Pandemiya zamanı imtahan

Təhsil kreditindən kim yararlana bilməyəcək? - Ekspert baş nazirin qərarını şərh etdi

6227
(Yenilənib 01:11 29.07.2021)
Kimin ki ümumi orta müvəffəqiyyət göstəricisi 71-dən yuxarıdırsa, onlar tələbə krediti üçün müraciət edə bilərlər.

BAKI, 29 iyul — Sputnik. Baş nazir Əli Əsədov iyulun 27-də "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nı təsdiq edib. Bu sənəddə təhsil tələbə krediti almaq üçün müraciət etmək, tələb və güzəştlər, təhsil tələbə kreditini hansı bankların verəcəyi, kreditinin qaytarılması qaydaları və sair məsələlər öz əksini tapıb. Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a Təhsil tələbə kreditinin (TTK) tələbələr üçün əlçatan olub-olmadığını, tələbələr üçün nə vəd etdiyini şərh edib.

K.Əsədov deyir ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması Azərbaycanda təhsil haqqını ödəyə bilməyən şəxslərə böyük dəstək olacaq: "NK tərəfindən təsdiq edilmiş siyahıya nəzər salsaq, görərik ki, qaydalarda müsbət tərəflərlə yanaşı, müəyyən qədər mübahisəli məqamlar var.

İlk diqqət yetirilməli məqam Təhsil Tələbə Krediti Fondunun vəsaitindən istifadə etmək hüququna malik insanların kateqoriyasıdır. Burada iki kateqoriyaya kreditlərin verilməsi nəzərdə tutulub. Sənəddə sosial kreditlərin və standart kreditlərin verilməsi məsələsi öz əksini tapıb.

Tələbələr birinci tədris ilinin ilk smestrindən etibarən "Təhsil Tələbə Krediti Fondu"nun vəsaitindən istifadə edə bilər. Amma istifadə etmək hüququna malik şəxslərin kateqoriyasının məhdud olduğu hiss olunur. Sosial kreditlərdən üçüncü qrup əlilliyi olan tələbələrin istifadəsi nəzərdə tutulub. Qanunvericiliyə görə, birinci və ikinci qrup əlilliyi olan şəxslər təhsil haqqı ödəməkdən azaddırlar. Üçüncü qrupun bura əlavə olunması ciddi güzəştdir. İkinci kateqoriyaya hər iki valideyni üçüncü qrup əlil olan şəxslər daxildir.

Mübahisəli məqam birinci və ikinci qrup əlilliyi olan şəxslərdir ki, qanuna görə, onsuz da onlar təhsil haqqından azad idilər. Burada hər iki valideynin əlil olması tələbi bir qədər tələbələr üçün çətinlik yarada bilər. Belə çıxır ki, valideynlərindən biri əlil olanlar bu güzəştdən yararlana bilməyəcəklər. Amma ola bilər ki, ailədə əlil olan şəxs ailə başçısıdır və evin tək işləyən şəxsi odur. Bundan əlavə, yaşa görə əmək pensiyası və sosial müavinət alanların övladları da təhsil tələbə kreditindən istifadə edə biləcəklər. Bu, olduqca müsbət addımdır. Daha bir müsbət yenilik işsiz kimi qeydiyyatda olan ailə üzvləri olan tələbələrin "Təhsil Tələbə Krediti Fondu"nun vəsaitindən yararlanmaq imkanın yaradılmasıdır".

K.Əsədov deyir ki, standart kreditlərin verilməsi ilə bağlı tələblərdə çatışmazlıq ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə bağlıdır. Ekspert deyir ki, kimin ki ümumi orta müvəffəqiyyət göstəricisi 71-dən yuxarıdırsa, onlar tələbə krediti üçün müraciət edə bilər: "Düşünürəm ki, bu yol doğru yanaşma deyil. Ola bilər ki, kiminsə ümumi orta müvəffəqiyyət göstəricisi 70, yaxud 60-dır. Düzdür, bu tələbələri orta müvəffəqiyyət göstəricisini düzəltməyə sövq edəcək. Amma 71-dən az olanlara məhdudiyyət qoyulması da fikrimcə, düzgün yanaşma deyil. Tələbənin müxtəlif səbəblərdən ümumi orta müvəffəqiyyət göstəricisinin aşağı olması mümkündür", - deyə K.Əsədov bildirir.

