Koronavirusa qarşı vaksinasiya, arxiv şəkli

Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB BŞTİ-dən cavab

109
Şahmar Mövsümov qeyd edib ki, insanlar vaksinə inanmır, sonra da gedib yoluxur, kiməsə yoluxdurur və dünyalarını dəyişirlər.

BAKI, 20 avqust — Sputnik. "Son illər bütün dünyada və Azərbaycanda məxmərək, qızılca kimi xəstəliklər artıb. Bu da vaksinə qarşı inamsızlığın nəticəsidir. Araşdırın ki, vaksin icad olunmazdan öncə ailələrdə doğulan körpələrin neçəsi 5 yaşadək həyatda qalırdı".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə günü, avqustun 20-də keçiriən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə saxta vaksinlərlə bağlı məsələyə aydınlıq gətirib:

"Saxta vaksinin verilməsində iki cinayətkar var - biri vaksini verən, digəri bunu elətdirən. Biz gərək monitorinq aparaq. Əslində isə onlar başa düşməlidirlər ki, hər iki tərəf cinayət edir. İnamsızlığı necə aradan qaldıraq deyə sual verilir. Beynəlxalq elm axı bunu sübut edir. Vaksinə inanmırlar, sonra da gedib yoluxur, kiməsə yoluxdurur və dünyalarını dəyişirlər. Məsuliyyətsiz insanlar imkan vermirlər ki, bu proses başa çatsın".

O, sentyabrın 15-dən dərslərin başlanılmasının nəzərdə tutulduğunu bildirib: "Lakin sentyabrın 15-dən bir qədər öncə də bu məsələyə baxıla bilər. O ki qaldı valideynlərin vaksinləşməsinə, nə şagird, nə də ki valideynlər üçün belə tələb qoyulmayıb".

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva da məsələ ilə bağlı açıqlama verib.

"Hədəfimiz, bütün səylərimiz ona yönəlib ki, ənənəvi təhsil bərpa olunsun, yenə tədris ocaqlarımız əvvəlki qələbəliyini yaşasın. Övladlarımız doğma məktəblərindən, sevimli müəllimləri, məktəb yoldaşları ilə canlı ünsiyyətdən uzaq qalmasınlar.

Məktəb divarları arasında müəllim-şagird ünsiyyəti, mənəvi bağlılığı heç nə ilə əvəz oluna bilməz. Məktəbin gözəlliyi, özəlliyi onun şagirdləridir. Dərs zamanı hökm sürən sakitlik, tənəffüs zəngi ilə yaranan səs-küy… bax, budur bizim həsrətində olduğumuz məktəb. Dediyim kimi, bütün səylərimiz də bunun üçündür. Bütün imkanlar ənənəvi təhsilin bərpa olunmasına yönəlib. Əlbəttə ki, bu arzuya gedən yol da kütləvi vaksinasiyadan keçir", - Vəliyeva söyləyib.

O, dərs bölgüsü zamanı peyvənd olunan müəllimlərlə peyvənd olunmayanlar arasında fərq qoyulması ehtimalını da cavablandırıb: "İlk növbədə qeyd edim ki, müəllim həmişə yolğöstərən, maarifləndirən olub və bu, bu gün də belədir. Bu baxımdan bütün müəllimlər, təhsil işçiləri yaxşı anlayırlar ki, vaksinasiya prosesində fəallıq təkcə ənənəvi tədrisin bərpası üçün deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün vacibdir. Bütün ehtimallar nəzərə alınarsa, sanitar-epidemioloji vəziyyətin dəyişmə riskləri qiymətləndirilərsə, təbii ki, vaksin olunmaq ənənəvi qaydada daha çox saatda dərs demək imkanı kimi səciyyələndirilə bilər.

Bir məsələni də qeyd edim ki, tədris müəssisələrində heyət üzvlərindən vaksin vurulmuş şəxslərin vaksin pasportlarının, koronavirus infeksiyasına yoluxma səbəbilə vaksin vurulmayan şəxslərin immunitet sertifikatlarının və əks-göstərişi olan şəxslərin əks-göstəriş sertifikatlarının tələb olunması müzakirə edilir. Düşünürəm ki, müvafiq  tədbirlər ümumi məqsədlərə xidmət etməklə yanaşı, həm də təhsilalanlar və təhsilverənlər üçün daha səmərəli tədris mühitinin yaradılmasına xidmət edəcək".

