Məktəblərin birində, arxiv şəkli

Distant qane etmir: əyani təhsil üçün isə vaksinasiya tələb olunur

40
(Yenilənib 13:14 24.08.2021)
BŞTİ-nin müdirinin sözlərinə görə, məsafədən təhsildə müəyyən vaxtdan sonra şagirdlərin mənimsəməsində, davranışında, səhhətində müəyyən problemlər müşahidə edilib.

BAKI, 24 avqust — Sputnik. Azərbaycanın ikinci böyük şəhərində təhsil işçiləri arasında vaksinasiya göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil işçilərinin vaksinasiyası ilə bağlı canlı yayımda Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib.

Onun sözlərinə görə, Gəncədə təhsil işçilərinin 88 faizi birinci doza vaksin vurdurub. O bildirib ki, təhsil işçiləri arasında ikinci doza 80 faizdən artıqdır: "Gəncədə 4900-dən artıq təhsil işçisi var. Cəmi iki məktəbdə birinci doza üzrə vaksin olunma faizi 80 faizdən aşağıdır. İkinci doza vaksinasiya üzrə 32 məktəbdə göstəricilər 80 faizdən yüksəkdir. Cəmi 12 məktəbdə isə bu göstərici 80 faizdən aşağıdır", - deyə A.Qədiməliyev bildirib.

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva isə bildirib ki, 80-90 faiz vaksinasiya təmin edilərsə, əyani tədrisi bərpa etmək mümkün olar: "Biz 80-90 faiz vaksinasiyanı təmin etməliyik ki, əyani tədrisi bərpa edək. Təhsil işçilərinin vaksinasiyada fəallığı göz önündədir. Təxminən 22686 təhsil işçisi iki doza vaksin vurdurub. Bakının 7 rayonu üzrə müəllimlər vaksinasiyada fəal olublar. 37 məktəbdə təhsil işçilərinin 90 faizdən çoxu vaksinasiyadan keçib. Məsafədən təhsildə müəyyən vaxtdan sonra şagirdlərin mənimsəməsində, davranışında, səhhətində müəyyən problemlər müşahidə edildi", - deyə M.Vəliyeva bildirib.

Eləcə də oxuyun:

40
Teqlər:
təhsil, əyani, vaksinasiya, vaksin, COVID-19 pasportu
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (485)

Ali məktəbə qəbul olunanların qeydiyyat müddəti uzadıldı

7
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

BAKI, 18 sentyabr - Sputnik. Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatının onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılacağı barədə məlumat verilmişdi.

Sputnik Azərbaycan bildirir ki, Dövlət İmtahan Mərkəzi bu müddətin uzadıldığı barədə məlumat yayıb.

Belə ki, qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılıb. Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. 

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Məlumat üçün qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti sentyabrın 23-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.

Həm ali, həm də orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə çatdırırıq ki, qeydiyyatla bağlı alternativ qeydiyyat mərkəzlərinin sayı artırılmışdır. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilmişdir. 

Eləcə də oxuyun:

7
Teqlər:
tələbə, ali məktəb, qəbul, qeydiyyat, DİM
Dərsliklər, arxiv şəkli

"Zəfər tarixi" dərsliyində nələr yer alıb? Müəllifdən açıqlama

1756
(Yenilənib 22:05 17.09.2021)
Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq.

BAKI, 18 sentyabr — Sputnik. Bu günlərdə təhsil nazirinin müavini Firudin Qurbanov "Zəfər tarixi" ilə bağlı dərsliyin hazırlanmasının hansı mərhələdə olduğunu açıqlayıb. Nazir müavini deyib ki, "Zəfər tarixi" dərsliyinin hazırlanması ilə bağlı işlər yekunlaşır. F. Qurbanov yeni dərslikdəki mövzulara da toxunub. O, bildirib ki, yeni dərslikdə şagirdlər Azərbaycan tarixi barədə ətraflı və dəqiq məlumatlar əldə edəcəklər:

"Həmin dərslikdə şagirdlər Vətən müharibəsi, qazanılan şanlı qələbə barədə dəqiq məlumatlara sahib ola biləcəklər".

Sputnik Azərbaycan "Zəfər tarixi"  dərsliyi ilə bağı işlərin hansı mərhələdə olduğunu bu dərslik müəlliflərinin özündən öyrənib. Dərslik müəlliflərindən biri, tarixçi-tədqiqatçı Hafiz Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq ictimai müzakirəyə verilən "Zəfər tarixi" dərsliyində həm birinci Qarabağ, həmçinin də bizə zəfər qazandıran İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verilib:

"Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq. Qarabağın ən qədim tarixi də kitabda qeyd olunub. Qarabağa ermənilərin köçürülməsi, nəticələri ətraflı əks olunub. "Zəfər tarixi" dərsliyində həmçinin Aprel döyüşləri haqqında bölmə var. Dərsliyin "Qəhrəmanlar unudulmur" bölməsində ərazi bütövlüyü uğrunda döyüşmüş Ramiz Qənbərov, Vəzir Orucov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov, Mübariz İbrahimov kimi qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu əks olunub. Dərslikdə Qarabağ müharibəsinin qadın qəhrəmanları olan Salatın Əsgərova, İkinci Qarabağ müharibəsində yeganə şəhid xanım Arəstə Baxışovanın qəhrəmanlıqları da qeyd olunub".

Müəllif Vətən müharibəsində görüntüləri ilə məşhurlaşan topçu Vüsal Kərimova da yer verildiyini söyləyib.  Onun sözlərinə görə, dərslikdə Qarabağın mədəniyyəti, tarixi, musiqisi ilə bağlı zəruri məlumatlar da öz əksini tapacaq. O, həmçinin Qarabağ müharibəsi dövründə qanlı tariximizin də unudulmadığını söyləyib.

Onun sözlərinə görə, dərslikdə tariximizin ən şanlı səhifələrindən biri olan Cümhuriyyət dönəmi, bu dövrdə qazandığımız uğur və nailiyyətlər hər zaman əks olunub:

"Ali Baş Komandanın 44 günlük Vətən müharibəsinin, şanlı qələbəmizin ali və orta məktəb proqramlarında, tarix dərsliklərində əks etdirilməsi ilə bağlı göstərişlərinin icrası istiqamətində artıq addımlar atılır. Bilirsiniz ki, əvvəllər VII və VIII siniflərdə Qarabağ tarixi adlı fakültativ dərslər keçirilirdi. İndi artıq gələn tədris ilindən IX siniflər üçün Qarabağın zəfər tarixi adlı fənn keçiləcək. “Qarabağ tarixi” fənni artıq Qarabağın zəfər tarixi fənni ilə əvəzlənəcək. Biz Qarabağ müharibəsində şanlı zəfər qazanmışıq, torpaqlarımızı azad etmişik. Təhsil Nazirliyi tərəfindən Qarabağın zəfər tarixi ilə bağlı işlər görülür. Dərsliyin hazırlanması son mərhələdədir. Dərslik bu tədris ilindən 9-cu siniflərdə tədris olunacaq".

Müəllif deyr ki, dərslik ictimai müzakirəyə çıxarıldığından rəylər də nəzərə alınır:

"Bütün rəy və təkliflər də nəzərə alınır. Faydalı rəylər çoxdur".

Qeyd edək ki, "Zəfər tarixi" dərsliyinin beş müəllifi var. Onlar Pərviz Ağalarov, Niyaməddin Quliyev, Talıb Talıblı, Ramil Tanrıverdi, Hafiz Cabbarovdur.

Vətən müharibəsində iştirak edən tarixçi müəllimlər də belə bir dərsliyin hazırlanmasını vacib hesab edirlər. Vətən müharibəsi iştirakçısı, tarixçi müəllim Emin Piri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, hazırda Xızı rayonun Türkoba kənd məktəbində tarix müəllimi işləyir. Tarixçi müəllim deyir ki, "Zəfər tarixi" dərsliyində Vətən müharibəsində düşmən cəbhəsinin yarılmasında böyük əhəmiyyət kəsb edən döyüş əməliyyatları barədə zəruri məlumatların yer alması vacibdir:

"İkinci Qarabağ müharibəsində Füzulu-Cəbrayıl cəbhəsi yarılmasaydı bizim zəfər qazanmağımız çətin olardı. Bu döyüş əməliyyatı dərslikdə xüsusi qeyd olunmalıydır. Füzulu-Cəbrayıl cəbhəsinin yarılması ilə bağlı biz bütün mifi dağıtmış olduq. Elə şəhidlərin yarısından çoxu bu cəbhədə həyatını itirdi".

E.Piri bildirir ki, dərslikdə əsas xətti Azərbaycan ordusunun rəşadəti, ən ağır döyüş əməliyyatlarını uğurla icra edərək Zəfər qazanması təşkil etməlidir. Onun sözlərinə görə, dərslik ildən-ilə təkminləşdirilməlidir. E.Piri dərsliyin gənc nəslin vətənpərvər ruhda yetişməsində böyük rol oynayacağını söyləyir.

Həmçinin oxuyun:

"Zəfər tarixi" dərsliyi nə vaxta hazır olacaq? Nazir müavini açıqladı

1756
Teqlər:
dərslik, Zəfər Günü, tarix

Rusiyalı dənizçilər Şüvəlanda həmkarlarının xatirəsini yad ediblər