdə sərbəst iştirak edə biləcək. Lakin səhhətində problem varsa, onların sağlamlıqları üçün özlərinin razılığı ilə müəyyən məhdudiyyətlər olacaq. Hər üç sertifikatın sahibləri əyani tədrisdə iştirak edə bilərlər".

2020-2021-ci tədris ili ərzində 20 direktorla bağlanmış əmək müqaviləsi müxtəlif əsaslarla ləğv edilib. Mehriban Vəliyeva məlumat verib ki, 14 direktorun əmək müqaviləsinə isə təqaüd yaş həddinə çatmaları ilə əlaqədar xitam verilib: "25 direktor fəxri fərmanla təltif edilib. 118 direktorla bağlanan müqavilənin müddəti uzadılıb. Təqaüd yaşı çatan 36 direktorun əmək müqaviləsinin müddəti artırılıb. 1 məktəbin (304 nömrəli) fəaliyyəti dayandırılıb, 2 məktəbin (152, 172) fəaliyyəti bərpa edilib. 2020-2021-ci tədris ili müddətində 21, tədris ili bitdikdən sonra 15 direktorin iş yeri dəyişdirilib.

Eləcə də oxuyun:

6
Teqlər:
məktəb, müəllim, vaksinasiya, məhdudiyyət, COVID-19, COVID-19 pasportu
Müəllimlərin işə qəbulu üzrə imtahanı, arxiv şəkli

Müəllimlərin işə qəbul müsabiqəsində yenilik

8
(Yenilənib 18:58 16.09.2021)
İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli deyib ki, ola bilsin ki, yerləşdirmə test imtahanından fərqli keçirilsin.

BAKI, 16 sentyabr — Sputnik. "Gələcəkdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin il ərzində bir yox, bir neçə dəfə keçirilməsi nəzərdə tutulur. Bəzən MİQ müsabiqəsində namizəd imtahana gecikir, ya qanun pozuntusu edir, ya aşağı bal toplayır deyə yenidən imtahan vermək istəyir. Bütün bunları nəzərə alaraq MİQ müsabiqəsini il ərzində bir neçə dəfə keçirmək istəyirik".

Sputnik Azərbaycan-ın məlumatına görə bunu İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Mərkəz rəhbəri əlavə edib ki, yeniliklərlə bağlı müvafiq infrastruktur olmalıdır: "Hazırda bu istiqamətdə müzakirələr gedir. MİQ-də istifadə olunan sualların məzmunu ilə bağlı hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmayıb. Ola bilsin ki, yerləşdirmə test imtahanından fərqli keçirilsin".

O qeyd edib ki, hər tədris ilində təxminən 1000 vakant yer yaranır: "Yeni dəyişiklərlə keçirilməsi planlaşdırılan MİQ imtahanı ilə əlaqədar vakant yerlərin sayı məsələsinə də baxılacaq".

8
Dünya Bankının binası, arxiv şəkli

Daha Doing Business reytinqi dərc olunmayacaq

0
(Yenilənib 01:25 17.09.2021)
Bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib.

BAKI, 17 sentyabr - Sputnik. Dünya Bankı bundan belə müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək. Sputnik Azərbaycan təşkilatın rəsmi saytına istinadən bildirir ki, buna səbəb 2018 və 2020-ci illər üzrə hesabatlarda aşkarlanmış səhvlərdir.

"Bu gün Dünya Bankının öz Direktorlar Şurasının adından təqdim etdiyi Doing Business barədə bütün məlumat və məruzə, o cümlədən əvvəlki icmal və auditlər öyrənildikdən sonra Dünya Bankının rəhbərliyi Doing Business hesabatının (dərcinin - red.) dayandırılması qərarını verib. Nəticədə biz işgüzar və investisiya iqliminin qiymətləndirilməsinə dair yeni yanaşma üzərində işləyəcəyik", - məlumatda deyilir.

Qeyd edək ki, bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. Reytinqin tərtibçiləri bildirmişdilər ki, əvvəlki illərin nəticələrini gözdən keçirə bilərlər. Məsələn, Amerikanın WilmerHale hüquq firmasının məlumatına görə, maliyyə təşkilatının rəhbərliyi həmkarlarını reytinqdə Çinin mövqeyini 13 bənd qaldırmağa məcbur etmişdi.

Avqustun sonunda Dünya Bankı özünün Əfqanıstandakı layihələrini maliyyələşdirməyi dayandırıb. Təşkilatın rəhbərliyi bunu ölkədə gərgin vəziyyətlə əlaqələndirib. DB-nin əsas narahatlığına səbəb isə ölkədə qadınların durumudur.

DB-nin saytında bildirilir ki, Əfqanıstanın inkişafı və bərpası üçün 2002-ci ildən 5.3 mlrd dollar ayrılıb. 

Eləcə də oxuyun:

0