Onun sözlərinə görə, yeni təsdiq edilmiş sənəddə standart kreditlərdə illik təhsil haqqının 20 faizinin ödənilməsi tələbi də yer alıb: "Yəni tələbənin təhsil haqqının yerdə qalan hissəni kredit kimi götürmək imkanı olacaq ki, bu da sosialyönümlü addımdır. Mənə görə, məhdudiyyət ümumi orta müvəffəqiyyət göstəricisinin 71 bal qoyulmasıdır", - deyə ekspert bildirir.

K.Əsədov deyir ki, tələbə kreditləri yüksək təhsil haqlarına şamil olunmayacaq: "Burada kreditin həcmi o qədər də böyük olmayacaq. Təhsil haqqı az olan tələbələr, yəni 2500-3000 min manata qədər ödəniş edənlər təhsil kreditindən yararlanacaqlar. Amma yüksək təhsil haqqı ödəyənlər də bu imkanlardan yararlanmalıdırlar. Ən vacib məqam kreditin geri qaytarılma müddətidir. Son müddətin 10 ilə qədər göstərilməsi yaxşı haldır.

Təhsil kreditinə görə hər hansı zamin və sair öhdəliklər tələb olunmayacaq. Daha bir vacib məqam kredit məbləğinin sığortalanmasıdır. Hər hansı bədbəxt hadisə nəticəsində şəxs ödəmə qabiliyyətini itirəcəksə, məbləğ sığortalanır və dövlət tərəfindən ödənilir. Bir məqam isə əyani tələbələrin bundan yararlanmasıdır. Çox yaxşı olar ki, qiyabi təhsil alanlar da tələbə kreditindən istifadə etsinlər. Bundan əlavə, sənəddə kreditin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır. ÜOMG-si 91 və yuxarı olan tələbə, təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunacaq.

Standart kreditlər üçün də müəyyən güzəştlər tətbiq ediləcək. ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunacaq", - deyə K.Əsədov bildirib.

Qeyd edək ki "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"na əsasən TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə "Təhsil Tələbə Krediti" alt sistemi (bundan sonra - elektron sistem) vasitəsilə həyata keçiriləcək. TTK-nin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilər Şurası müəyyən edəcək.

Xatırladaq ki, iyunun 18-də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb. Məlumat üçün əlavə edək ki, Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır. Onu da bildirək ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu isə hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxsin ödənişli əsaslarla təhsil aldığından xəbər verir.

Eləcə də oxuyun:

6227
Teqlər:
təhsil, tələbə, kredit, fond, güzəşt, şərh, ekspert
Dərsliklər, arxiv şəkli

"Zəfər tarixi" dərsliyində nələr yer alıb? Müəllifdən açıqlama

1750
(Yenilənib 22:05 17.09.2021)
Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq.

BAKI, 18 sentyabr — Sputnik. Bu günlərdə təhsil nazirinin müavini Firudin Qurbanov "Zəfər tarixi" ilə bağlı dərsliyin hazırlanmasının hansı mərhələdə olduğunu açıqlayıb. Nazir müavini deyib ki, "Zəfər tarixi" dərsliyinin hazırlanması ilə bağlı işlər yekunlaşır. F. Qurbanov yeni dərslikdəki mövzulara da toxunub. O, bildirib ki, yeni dərslikdə şagirdlər Azərbaycan tarixi barədə ətraflı və dəqiq məlumatlar əldə edəcəklər:

"Həmin dərslikdə şagirdlər Vətən müharibəsi, qazanılan şanlı qələbə barədə dəqiq məlumatlara sahib ola biləcəklər".

Sputnik Azərbaycan "Zəfər tarixi"  dərsliyi ilə bağı işlərin hansı mərhələdə olduğunu bu dərslik müəlliflərinin özündən öyrənib. Dərslik müəlliflərindən biri, tarixçi-tədqiqatçı Hafiz Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq ictimai müzakirəyə verilən "Zəfər tarixi" dərsliyində həm birinci Qarabağ, həmçinin də bizə zəfər qazandıran İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verilib:

"Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı", diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapacaq. Qarabağın ən qədim tarixi də kitabda qeyd olunub. Qarabağa ermənilərin köçürülməsi, nəticələri ətraflı əks olunub. "Zəfər tarixi" dərsliyində həmçinin Aprel döyüşləri haqqında bölmə var. Dərsliyin "Qəhrəmanlar unudulmur" bölməsində ərazi bütövlüyü uğrunda döyüşmüş Ramiz Qənbərov, Vəzir Orucov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov, Mübariz İbrahimov kimi qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu əks olunub. Dərslikdə Qarabağ müharibəsinin qadın qəhrəmanları olan Salatın Əsgərova, İkinci Qarabağ müharibəsində yeganə şəhid xanım Arəstə Baxışovanın qəhrəmanlıqları da qeyd olunub".

