Müəllimlərin işə qəbulu üzrə imtahanı, arxiv şəkli

Müəllimlər üçün seçim mərhələsinə başlanılır

21
(Yenilənib 17:45 23.08.2021)
Namizədlər 26 avqust saat 10:59-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

BAKI, 23 avqust — Sputnik. 24-26 avqust tarixlərində 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Təhsil Nazirliyindən

Sputnik Azərbaycan-a bildirilib ki, 24 avqust saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək. Namizədlər 26 avqust saat 10:59-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti turlarda da vakansiyaya çıxarılacaq. Həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək. Namizədlərə vakansiya seçimi zamanı bu məqamı nəzərə almaq tövsiyə olunur.

Müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun:

Müəllimlərin nəzərinə: İşə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

21
Piyada keçidində insanlar, arxiv şəkli

Məktəblərin açılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edilib

448
(Yenilənib 16:16 21.09.2021)
Piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamaq və hərəkət hissəsini piyada keçidləri ilə keçmək, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamaq tövsiyə edilir.

BAKI, 21 sentyabr — Sputnik. Məktəblərin açılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sabahdan etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq: "Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneə yaratmasınlar".

Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamaq və hərəkət hissəsini piyada keçidləri ilə keçmək, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamaq tövsiyə edilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

448
Məktəb, arxiv şəkli

Məktəblərdə ilk dərs müəyyən edildi

14
(Yenilənib 12:37 21.09.2021)
Sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

 

BAKI, 21 sentyabr — Sputnik. Yeni tədris ilində I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

Qeyd edək ki, sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.

Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə də tədris sentyabrın 29-dan əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.

2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Eləcə də oxuyun:

14
Teqlər:
məktəb, ilk, dərs
Dağ çayı, arxiv şəkli

Oxçuçayın yatağı ekoloji fəlakət zonasına çevrilib

0
(Yenilənib 19:30 21.09.2021)
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, dəyəri milyardlarla qiymətləndirilən 52 yataq istismar olunaraq talan edilib.

BAKI, 21 sentyabr — Sputnik. İşğal dövründə qızıl, gümüş, mis, civə kimi filiz yataqları, müxtəlif tikinti materialları, yeraltı şirin su və termal-mineral su yataqları olmaqla, dəyəri milyardlarla qiymətləndirilən 52 yataq istismar olunaraq talan edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. 

Onun sözlərinə görə, işğalın davam etdiyi dövrdə mineral xammal ehtiyatlarının istismarı ilə bağlı vəziyyət acınacaqlı olub. Bu bölgədə ötən əsrin 90-cı illərinədək 167 faydalı qazıntı yatağı kəşf edilərək dövlət balansında qeydiyyata alınıb. Nazir müavini Şərqi Zəngəzur və Qarabağ bölgəsinin su ehtiyatları baxımından çox zəngin olduğunu bildirib:

"Həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, ekoloji