Bakı məktəblərin birində, arxiv şəkli

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsinin vaxtı bəlli olub

13
(Yenilənib 15:26 09.08.2021)
Şifahi müsahibənin keçirilmə vaxtı və yeri, həmçinin müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı barədə məlumatlar namizədlərin "Şəxsi kabinet"inə göndərilib.

BAKI, 9 avqust — Sputnik. Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin III (şifahi müsahibə) mərhələsinin vaxtı açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, şifahi müsahibələrin 16-25 avqustda keçirilməsi nəzərdə tutulur.

Şifahi müsahibənin keçirilmə vaxtı və yeri, həmçinin müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı barədə məlumatlar namizədlərin "Şəxsi kabinet"inə göndərilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 192 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Həmçinin oxuyun:

13
Dərsliklər, arxiv şəkli

"Zəfər tarixi" dərsliyində nələr yer alıb? Müəllifdən açıqlama

103
(Yenilənib 22:05 17.09.2021)
Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq.

BAKI, 18 sentyabr — Sputnik. Bu günlərdə təhsil nazirinin müavini Firudin Qurbanov "Zəfər tarixi" ilə bağlı dərsliyin hazırlanmasının hansı mərhələdə olduğunu açıqlayıb. Nazir müavini deyib ki, "Zəfər tarixi" dərsliyinin hazırlanması ilə bağlı işlər yekunlaşır. F. Qurbanov yeni dərslikdəki mövzulara da toxunub. O, bildirib ki, yeni dərslikdə şagirdlər Azərbaycan tarixi barədə ətraflı və dəqiq məlumatlar əldə edəcəklər:

"Həmin dərslikdə şagirdlər Vətən müharibəsi, qazanılan şanlı qələbə barədə dəqiq məlumatlara sahib ola biləcəklər".

Sputnik Azərbaycan "Zəfər tarixi"  dərsliyi ilə bağı işlərin hansı mərhələdə olduğunu bu dərslik müəlliflərinin özündən öyrənib. Dərslik müəlliflərindən biri, tarixçi-tədqiqatçı Hafiz Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq ictimai müzakirəyə verilən "Zəfər tarixi" dərsliyində həm birinci Qarabağ, həmçinin də bizə zəfər qazandıran İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verilib:

"Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq. Qarabağın ən qədim tarixi də kitabda qeyd olunub. Qarabağa ermənilərin köçürülməsi, nəticələri ətraflı əks olunub. "Zəfər tarixi" dərsliyində həmçinin Aprel döyüşləri haqqında bölmə var. Dərsliyin "Qəhrəmanlar unudulmur" bölməsində ərazi bütövlüyü uğrunda döyüşmüş Ramiz Qənbərov, Vəzir Orucov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov, Mübariz İbrahimov kimi qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu əks olunub. Dərslikdə Qarabağ müharibəsinin qadın qəhrəmanları olan Salatın Əsgərova, İkinci Qarabağ müharibəsində yeganə şəhid xanım Arəstə Baxışovanın qəhrəmanlıqları da qeyd olunub".

Müəllif Vətən müharibəsində görüntüləri ilə məşhurlaşan topçu Vüsal Kərimova da yer verildiyini söyləyib.  Onun sözlərinə görə, dərslikdə Qarabağın mədəniyyəti, tarixi, musiqisi ilə bağlı zəruri məlumatlar da öz əksini tapacaq. O, həmçinin Qarabağ müharibəsi dövründə qanlı tariximizin də unudulmadığını söyləyib.

Onun sözlərinə görə, dərslikdə tariximizin ən şanlı səhifələrindən biri olan Cümhuriyyət dönəmi, bu dövrdə qazandığımız uğur və nailiyyətlər hər zaman əks olunub:

"Ali Baş Komandanın 44 günlük Vətən müharibəsinin, şanlı qələbəmizin ali və orta məktəb proqramlarında, tarix dərsliklərində əks etdirilməsi ilə bağlı göstərişlərinin icrası istiqamətində artıq addımlar atılır. Bilirsiniz ki, əvvəllər VII və VIII siniflərdə Qarabağ tarixi adlı fakültativ dərslər keçirilirdi. İndi artıq gələn tədris ilindən IX siniflər üçün Qarabağın zəfər tarixi adlı fənn keçiləcək. “Qarabağ tarixi” fənni artıq Qarabağın zəfər tarixi fənni ilə əvəzlənəcək. Biz Qarabağ müharibəsində şanlı zəfər qazanmışıq, torpaqlarımızı azad etmişik. Təhsil Nazirliyi tərəfindən Qarabağın zəfər tarixi ilə bağlı işlər görülür. Dərsliyin hazırlanması son mərhələdədir. Dərslik bu tədris ilindən 9-cu siniflərdə tədris olunacaq".

