İmtahan, arxiv şəkli

Kolleclərə ixtisas seçiminə start verilib

10
İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

BAKI, 27 avqust — Sputnik. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 27-dən sentyabrın 7-dək internet vasitəsilə həyata keçirilir.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizetex/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar. "Xoreoqrafiya sənəti (sahələr üzrə) " və "Rəqs müəllimliyi" ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2021/2022-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında nəşr olunub.

Həmçinin oxuyun:

Təhsil Nazirliyindən peşə məktəblərinə qəbul olunanlara müraciət

10
Teqlər:
Kollec, ixtisas
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il

Universitetlərdə dərs saatı 80 dəqiqəyə endirilir

21
Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir.

BAKI, 23 sentyabr — Sputnik. Ali məktəblərdə dərs saatının 90 dəqiqədən 80 dəqiqəyə endirilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlama verib.

Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir: "Bu, universitetlərin verəcəyi qərardır. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Beləliklə, tələbələrin tənəffüsə çıxmalarının və təmasların sayının az olmasına səbəb olacaq. Yəqin ki, belə davam etsə, 80 dəqiqəlik dərslər keçiriləcək".

N.Məmmədli universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halının qeydə alınması təhlükəsinə də toxunub. Nazirlik rəsmisinin sözlərinə görə, belə hallar baş verərsə, həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək:

"Həmçinin şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır. Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar".

Həmçinin oxuyun:

"Mühafizəçiyə silah vermək olmaz": Bəs tələbəni necə qorumalı?

21
Teqlər:
universitet, dərs
Məktəbdə müəllim, arxiv şəkli

Dərslər başladı, müəllimlərin seçimi bitmədi

285
(Yenilənib 20:51 22.09.2021)
Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.

 

BAKI, 22 sentyabr — Sputnik. Bu gündən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə (ibtidai sinif istisna olmaqla) başlanılır.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vakansiya seçimlərinə bu gün saat 11:00-da start verilib və seçim 24 sentyabr saat 10:59-da başa çatacaq. Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.

Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Eyni zamanda tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

Eləcə də oxuyun:

285
Teqlər:
müəllim, vakansiya, seçim
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub