Bakı məktəblərin birində, arxiv şəkli

Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlanıb

12
Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

BAKI, 27 avqust — Sputnik. Müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin 25 və 26 avqust tarixində keçirilən müsahibə mərhələsinin nəticələri elan olunub. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif, musiqi və tarix fənləri üzrə müsahibə mərhələsində iştirak edən namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.

Müsahibələrdə 846 nəfər uğur qazanıb və onlar 1 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Qeyd edək ki, çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Məlumat üçün deyək ki, avqustun 18 və 19-da keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Həmin tarixlərdə alman dili, fizika, fiziki tərbiyə, fransız dili, informatika, kimya, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçirilən müsahibələrdə 1264 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə müəllim olaraq çalışmaq imkanı əldə edib.

Xatırladaq ki, 24-26 avqust tarixlərində 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsinin həyata keçirilməsinə start verilib. 24 avqust saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək. Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Həmçinin oxuyun:

Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlandı

12
Teqlər:
müəllim, müəllimlər
Piyada keçidində insanlar, arxiv şəkli

Məktəblərin açılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edilib

168
(Yenilənib 16:16 21.09.2021)
Piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamaq və hərəkət hissəsini piyada keçidləri ilə keçmək, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamaq tövsiyə edilir.

BAKI, 21 sentyabr — Sputnik. Məktəblərin açılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sabahdan etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq: "Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneə yaratmasınlar".

Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamaq və hərəkət hissəsini piyada keçidləri ilə keçmək, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamaq tövsiyə edilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

168
Məktəb, arxiv şəkli

Məktəblərdə ilk dərs müəyyən edildi

13
(Yenilənib 12:37 21.09.2021)
Sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

 

BAKI, 21 sentyabr — Sputnik. Yeni tədris ilində I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

Qeyd edək ki, sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.

Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə də tədris sentyabrın 29-dan əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.

2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Eləcə də oxuyun:

13
Teqlər:
məktəb, ilk, dərs

Kanar adalarında vulkan püskürməsi: onlarla evə ziyan dəydi