Müəllif deyr ki, dərslik ictimai müzakirəyə çıxarıldığından rəylər də nəzərə alınır:

"Bütün rəy və təkliflər də nəzərə alınır. Faydalı rəylər çoxdur".

Qeyd edək ki, "Zəfər tarixi" dərsliyinin beş müəllifi var. Onlar Pərviz Ağalarov, Niyaməddin Quliyev, Talıb Talıblı, Ramil Tanrıverdi, Hafiz Cabbarovdur.

Vətən müharibəsində iştirak edən tarixçi müəllimlər də belə bir dərsliyin hazırlanmasını vacib hesab edirlər. Vətən müharibəsi iştirakçısı, tarixçi müəllim Emin Piri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, hazırda Xızı rayonun Türkoba kənd məktəbində tarix müəllimi işləyir. Tarixçi müəllim deyir ki, "Zəfər tarixi" dərsliyində Vətən müharibəsində düşmən cəbhəsinin yarılmasında böyük əhəmiyyət kəsb edən döyüş əməliyyatları barədə zəruri məlumatların yer alması vacibdir:

"İkinci Qarabağ müharibəsində Füzulu-Cəbrayıl cəbhəsi yarılmasaydı bizim zəfər qazanmağımız çətin olardı. Bu döyüş əməliyyatı dərslikdə xüsusi qeyd olunmalıydır. Füzulu-Cəbrayıl cəbhəsinin yarılması ilə bağlı biz bütün mifi dağıtmış olduq. Elə şəhidlərin yarısından çoxu bu cəbhədə həyatını itirdi".

E.Piri bildirir ki, dərslikdə əsas xətti Azərbaycan ordusunun rəşadəti, ən ağır döyüş əməliyyatlarını uğurla icra edərək Zəfər qazanması təşkil etməlidir. Onun sözlərinə görə, dərslik ildən-ilə təkminləşdirilməlidir. E.Piri dərsliyin gənc nəslin vətənpərvər ruhda yetişməsində böyük rol oynayacağını söyləyir.

Həmçinin oxuyun:

"Zəfər tarixi" dərsliyi nə vaxta hazır olacaq? Nazir müavini açıqladı

103
Teqlər:
dərslik, Zəfər Günü, tarix
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli

Paytaxt məktəblərində yeni tədris ilinə hazırlıq davam edir

10
(Yenilənib 22:30 17.09.2021)
Hazırlıq çərçivəsində məktəblər dezinfeksiya olunub, ara məsafənin qorunması üçün xətlər çəkilib. Dəhlizlərə və sinif otaqlarına spirtlər qoyulub, siniflər də hərarət ölçən cihazla təmin edilib.

BAKI, 17 sentyabr — Sputnik. Sentyabrın 22-də ibtidai siniflər, 29-da isə yuxarı sinif şagirdləri üçün qapılarını açacaq məktəblər pandemiya şəraitində ənənəvi tədrisin təşkili üçün hazırlıqlara başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Hazırlıq çərçivəsində məktəblər dezinfeksiya olunub, ara məsafənin qorunması üçün xətlər çəkilib. Dəhlizlərə və sinif otaqlarına spirtlər qoyulub, siniflər də hərarət ölçən cihazla təmin edilib.

Məktəbin qapısında isə şagirdləri müvafiq yoxlamalar gözləyir.

Bu il şagirdlərin tənəffüsə buraxılmasında da fəqliliklər olacaq. Belə ki, məktəblərdə tənəffüs zamanı şagirdlərin bir araya toplanmasına icazə verilməyəcək.

Qeyd edək ki, pandemiya şəraitində başlayacaq yeni tədris ilinin əsas fərqi müəllimlərdən peyvənd, immun və ya əks-göstəriş sertifikatlarının tələb olunmasıdır.

Həmçinin oxuyun:

Bəzi müəllimlərə özlərinin razılığı ilə müəyyən məhdudiyyətlər olacaq

10
Teqlər:
məktəb, tənəffüs

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

5
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

5
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva