Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında

Mehriban Əliyeva yenidən qurulan təhsil təlim müəssisələrinin açılışında iştirak edib

27
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında iştirak edib.

BAKI, 26 avqust — Sputnik. Cümə axşamı, avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvvəlcə Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın yeni binasının açılışında iştirak etdi.

Birinci vitse-prezident təhsil kompleksində yaradılan şəraitlə tanış oldu.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə onun yerində gimnaziyanın yeni binası tikilib.

© Photo : AZƏRTAC
Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında

Diqqətə çatdırılıb ki, xarici dillər təmayüllü gimnaziya 1029 şagird yerlikdir. Gimnaziyanın yeni binasında sinif otaqları, laboratoriya otaqları, informatika sinfi, hərbi hazırlıq otağı, kitabxana, yeməkxana yaradılıb. Kompleksin həyətində yerləşən Laçın məktəbinin binası, yataqxana korpusu da yenidən inşa edilib. 216 şagird yerlik Laçın rayonu 32 nömrəli tam orta məktəbində 12 sinif otağı, akt və qapalı idman zalları da fəaliyyət göstərir. Eyni zamanda, açıq havada futbol və idman meydançası yaradılıb. Ərazidəki yataqxana korpusu 185 yerlikdir. Üçmərtəbəli yataqxana binası zəruri mebel və avadanlıqlarla təchiz edilib.

X X X

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsində istifadəyə verilən 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusu ilə tanış oldu.

Məlumat verildi ki, 1972-ci ildən fəaliyyət göstərən 12 saylı xüsusi internat məktəbində dayaq-hərəkət pozğunluğu olan sağlamlıq imkanları məhdud 6-14 yaş həddində 120 şagird təhsil alır. Tədris korpusunun daxilində yerləşən yataqxana Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq tədris otaqlarına uyğunlaşdırılıb və müəssisənin ərazisində yeni yataqxana korpusu inşa edilib. Yeni yataqxana korpusu üçmərtəbəli olmaqla 128 nəfərlikdir. Korpusda yemək zalı, mətbəx sahəsi, tibb otağı, istirahət zonası, kitabxana, asudə vaxtın təşkili otaqları yaradılıb.

© Photo : AZƏRTAC
Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında

X X X

Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Qeyd edək ki, bu uşaq bağçası da Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisəsinin yenidən qurulması işinə daha bir töhfəsidir. Vaxtilə fərdi yaşayış evi kimi inşa olunan bina 1957-ci ildən uşaq bağçasına uyğunlaşdırılıb. 1937-ci ildə inşa olunan bina qəzalı vəziyyətdə olduğundan sökülərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə yerində yeni bağça binası inşa edilib.

İstifadəyə verilən üçmərtəbəli uşaq bağçasında oyun otaqları, idman, musiqi və rəsm zalları, yataq otaqları, yeməkxana, tibb otağı, geyinib-soyunma otaqları və digər texniki otaqlar yaradılıb. Bağça zəruri mebel və avadanlıqlarla təchiz edilib. Uşaqların asudə vaxtının təşkili məqsədilə açıq havada oyun meydançası da yaradılıb, ərazi yaşıllaşdırılıb.

© Photo : AZƏRTAC
Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında

Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet sahələr sırasında elm və təhsilin inkişafı üzrə proqram və layihələr xüsusi yer tutur. Fondun 2014-cü ildən reallaşdırdığı “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bu sahədə mövcud problemlərin həllinə yönəlib. Heydər Əliyev Fondu qeyd olunan proqramı həyata keçirməklə bu istiqamətdə əhəmiyyətli töhfəsini verir. Proqram çərçivəsində təmirə ehtiyacı olan bağçaların yenidən qurulması və yeni bağçaların inşası həyata keçirilməkdədir.

Eləcə də oxuyun:

27
Teqlər:
Birinci vitse-prezident Mehriban Əliyeva, təhsil, müəssisə, təhsil müəssisəsi, məktəb, bağça
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il

Universitetlərdə dərs saatı 80 dəqiqəyə endirilir

21
Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir.

BAKI, 23 sentyabr — Sputnik. Ali məktəblərdə dərs saatının 90 dəqiqədən 80 dəqiqəyə endirilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlama verib.

Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir: "Bu, universitetlərin verəcəyi qərardır. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Beləliklə, tələbələrin tənəffüsə çıxmalarının və təmasların sayının az olmasına səbəb olacaq. Yəqin ki, belə davam etsə, 80 dəqiqəlik dərslər keçiriləcək".

N.Məmmədli universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halının qeydə alınması təhlükəsinə də toxunub. Nazirlik rəsmisinin sözlərinə görə, belə hallar baş verərsə, həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək:

"Həmçinin şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır. Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar".

Həmçinin oxuyun:

"Mühafizəçiyə silah vermək olmaz": Bəs tələbəni necə qorumalı?

21
Teqlər:
universitet, dərs
Məktəbdə müəllim, arxiv şəkli

Dərslər başladı, müəllimlərin seçimi bitmədi

285
(Yenilənib 20:51 22.09.2021)
Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.

 

BAKI, 22 sentyabr — Sputnik. Bu gündən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə (ibtidai sinif istisna olmaqla) başlanılır.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vakansiya seçimlərinə bu gün saat 11:00-da start verilib və seçim 24 sentyabr saat 10:59-da başa çatacaq. Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.

Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Eyni zamanda tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

Eləcə də oxuyun:

285
Teqlər:
müəllim, vakansiya, seçim
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub