Müəllimlərin işə qəbulu üzrə imtahanı

Dörd fənn üzrə imtahanda uğur qazanan müəllimlər müsahibəyə dəvət olunurlar

16
Qeyd edək ki, müsahibələrdə iştirak edəcək namizədlər üçün müsahibə mövzuları miq.edu.az saytında yerləşdirilib: https://miq.edu.az/movzular.

BAKI, 14 avqust — Sputnik. Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin vakansiya seçimi mərhələsində iştirak etmiş namizədlər şəxsi səhifələrinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.

10-13 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1599 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Namizədlərin şəxsi səhifələrində müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumatlar qeyd olunub.

Qeyd edək ki, müsahibələrdə iştirak edəcək namizədlər üçün müsahibə mövzuları miq.edu.az saytında yerləşdirilib: https://miq.edu.az/movzular

Eləcə də oxuyun:

16
Teqlər:
müəllim, vakansiya, seçim, müsahibə
Dərsliklər, arxiv şəkli

"Zəfər tarixi" dərsliyində nələr yer alıb? Müəllifdən açıqlama

1750
(Yenilənib 22:05 17.09.2021)
Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq.

BAKI, 18 sentyabr — Sputnik. Bu günlərdə təhsil nazirinin müavini Firudin Qurbanov "Zəfər tarixi" ilə bağlı dərsliyin hazırlanmasının hansı mərhələdə olduğunu açıqlayıb. Nazir müavini deyib ki, "Zəfər tarixi" dərsliyinin hazırlanması ilə bağlı işlər yekunlaşır. F. Qurbanov yeni dərslikdəki mövzulara da toxunub. O, bildirib ki, yeni dərslikdə şagirdlər Azərbaycan tarixi barədə ətraflı və dəqiq məlumatlar əldə edəcəklər:

"Həmin dərslikdə şagirdlər Vətən müharibəsi, qazanılan şanlı qələbə barədə dəqiq məlumatlara sahib ola biləcəklər".

Sputnik Azərbaycan "Zəfər tarixi"  dərsliyi ilə bağı işlərin hansı mərhələdə olduğunu bu dərslik müəlliflərinin özündən öyrənib. Dərslik müəlliflərindən biri, tarixçi-tədqiqatçı Hafiz Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq ictimai müzakirəyə verilən "Zəfər tarixi" dərsliyində həm birinci Qarabağ, həmçinin də bizə zəfər qazandıran İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verilib:

"Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq. Qarabağın ən qədim tarixi də kitabda qeyd olunub. Qarabağa ermənilərin köçürülməsi, nəticələri ətraflı əks olunub. "Zəfər tarixi" dərsliyində həmçinin Aprel döyüşləri haqqında bölmə var. Dərsliyin "Qəhrəmanlar unudulmur" bölməsində ərazi bütövlüyü uğrunda döyüşmüş Ramiz Qənbərov, Vəzir Orucov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov, Mübariz İbrahimov kimi qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu əks olunub. Dərslikdə Qarabağ müharibəsinin qadın qəhrəmanları olan Salatın Əsgərova, İkinci Qarabağ müharibəsində yeganə şəhid xanım Arəstə Baxışovanın qəhrəmanlıqları da qeyd olunub".

Müəllif Vətən müharibəsində görüntüləri ilə məşhurlaşan topçu Vüsal Kərimova da yer verildiyini söyləyib.  Onun sözlərinə görə, dərslikdə Qarabağın mədəniyyəti, tarixi, musiqisi ilə bağlı zəruri məlumatlar da öz əksini tapacaq. O, həmçinin Qarabağ müharibəsi dövründə qanlı tariximizin də unudulmadığını söyləyib.

Onun sözlərinə görə, dərslikdə tariximizin ən şanlı səhifələrindən biri olan Cümhuriyyət dönəmi, bu dövrdə qazandığımız uğur və nailiyyətlər hər zaman əks olunub:

"Ali Baş Komandanın 44 günlük Vətən müharibəsinin, şanlı qələbəmizin ali və orta məktəb proqramlarında, tarix dərsliklərində əks etdirilməsi ilə bağlı göstərişlərinin icrası istiqamətində artıq addımlar atılır. Bilirsiniz ki, əvvəllər VII və VIII siniflərdə Qarabağ tarixi adlı fakültativ dərslər keçirilirdi. İndi artıq gələn tədris ilindən IX siniflər üçün Qarabağın zəfər tarixi adlı fənn keçiləcək. “Qarabağ tarixi” fənni artıq Qarabağın zəfər tarixi fənni ilə əvəzlənəcək. Biz Qarabağ müharibəsində şanlı zəfər qazanmışıq, torpaqlarımızı azad etmişik. Təhsil Nazirliyi tərəfindən Qarabağın zəfər tarixi ilə bağlı işlər görülür. Dərsliyin hazırlanması son mərhələdədir. Dərslik bu tədris ilindən 9-cu siniflərdə tədris olunacaq".

Müəllif deyr ki, dərslik ictimai müzakirəyə çıxarıldığından rəylər də nəzərə alınır:

"Bütün rəy və təkliflər də nəzərə alınır. Faydalı rəylər çoxdur".

Qeyd edək ki, "Zəfər tarixi" dərsliyinin beş müəllifi var. Onlar Pərviz Ağalarov, Niyaməddin Quliyev, Talıb Talıblı, Ramil Tanrıverdi, Hafiz Cabbarovdur.

Vətən müharibəsində iştirak edən tarixçi müəllimlər də belə bir dərsliyin hazırlanmasını vacib hesab edirlər. Vətən müharibəsi iştirakçısı, tarixçi müəllim Emin Piri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, hazırda Xızı rayonun Türkoba kənd məktəbində tarix müəllimi işləyir. Tarixçi müəllim deyir ki, "Zəfər tarixi" dərsliyində Vətən müharibəsində düşmən cəbhəsinin yarılmasında böyük əhəmiyyət kəsb edən döyüş əməliyyatları barədə zəruri məlumatların yer alması vacibdir:

"İkinci Qarabağ müharibəsində Füzulu-Cəbrayıl cəbhəsi yarılmasaydı bizim zəfər qazanmağımız çətin olardı. Bu döyüş əməliyyatı dərslikdə xüsusi qeyd olunmalıydır. Füzulu-Cəbrayıl cəbhəsinin yarılması ilə bağlı biz bütün mifi dağıtmış olduq. Elə şəhidlərin yarısından çoxu bu cəbhədə həyatını itirdi".

E.Piri bildirir ki, dərslikdə əsas xətti Azərbaycan ordusunun rəşadəti, ən ağır döyüş əməliyyatlarını uğurla icra edərək Zəfər qazanması təşkil etməlidir. Onun sözlərinə görə, dərslik ildən-ilə təkminləşdirilməlidir. E.Piri dərsliyin gənc nəslin vətənpərvər ruhda yetişməsində böyük rol oynayacağını söyləyir.

Həmçinin oxuyun:

"Zəfər tarixi" dərsliyi nə vaxta hazır olacaq? Nazir müavini açıqladı

1750
Teqlər:
dərslik, Zəfər Günü, tarix
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli

Paytaxt məktəblərində yeni tədris ilinə hazırlıq davam edir

13
(Yenilənib 22:30 17.09.2021)
Hazırlıq çərçivəsində məktəblər dezinfeksiya olunub, ara məsafənin qorunması üçün xətlər çəkilib. Dəhlizlərə və sinif otaqlarına spirtlər qoyulub, siniflər də hərarət ölçən cihazla təmin edilib.

BAKI, 17 sentyabr — Sputnik. Sentyabrın 22-də ibtidai siniflər, 29-da isə yuxarı sinif şagirdləri üçün qapılarını açacaq məktəblər pandemiya şəraitində ənənəvi tədrisin təşkili üçün hazırlıqlara başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Hazırlıq çərçivəsində məktəblər dezinfeksiya olunub, ara məsafənin qorunması üçün xətlər çəkilib. Dəhlizlərə və sinif otaqlarına spirtlər qoyulub, siniflər də hərarət ölçən cihazla təmin edilib.

Məktəbin qapısında isə şagirdləri müvafiq yoxlamalar gözləyir.

Bu il şagirdlərin tənəffüsə buraxılmasında da fəqliliklər olacaq. Belə ki, məktəblərdə tənəffüs zamanı şagirdlərin bir araya toplanmasına icazə verilməyəcək.

Qeyd edək ki, pandemiya şəraitində başlayacaq yeni tədris ilinin əsas fərqi müəllimlərdən peyvənd, immun və ya əks-göstəriş sertifikatlarının tələb olunmasıdır.

Həmçinin oxuyun:

Bəzi müəllimlərə özlərinin razılığı ilə müəyyən məhdudiyyətlər olacaq

13
Teqlər:
məktəb, tənəffüs
Yeniyetməyə koronavirusa qarşı peyvənd vurulur, arxiv şəkli

Dünyada uşaqlar COVID-19 əleyhinə necə vaksin olunurlar

0
(Yenilənib 19:24 18.09.2021)
ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, İrlandiya, İsveçrə kimi ölkələrdə uşaqların COVID-19 əleyhinə vaksin yaşı 12-dən başlayır.

BAKI, 18 sentyabr — Sputnik. Hələlik Azərbaycanda uşaqların COVID-19 əleyhinə vaksinləşməsi ilə bağlı bir qərar yoxdur. Nazirlər Kabinetinin qərarı ilə ölkədə yaşı 18-dən yuxarı olan şəxslərin vaksinasiyası aparılır. Azərbaycandan fərqli olaraq qonşu Türkiyədə isə artıq bu istiqamətdə addımlar atılıb və yaşı 12-15 olan uşaqlar vaksin olunurlar. Maraqlıdır, dünyada uşaqların vaksin yaşı neçədir?

Sputnik Azərbaycan bunu araşdırmağa çalışıb.

Bir çox dünya ölkələrində, xüsusən də inkişaf etmiş ölkələrdə COVID-19 əleyhinə uşaqların peyvənd yaşı 12 olaraq müəyyənləşib. Bəzi ölkələrdə bu yaş 12-15 yaş aralığında dəyişir.

Məsələn, ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, İrlandiya, İsveçrə kimi ölkələrdə uşaqların COVID-19 əleyhinə vaksin yaşı 12-dən başlayır.

Bəs bu ölkələrdə uşaqların neçə faizi vaksin olunub, buna nəzər yetirək:

- Fransada 68 %

- İtalyada 62%

- İspaniyada 79%

- Almaniyada 39%

- İrlandiyada 90%

- İsveçrədə 55%

Qonşu Türkiyədə vəziyyət necədir?

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər COVID-19 virusu ilə əlaqədar olaraq reanimasiyadakı uşaqların sayında artım olub: "Bu səbəbdən də əlimizdə əsas silahımız vaksindir. Ailələr övladlarını vaksin etdirməkdən qorxmasınlar. Nəinki Türkiyədə, dünyanın bir çox ölkələrində bu virus əleyhinə uşaqlar vaksin olunurlar. Məsələn, Kubada uşaqlar 2 yaşından vaksin olunurlar. Çin və Birləşmiş Ərəb ölkələrində 3 yaşdan vaksinləşmə başlayır".

Qeyd olunub ki, uşaqlar üçün vaksinin fərqli dozada tətbiqi ilə bağlı hələlik nəsə demək mümkün deyil: "Yaşı 12-dən yuxarı olanlara tam doza vaksin vurulur, yaşı 12-dən aşağı olanlara isə daha az dozada vaksinin vurulması üçün müəyyən işlər getsə də, hələlik bir nəticə, qərar yoxdur".

Eləcə də oxuyun:

0
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, vaksinasiya, dünya, uşaqlar
Mövzu:
Yeni tip koronavirus pandemiyası