Bakı məktəblərin birində, arxiv şəkli

Repetitor kurslara əhsən: Yüksək balların toplanmasında məktəblərin rolu sıfırdır

7216
(Yenilənib 21:35 07.09.2021)
Ali məktəblərə builki qəbulun nəticələrini dəyərləndirən ekspertlərin qənaətinə görə, dövlət məktəblərinin abituriyentlərin uğurları üzərindəki rolu 0 səviyyəsindədir.

BAKI, 8 sentyabr — Sputnik. Artıq iki ildir ki, ölkədə COVID-19 ilə əlaqədar olaraq pandemiya rejiminin davam etməsi bir sıra sahələrlə yanaşı məktəblərin də fəaliyyətini iflic edib.

Cari ildə pandemiya rejiminin məktəblərin nəticələrinə təsiri necə olub? Maraqlıdır, şagirdləri ali məktəbə qəbul olan məktəblər hansılar olub və ümumiyyətlə, abituriyentlərin bu uğurunu kimin adına çıxmaq olar: məktəblərin, yoxsa repetitorların?

Sputnik Azərbaycan bu suallara aydınlıq gətirməyə çalışım.

Dövlət İmtahan Mərkəzinin nəticələri necədir? 

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, cari ildə 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən ilki göstəricidən 1057 nəfər çoxdur.

Bu il, həmçinin qəbul olunan subbakalavrların sayı da 1025 nəfər daha çoxdur.

Ötən ilin rəqəmlərinə nəzər yetirdikdə isə, qeyd edək ki, 2019-2020-ci illərdə 66464 nəfər ali təhsil müəssisələrinin müsabiqəsində  iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 (o cümlədən 779 subbakalavr)  nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Yüksək balların məktəbə dəxli yoxdur 

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında abituriyentlərin cari ildə qazandıqları uğurun məktəbin adı ilə bağlı olmadığını deyib. O bildirib ki, artıq iki ildir ölkədə pandemiya rejimi davam edir və şagirdlər məktəbə gedə bilmirlər. Cari ildə 600-dən artıq bal yığanlar da iki ildir məktəbə ayaq basmırlar. Onlayn təhsil isə keyfiyyətli olmayıb. Bununla da əldə olunan nəticələrin birbaşa olaraq tədris mərkəzləri, kurslar və repetitorlara aid olduğu təsdiqini tapır.

"Uğuru birbaşa olaraq repetitorlar, hazırlıq kurslarının adına bağlasaq da, nəticəsizliyi birbaşa olaraq məktəblərin adına bağlayırıq", - Əsədov deyib.

Onun sözlərinə görə, yüksək nəticələr əldə edən abituriyentlər də əksər hallarda təşəkkürlərini kurs və repetitorlara bildirirlər:

"Cari ildə də yüksək bal yığıb hansısa məktəbə təşəkkür edən abituriyent görmədik. Bütün bunlar da bilavasitə olaraq onu deməyə əsas verir ki, Azərbaycanda təhsil yükü repetitor və hazırlıq kurslarının çiyinləri üzərindədir".

İstisnalar da yox deyil

Lakin istisna hallar da var. Kamran Əsədov şagirdləri yüksək nəticə göstərən məktəblərin adlarını açıqlayıb:

"Nəticələrə baxanda görürük ki, Bakı Dövlət Universitetinin nəzdində olan Gənc İstedadlar Liseyinin şagirdlərinin builki nəticələri yüksək olub. Eyni zamanda da Türkiyə Dəyanət Vəqfi, Sumqayıtın bir neçə məktəbinin də nəticələri yaxşı olub. Bakı üzrə isə daha çox özəl lisey və məktəblərin nəticələri yüksək olub. Adını çəkdiyim həmin məktəblərdə tədris keyfiyyətli təşkil olunub. Onlayn təhsilin keyfiyyəti ilə yanaşı həmin ərazilərdə yaxşı repetitor və hazırlıq kursları da olub".

Özəl olmayan bir neçə məktəbin də nəticəsi cari ildə müsbət qiymətləndirilib. Təhsil ekspertinin sözlərinə görə, Xətai rayonunun 245 məktəbi, 147 №li Texniki-Humanitar Liseyin də nəticələri yaxşı olub. Rayon məktəbləri arasında da seçilənlər olub. Biləsuvarda Mübariz İbrahimov adına lisey də nəticələrinə görə seçilib.

Abituriyentlərin uğurunda məktəbin rolu sıfırdır

Digər təhsil eksperti Adil Vəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, ali məktəblərə qəbulla bağlı nəticələrə nəzər yetirdikdə ötən illə müqayisədə cüzi də olsa zəifləmə nəzərə çarpır. O, bu vəziyyətin gözlənilən olduğunu söyləyib:

"Builki məzunlar iki ildir pandemik vəziyyətin şahididirlər. Bundan əlavə, ötən ilin müharibəyə təsadüf etməsinin də əldə olunan nəticələrə təsiri var".

Ekspertin sözlərinə görə, məktəblərin abituriyentlərin uğurları üzərindəki rolu 0 səviyyəsindədir: "Nə dövlət, nə də ki, özəl məktəblərin abituriyentlərin tələbə adını qazanmasında xüsusi rolunun olduğunu demək olar. Bütün bunlar repetitorların uğuru idi".

Rəqəmlər nə deyir?

Qeyd edək ki, I ixtisas qrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında DİM-in yaydığı məlumata baxdıqda görürük ki, ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan cəmi 8 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 2068 nəfərdir. Lakin həmin ixtisaslar (abituriyentlər şərti olaraq 150 ballıq ixtisaslar deyir) üzrə plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərinin seçimində iştirak edə bilməzlər.

II ixtisas qrupunda 200 və 100 ballıq şərtləri ödəyib qəbul ola bilməyənlərin sayı 37, 150 və 50 bal şərtini ödəyənlərin sayı isə 69 nəfərdir.

III ixtisas qrupu ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100 az olmayan 557 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Həmin şəxslər boş qalan yerlərin (169 yer) müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 1680 nəfərdir. Lakin həmin ixtisaslar üzrə də plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərinin seçiminə buraxılmırlar.

IV ixtisas qrupu üzrə müvafiq göstəricilər 81 və 90 nəfərdir. Burada isə 81 nəfərlə yanaşı 90 nəfərin də müəyyən ixtisaslar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak etmək imkanları var.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə isə qeyd edək ki, I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 4-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 17 ali təhsil müəssisəsində isə 80%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 75%-dən çox dolub.

7216
Dərsliklər, arxiv şəkli

"Zəfər tarixi" dərsliyində nələr yer alıb? Müəllifdən açıqlama

471
(Yenilənib 22:05 17.09.2021)
Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq.

BAKI, 18 sentyabr — Sputnik. Bu günlərdə təhsil nazirinin müavini Firudin Qurbanov "Zəfər tarixi" ilə bağlı dərsliyin hazırlanmasının hansı mərhələdə olduğunu açıqlayıb. Nazir müavini deyib ki, "Zəfər tarixi" dərsliyinin hazırlanması ilə bağlı işlər yekunlaşır. F. Qurbanov yeni dərslikdəki mövzulara da toxunub. O, bildirib ki, yeni dərslikdə şagirdlər Azərbaycan tarixi barədə ətraflı və dəqiq məlumatlar əldə edəcəklər:

"Həmin dərslikdə şagirdlər Vətən müharibəsi, qazanılan şanlı qələbə barədə dəqiq məlumatlara sahib ola biləcəklər".

Sputnik Azərbaycan "Zəfər tarixi"  dərsliyi ilə bağı işlərin hansı mərhələdə olduğunu bu dərslik müəlliflərinin özündən öyrənib. Dərslik müəlliflərindən biri, tarixçi-tədqiqatçı Hafiz Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq ictimai müzakirəyə verilən "Zəfər tarixi" dərsliyində həm birinci Qarabağ, həmçinin də bizə zəfər qazandıran İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verilib:

"Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq. Qarabağın ən qədim tarixi də kitabda qeyd olunub. Qarabağa ermənilərin köçürülməsi, nəticələri ətraflı əks olunub. "Zəfər tarixi" dərsliyində həmçinin Aprel döyüşləri haqqında bölmə var. Dərsliyin "Qəhrəmanlar unudulmur" bölməsində ərazi bütövlüyü uğrunda döyüşmüş Ramiz Qənbərov, Vəzir Orucov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov, Mübariz İbrahimov kimi qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu əks olunub. Dərslikdə Qarabağ müharibəsinin qadın qəhrəmanları olan Salatın Əsgərova, İkinci Qarabağ müharibəsində yeganə şəhid xanım Arəstə Baxışovanın qəhrəmanlıqları da qeyd olunub".

Müəllif Vətən müharibəsində görüntüləri ilə məşhurlaşan topçu Vüsal Kərimova da yer verildiyini söyləyib.  Onun sözlərinə görə, dərslikdə Qarabağın mədəniyyəti, tarixi, musiqisi ilə bağlı zəruri məlumatlar da öz əksini tapacaq. O, həmçinin Qarabağ müharibəsi dövründə qanlı tariximizin də unudulmadığını söyləyib.

Onun sözlərinə görə, dərslikdə tariximizin ən şanlı səhifələrindən biri olan Cümhuriyyət dönəmi, bu dövrdə qazandığımız uğur və nailiyyətlər hər zaman əks olunub:

"Ali Baş Komandanın 44 günlük Vətən müharibəsinin, şanlı qələbəmizin ali və orta məktəb proqramlarında, tarix dərsliklərində əks etdirilməsi ilə bağlı göstərişlərinin icrası istiqamətində artıq addımlar atılır. Bilirsiniz ki, əvvəllər VII və VIII siniflərdə Qarabağ tarixi adlı fakültativ dərslər keçirilirdi. İndi artıq gələn tədris ilindən IX siniflər üçün Qarabağın zəfər tarixi adlı fənn keçiləcək. “Qarabağ tarixi” fənni artıq Qarabağın zəfər tarixi fənni ilə əvəzlənəcək. Biz Qarabağ müharibəsində şanlı zəfər qazanmışıq, torpaqlarımızı azad etmişik. Təhsil Nazirliyi tərəfindən Qarabağın zəfər tarixi ilə bağlı işlər görülür. Dərsliyin hazırlanması son mərhələdədir. Dərslik bu tədris ilindən 9-cu siniflərdə tədris olunacaq".

Müəllif deyr ki, dərslik ictimai müzakirəyə çıxarıldığından rəylər də nəzərə alınır:

"Bütün rəy və təkliflər də nəzərə alınır. Faydalı rəylər çoxdur".

Qeyd edək ki, "Zəfər tarixi" dərsliyinin beş müəllifi var. Onlar Pərviz Ağalarov, Niyaməddin Quliyev, Talıb Talıblı, Ramil Tanrıverdi, Hafiz Cabbarovdur.

Vətən müharibəsində iştirak edən tarixçi müəllimlər də belə bir dərsliyin hazırlanmasını vacib hesab edirlər. Vətən müharibəsi iştirakçısı, tarixçi müəllim Emin Piri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, hazırda Xızı rayonun Türkoba kənd məktəbində tarix müəllimi işləyir. Tarixçi müəllim deyir ki, "Zəfər tarixi" dərsliyində Vətən müharibəsində düşmən cəbhəsinin yarılmasında böyük əhəmiyyət kəsb edən döyüş əməliyyatları barədə zəruri məlumatların yer alması vacibdir:

"İkinci Qarabağ müharibəsində Füzulu-Cəbrayıl cəbhəsi yarılmasaydı bizim zəfər qazanmağımız çətin olardı. Bu döyüş əməliyyatı dərslikdə xüsusi qeyd olunmalıydır. Füzulu-Cəbrayıl cəbhəsinin yarılması ilə bağlı biz bütün mifi dağıtmış olduq. Elə şəhidlərin yarısından çoxu bu cəbhədə həyatını itirdi".

E.Piri bildirir ki, dərslikdə əsas xətti Azərbaycan ordusunun rəşadəti, ən ağır döyüş əməliyyatlarını uğurla icra edərək Zəfər qazanması təşkil etməlidir. Onun sözlərinə görə, dərslik ildən-ilə təkminləşdirilməlidir. E.Piri dərsliyin gənc nəslin vətənpərvər ruhda yetişməsində böyük rol oynayacağını söyləyir.

Həmçinin oxuyun:

"Zəfər tarixi" dərsliyi nə vaxta hazır olacaq? Nazir müavini açıqladı

471
Teqlər:
dərslik, Zəfər Günü, tarix
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli

Paytaxt məktəblərində yeni tədris ilinə hazırlıq davam edir

10
(Yenilənib 22:30 17.09.2021)
Hazırlıq çərçivəsində məktəblər dezinfeksiya olunub, ara məsafənin qorunması üçün xətlər çəkilib. Dəhlizlərə və sinif otaqlarına spirtlər qoyulub, siniflər də hərarət ölçən cihazla təmin edilib.

BAKI, 17 sentyabr — Sputnik. Sentyabrın 22-də ibtidai siniflər, 29-da isə yuxarı sinif şagirdləri üçün qapılarını açacaq məktəblər pandemiya şəraitində ənənəvi tədrisin təşkili üçün hazırlıqlara başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Hazırlıq çərçivəsində məktəblər dezinfeksiya olunub, ara məsafənin qorunması üçün xətlər çəkilib. Dəhlizlərə və sinif otaqlarına spirtlər qoyulub, siniflər də hərarət ölçən cihazla təmin edilib.

Məktəbin qapısında isə şagirdləri müvafiq yoxlamalar gözləyir.

Bu il şagirdlərin tənəffüsə buraxılmasında da fəqliliklər olacaq. Belə ki, məktəblərdə tənəffüs zamanı şagirdlərin bir araya toplanmasına icazə verilməyəcək.

Qeyd edək ki, pandemiya şəraitində başlayacaq yeni tədris ilinin əsas fərqi müəllimlərdən peyvənd, immun və ya əks-göstəriş sertifikatlarının tələb olunmasıdır.

Həmçinin oxuyun:

Bəzi müəllimlərə özlərinin razılığı ilə müəyyən məhdudiyyətlər olacaq

10
Teqlər:
məktəb, tənəffüs
Playstation 4-ün costiki, arxiv şəkli

"Playstation"da qanun pozuntusu aşkarlandı