Məleykə Abbaszadə, arxiv şəkli

Məleykə Abbaszadə valideynlərə səsləndi

26
“Çox zaman bala uyğun olaraq müəllimlər, valideynlər abituriyentlər üçün ixtisas seçirlər. Bala uyğun olaraq deyil, gənc insan hansı sahədə işləmək istəyirsə, bununla bağlı abituriyentlə söhbət aparıb məsləhət vermək lazımdır”.

BAKI, 23 avqust — Sputnik. Ali məktəblərə ixtisas seçiminə start verilib, bütün mərhələlərdə çalışırıq ki, abituriyentlərin yanında olaq.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə özünün “Facebook” sosial şəbəkəsində canlı yayımda çıxışı zamanı deyib. O bildirib ki, bununla bağlı çoxlu materiallar çap edilir:

“Çox zaman bala uyğun olaraq müəllimlər, valideynlər abituriyentlər üçün ixtisas seçirlər. Bala uyğun olaraq deyil, gənc insan hansı sahədə işləmək istəyirsə, bununla bağlı abituriyentlə söhbət aparıb məsləhət vermək lazımdır”.

M.Abbaszadə bildirib ki, hər kəs övladının istəyinə hörmətlə yanaşsın:

“Gələcəkdə o istəmədiyi peşədə çalışaraq ömür boyu bunun altını çəkəcək”.

Qeyd edək ki, avqustun 20-dən etibarən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayb. İxtisas seçimi avqustun 20-dən 30-dək Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılacaq.

26
Azərbaycan hərbçiləri, arxiv şəkli

Sinif otağını səngərə dəyişən müəllimlərimiz

1517
(Yenilənib 11:26 27.09.2021)
Qırx dörd günlük müharibədə 760 təhsil işçisi iştirak edib. Onlar qəhrəmancasına döyüşərək şücaət göstəriblər.

BAKI, 27 sentyabr — Sputnik. Təhsil Nazirliyi Anım Günü ilə bağlı Vətən müharibəsində şəhid olan təhsil işçiləri barədə sosial şəbəkələrdə paylaşım edib. Nazirliyin paylaşımında Vətən müharibəsində iştirak edən və şəhid olan təhsil işçilərinin sayı açıqlanıb.

Məlumatda qeyd olunur ki, 44 günlük müharibədə 760 təhsil işçisi iştirak edib. Onlar qəhrəmancasına döyüşərək şücaət göstəriblər. Müharibədə iştirak edən təhsil işçilərindən 20 nəfəri şəhadətə qovuşub.

Qeyd edək ki, Vətən müharibəsi zamanı sinif otağını səngərə dəyişən müəllimlər arasında da şəhidlik zirvəsinə ucalanlar oldu. Onlar Vətən yolundakı bu qəhrəmanlıqları ilə bütün şagirdlər üçün əsl vətənpərvərlik nümunəsinə çevrildilər.

Eləcə də oxuyun:

1517
Teqlər:
Qarabağ, Vətən müharibəsi, şəhidlər, müəllimlər, Təhsil Nazirliyi, Anım Günü
Mövzu:
Anım Günü
Çay kənarında mağara uşağı, arxiv şəkli

Amerikalı alimlər tarix elminin səhvini üzə çıxardı: Ən qədim insanın vətəni bəlli oldu

577
(Yenilənib 13:23 26.09.2021)
Arxeoloji qazıntılar qədim dövrlərə aid sübutları göstərməklə yanaşı, eləcə də ən qədim insanların Şimali Amerikanın cənubunda mövcud olduğunu ortaya çıxarır.

BAKI, 26 sentyabr - Sputnik. ABŞ-ın Nyu-Meksiko ştatında aparılan arxeoloji qazıntılar nəticəsində sonuncu buz dövründə yaşayan insanların qalıqları aşkar edilib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə "Science" jurnalında məqalə dərc olunub.

Arxeoloji qazıntılar qədim dövrlərə aid sübutları göstərməklə yanaşı, eləcə də ən qədim insanların Şimali Amerikanın cənubunda mövcud olduğunu ortaya çıxarır.

Amerikanın ilk sakinlərinin meydana çıxma vaxtı 13-20 min il əvvəl arasında dəyişir.

Arxeoloqların araşdırmasının dəqiqliyinə bir sıra metodlardan istifadə etməklə zəmanət verilir: çöküntü təbəqələrinin analizi və hər təbəqədə bitki toxumlarının qalıqlarının radiokarbon analizi.

Qeyd edək ki, tarix elmi ən qədim insanların izlərinin Afrika va Asiyada aşkar edildiyini bildirir.

577
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyev, arxiv şəkli

Xüsusi Təyinatlı Qüvvələrin komandanı Anım Günü müharibə qəhrəmanları ilə bir arada

0
(Yenilənib 20:23 27.09.2021)
Bu gün keçirilən anım tədbirləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Xüsusi Təyinatlı Qüvvələrdə anım mərasimi və veteranlarla görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, mərasimdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb.

Anım mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, veteranlar və qazilər iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Bu gün keçirilən anım tədbirləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Hazırda da bir çox təlimlər icra edilməkdədir.

 

0