Pandemiya zamanı imtahan

Universitetlərdə təhsil haqqı yüksək, keyfiyyət isə aşağıdır - təklif

4351
(Yenilənib 10:58 31.08.2021)
"Avropa təcrübəsində universitetlərdə təhsil haqları fərqlidir. Belçikanın universitetlərində avropalı tələbələr üçün təhsil haqları illik 250 avrodur. Avropa İttifaqına daxil olmayan ölkələrdən gedən tələbələr üçün isə təhsil haqları 1500-2000 avrodur".

BAKI, 30 avqust — Sputnik. İki ilə yaxındır ki, ölkədə pandemiya vəziyyəti davam edir. Pandemiya vəziyyətinin davam etməsi bir çox fəaliyyət sahələrinə mənfi təsir etdi. Pandemiyanın təsirləri təhsildən də yan keçmədi. Ənənəvi tədris distant təhsillə əvəzləndi. Maraqlıdır, mövcud durum ali məktəblərin təhsil haqlarına necə, təsir edibmi?

Təhsil ekspertləri Kamran Əsədovİlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında mövcud qiymətlər haqda, eyni zamanda da ümumi olaraq verilən təhsilin bu qiymətlərə uyğun olub-olmamasını dəyərləndirib.

O bildirib ki, cari ildə ali təhsil müəssisələrinin təhsil haqlarında hansısa ciddi artım müşahidə edilməsə də, ölkədə təhsil haqları kifayət qədər yüksəkdir:

"Ən yüksək təhsil haqqı ADA universitetinin "Hüquqşünaslıq" fakültəsindədir . Burada illik təhsil haqqı 6 min  500 manatdır. Ən aşağı təhsil haqqı isə Azərbaycan Dillər Universitetinin "Alman dili müəllimliyi", "Fransız dili müəllimliyi" fakültələrindədir. Bu ixtisaslar üzrə isə təhsil haqqı 1000 manatdır".

O bildirir ki, regionlarda isə təhsil haqları fərqlidir: "Sumqayıt Dövlət Universitetinin qiyabi təhsil üzrə illik haqqı 1200 manatdır. Digərlərində isə bu məbləğ hədsiz dərəcədə yüksəkdir".

K.Əsədovun sözlərinə görə, təhsil haqqı yüksək olsa da, ciddi kadr hazırlığı həyata keçirilmir:

"Yəni, alınan təhsil haqqı reallıqda özünü doğrultmur. Əmək bazarına daxil olan məzunların bilik və bacarıqlarına əsasən də bunu demək olar. Vəziyyətin bu cür olmasının da əsas səbəbi tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı addımların zəif atılmasıdır".

O bildirir ki, ali təhsil müəssisələri məzunlarının keyfiyyət göstəricilərini heç bir halda yoxlamır, ölçmür.

İlqar Orucov da bu problem ətrafında danışıb. O bildirir ki, ABŞ və İngiltərə kimi ölkələrdə də təhsil haqları kifayət qədər yüksəkdir. Bu, illik olaraq 50-60 min dollar həcmindədir. Ekspertin sözlərinə görə, bu qiymətə universitetin reytinqi, keyfiyyət göstəricisinin də təsiri var: "Avropa təcrübəsində universitetlərdə təhsil haqları fərqlidir. Belçikanın universitetlərində avropalı tələbələr üçün təhsil haqları illik 250 avrodur. Avropa İttifaqına daxil olmayan ölkələrdən gedən tələbələr üçün isə təhsil haqları 1500-2000 avrodur. Qiymətlərin bu cür olmasında da məqsəd təhsilin əlçatanlığının təmin olunmasıdır".

O qeyd edir ki, Hollandiyada əcnəbi tələbələr üçün illik təhsil haqqı 10 min avro olsa da, yerli tələbələr üçün bu məbləğ kifayət qədər aşağıdır. Ekspert deyir ki, Azərbaycanda universitetlər bu əcnəbi universitetlərdən çox geri qalsa da, təhsil haqları yüksəkdir. O bunun səbəblərindən də söz açıb:

"Xaricdə universitetlər gəlirlərini təkcə təhsil haqqı hesabına formalaşdırmırlar. Universitetlərin xeyli əlavə gəlir əldə etmək imkanları var. Bu da imkan verir ki, həmin universitetlər təhsil haqlarını çox da yüksək etməsinlər. Biz ali təhsilin səviyyəsini ən azı Türkiyədəki səviyyəyə qaldıra bilsək, yaxşı olardı. Türkiyədə özəl universitetlərdə təhsil haqları yüksəkdir. Bu da fakültədən asılı olaraq dəyişir. Lakin Türkiyənin dövlət universitetlərində təhsil haqları kifayət qədər aşağıdır. Məsələn, Akdeniz Universitetinin Tibb fakültəsində illik təhsil haqqı 750 dollardır ki, bu da kifayət qədər az məbləğdir. Ankara Universitetində "Kompüter elmləri" üzrə təhsil haqqı bizim yerli məzənnə ilə 3 min manatdır. Bu universitetlərin reytinqi də bizim universitetlərin reytinqindən yüksəkdir. Bu səbəbdən düşünürəm ki, Azərbaycanda təhsil haqları yüksəkdir", - deyə İ.Orucov əlavə edib.

O bildirir ki, Azərbaycanda çox yaxşı universitetlər də var, amma onlarda da təhsil haqları yüksəkdir. Ekspert çıxış yolundan danışır: "Düşünürəm ki, biz təhsil haqları aşağı olan universitetləri də qurmalıyıq. Bahalı universitetlər də olsun, aşağı təhsil haqqı olan universitetlər də olmalıdır".

 

4351

İyirmidən çox ölkənin nümayəndəsi Bakıda təhsil dizaynını müzakirə edir

474
Tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.

BAKI, 24 sentyabr — Sputnik. Heydər Əliyev Mərkəzində "Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərindən təhsilin dizaynı" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Turizm Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzinin tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans "Nizami Gəncəvi İli"nə həsr olunub.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilən tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.

Dünyanın və Azərbaycanın aparıcı universitetlərinin, araşdırma mərkəzlərinin mütəxəssisləri və peşəkarlarının da təmsil olunduğu beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya və texnologiyalara, əmək bazarına təsiri mövzularını əhatə edir.

Eyni zamanda, konfransda "Sənaye 4.0 və yeni təhsil texnologiyaları", "Bilik idarəçiliyi", "Rəqəmsal kənd təsərrüfatı", "İqtisadiyyatın rəqəmsallaşması", "Süni intellekt və etika", "Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir" və "Rəqəmsal dövrdə yeni peşələr" kimi mövzular 4 panel üzrə müzakirə ediləcək.

Konfransın işinə UNICEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin qoşulacağı gözlənilir.

Beynəlxalq spikerlər "Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması", "4-cü Sənaye İnqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər", "4-cü Sənaye İnqilabı və "Əşyaların İnterneti" (IoT) üçün yeni bir təhsil yolu", "Onlayn tədrisin keyfiyyətinin artırılması", "Ölkələrarası əməkdaşlıq 4-cü Sənaye İnqilabı üzrə təşəbbüsü dəstəkləyir" və digər mövzularda təqdimatla çıxış edəcəklər.

Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü Sənaye İnqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.

474
Teqlər:
Bakı, konfrans, sənaye, inqilab
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il

Universitetlərdə dərs saatı 80 dəqiqəyə endirilir

27
Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir.

BAKI, 23 sentyabr — Sputnik. Ali məktəblərdə dərs saatının 90 dəqiqədən 80 dəqiqəyə endirilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlama verib.

Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir: "Bu, universitetlərin verəcəyi qərardır. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Beləliklə, tələbələrin tənəffüsə çıxmalarının və təmasların sayının az olmasına səbəb olacaq. Yəqin ki, belə davam etsə, 80 dəqiqəlik dərslər keçiriləcək".

N.Məmmədli universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halının qeydə alınması təhlükəsinə də toxunub. Nazirlik rəsmisinin sözlərinə görə, belə hallar baş verərsə, həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək:

"Həmçinin şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır. Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar".

Həmçinin oxuyun:

"Mühafizəçiyə silah vermək olmaz": Bəs tələbəni necə qorumalı?

27
Teqlər:
universitet, dərs

Dövlət başçısı Türkmənistan prezidentinə təbrik ünvanlayıb