CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyindən peşə məktəblərinə qəbul olunanlara müraciət

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan, 1920, 26.08.2021
Abunə olmaq
Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
BAKI, 26 avqust — Sputnik. Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsində uğur qazanmış şəxslər 30 avqust saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tələb olunan sənədlər aşağıdakılardır:
- Attestatın əsli;
- Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
- Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
- Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
- Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə "SMS" bildiriş artıq göndərilib. Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasında yerləşən "Şəxsi kabinet" bölümündən əldə edə bilərlər.
Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ ilə bağlı məlumat yaxın günlərdə paylaşılacaq.
Xatırladaq ki, peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-21 avqust tarixlərində elektron qaydada həyata keçirilib. 2021/2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 14876-sı ixtisas seçimini yekunlaşdırıb. Müraciət edənlərin sayı ötən il ilə müqayisədə 26% artıb.
Eləcə də oxuyun:
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb
Təhsil kreditindən kim yararlana bilməyəcək? - Ekspert baş nazirin qərarını şərh etdi
Təhsil Nazirliyinin saytından hansı arayışları almaq olar
Xəbər lenti
0