CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə neçə şagird koronavirusa yoluxub? Nazirlik açıqladı

© Sputnik / Murad OrujovУченики около одной из бакинских школ
Ученики около одной из бакинских школ - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Abunə olmaq
Bu gün təhsil işçilərindən hər iki doza vaksini vurduran təhsil şöbələri içərisində Qazax, Yardımlı, Astara, Neftçala, Lerik, Zərdab və Gəncə rayonları liderlik edir.
BAKI, 24 avqust — Sputnik. Azərbaycanda indiyədək koronavirusa yoluxan şagirdlərin sayı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün təhsil işçilərinin vaksinasiyası ilə bağlı keçirilən canlı yayımda təhsil nazirinin müşaviri Rüstəm Ağayev məlumat verib.
O bildirib ki, 2020-ci ilin sentyabrından bu günə qədər yeni növ koronavirusa yoluxan şagird və işçi heyətin statistikası hazırlanır. Bu günə qədər 25370 şagird, 15128 nəfər işçi heyət koronavirusa yoluxub. Onun sözlərinə görə, respublika üzrə ümumtəhsil müəssisələrində 137 min nəfər - 61 faiz hər iki dozanı vurdurub. I dozanı vurduranların sayı 162 min, yəni 72 faizdir. Ali təhsil müəssisələrində hər iki dozanı 16 min, yalnız birinci dozanı 20 min şəxs, peşə məktəblərində isə birinci dozanı 3451 nəfər, ikinci dozanı isə 3038 nəfər vurdurub".
Onun sözlərinə görə, bu gün təhsil işçilərindən hər iki doza vaksini vurduran təhsil şöbələri içərisində Qazax, Yardımlı, Astara, Neftçala, Lerik, Zərdab və Gəncə rayonları liderlik edir.
Eləcə də oxuyun:
Koronavirus qurbanlarının sayı artır: son sutkada 32 nəfər vəfat edib
"Semaşko" yenidən bağlandı - Rəhbərlik təsdiqlədi
Hətta beşinci doza vaksinə də zərurət yarana bilər - ekspert rəyi
Xəbər lenti
0