"Bizim üzərimizə düşən normal həyata qayıtmaq üçün vaksinasiya prosesində fəal iştirak etməkdir. Unutmayaq ki, virus alacağımız tədbirlərdən daha güclü deyil.  Alacağımız ən böyük tədbir isə peyvənd olunmaqdır. Tədris ilinin başlanmasına qalan 20-25 gün ərzində ümid edirik ki, təhsil işçiləri arasında peyvənd olunanların sayı artacaq. Bu, həm ümumi işimizə, həm də sağlamlığımıza xidmət etmiş olacaq", - BŞTİ rəhbəri əlavə edib.

Valideyni vaksin olunmayan şagirdlərin məktəbə buraxılmayacağı məsələsinə gəlincə isə M.Vəliyeva məsələyə Təhsil Nazirliyinin rəsmi olaraq aydınlıq gətirdiyini vurğulayıb:

"Düşünürəm ki, valideynlər qarşısında bununla bağlı hər hansı tələbə və tapşırığa zərurət olmayacaq. Amma unutmayaq ki, məktəb təkcə müəllim və şagirddən ibarət deyil. Valideyn də bu sistemin bir parçasıdır və hətta deyərdim ki, çox əhəmiyyətli bir parçasıdır. Onların övladlarının sağlamlığını, təhsilini düşünərək peyvənd olunmuş  müəllim qədər valideyn də məsuliyyət daşıyır. Ona görə də əziz valideynlərimizi də ümumi təşəbbüsə qoşularaq ənənəvi tədrisin bərpasına layiqli töhfə verməyə çağırıram.

Sonda bir daha qeyd edim ki, paytaxtın ümumi təhsil müəssisələrində çalışanların vaksinasiyasının əyani tədrisə keçidi sürətləndirəcəyinə ümidlərimiz sonsuzdur. Hər kəs öz cəbhəsindən bu işə dəstək olarsa, vaksinasiya prosesinə fəal qoşularsa normal həyata qayıtmağımız yolunda  yaşıl işıq yanacaq".

Eləcə də oxuyun:

109
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, vaksinasiya, məktəb, valideyn, TƏBİB, BŞTİ, açıqlama
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (97)
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Məktəbə buraxılacaq təhsil işçilərinin sayı açıqlandı

8
Təhsil Nazirliyinin vaksin olunmayan təhsil işçilərinin məktəblərə girişinə icazə verilməməsinə dair qərarı da məhz onların özlərinin və ətrafdakıların sağlamlığı naminədir.

BAKI, 15 sentyabr — Sputnik. Bakıda təhsil işçilərinin 80 faizə yaxını, 28 662 nəfəri COVID-19-a qarşı peyvənd olunub və proses davam etdirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məlumat verib. Onun sözlərinə görə, pandemiya şəraitində təhsilin ənənəvi qaydada davam etdirilməsi məktəbin və müəllimlərin üzərinə şagirdlərin sağlamlığı, təhlükəsizliyi baxımından daha böyük vəzifələr qoyur:

"Valideyn səhər övladını məktəbə yola salır, məktəbin qapısından içəri daxil olan hər bir şagirdin təhlükəsizliyindən artıq məktəb və müəllim cavabdehdir. Təhsil Nazirliyinin vaksin olunmayan təhsil işçilərinin məktəblərə girişinə icazə verilməməsinə dair qərarı da məhz onların özlərinin və ətrafdakıların sağlamlığı naminədir. Əgər əyani təhsilin davamlılığını istəyiriksə, övladlarımızın təhlükəsiz bir mühitdə təhsil almasını istəyiriksə, vətəndaş məsuliyyəti hiss edərək prosesə hamılıqla qoşulmalıyıq".

Eləcə də oxuyun:

8
Teqlər:
məktəb, müəllim, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

Məktəblərdə əyani təhsilə qədər şagird cəlb olunacaq?

12
2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

BAKI, 15 sentyabr — Sputnik. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir.

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Eləcə də oxuyun:

12
Teqlər:
məktəb, şagirdlər, əyani
Laborant koronavirus testlərinin nümunələri üzərində işləyir, arxiv şəkli

COVID-19 statistikası: yoluxanlar azaldı, ölənlərin sayı isə artıb