Müəllif Vətən müharibəsində görüntüləri ilə məşhurlaşan topçu Vüsal Kərimova da yer verildiyini söyləyib.  Onun sözlərinə görə, dərslikdə Qarabağın mədəniyyəti, tarixi, musiqisi ilə bağlı zəruri məlumatlar da öz əksini tapacaq. O, həmçinin Qarabağ müharibəsi dövründə qanlı tariximizin də unudulmadığını söyləyib.

Onun sözlərinə görə, dərslikdə tariximizin ən şanlı səhifələrindən biri olan Cümhuriyyət dönəmi, bu dövrdə qazandığımız uğur və nailiyyətlər hər zaman əks olunub:

"Ali Baş Komandanın 44 günlük Vətən müharibəsinin, şanlı qələbəmizin ali və orta məktəb proqramlarında, tarix dərsliklərində əks etdirilməsi ilə bağlı göstərişlərinin icrası istiqamətində artıq addımlar atılır. Bilirsiniz ki, əvvəllər VII və VIII siniflərdə Qarabağ tarixi adlı fakültativ dərslər keçirilirdi. İndi artıq gələn tədris ilindən IX siniflər üçün Qarabağın zəfər tarixi adlı fənn keçiləcək. “Qarabağ tarixi” fənni artıq Qarabağın zəfər tarixi fənni ilə əvəzlənəcək. Biz Qarabağ müharibəsində şanlı zəfər qazanmışıq, torpaqlarımızı azad etmişik. Təhsil Nazirliyi tərəfindən Qarabağın zəfər tarixi ilə bağlı işlər görülür. Dərsliyin hazırlanması son mərhələdədir. Dərslik bu tədris ilindən 9-cu siniflərdə tədris olunacaq".

Müəllif deyr ki, dərslik ictimai müzakirəyə çıxarıldığından rəylər də nəzərə alınır:

"Bütün rəy və təkliflər də nəzərə alınır. Faydalı rəylər çoxdur".

Qeyd edək ki, "Zəfər tarixi" dərsliyinin beş müəllifi var. Onlar Pərviz Ağalarov, Niyaməddin Quliyev, Talıb Talıblı, Ramil Tanrıverdi, Hafiz Cabbarovdur.

Vətən müharibəsində iştirak edən tarixçi müəllimlər də belə bir dərsliyin hazırlanmasını vacib hesab edirlər. Vətən müharibəsi iştirakçısı, tarixçi müəllim Emin Piri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, hazırda Xızı rayonun Türkoba kənd məktəbində tarix müəllimi işləyir. Tarixçi müəllim deyir ki, "Zəfər tarixi" dərsliyində Vətən müharibəsində düşmən cəbhəsinin yarılmasında böyük əhəmiyyət kəsb edən döyüş əməliyyatları barədə zəruri məlumatların yer alması vacibdir:

"İkinci Qarabağ müharibəsində Füzulu-Cəbrayıl cəbhəsi yarılmasaydı bizim zəfər qazanmağımız çətin olardı. Bu döyüş əməliyyatı dərslikdə xüsusi qeyd olunmalıydır. Füzulu-Cəbrayıl cəbhəsinin yarılması ilə bağlı biz bütün mifi dağıtmış olduq. Elə şəhidlərin yarısından çoxu bu cəbhədə həyatını itirdi".

E.Piri bildirir ki, dərslikdə əsas xətti Azərbaycan ordusunun rəşadəti, ən ağır döyüş əməliyyatlarını uğurla icra edərək Zəfər qazanması təşkil etməlidir. Onun sözlərinə görə, dərslik ildən-ilə təkminləşdirilməlidir. E.Piri dərsliyin gənc nəslin vətənpərvər ruhda yetişməsində böyük rol oynayacağını söyləyir.

Həmçinin oxuyun:

"Zəfər tarixi" dərsliyi nə vaxta hazır olacaq? Nazir müavini açıqladı

1750
Teqlər:
dərslik, Zəfər Günü, tarix
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli

Paytaxt məktəblərində yeni tədris ilinə hazırlıq davam edir

13
(Yenilənib 22:30 17.09.2021)
Hazırlıq çərçivəsində məktəblər dezinfeksiya olunub, ara məsafənin qorunması üçün xətlər çəkilib. Dəhlizlərə və sinif otaqlarına spirtlər qoyulub, siniflər də hərarət ölçən cihazla təmin edilib.

BAKI, 17 sentyabr — Sputnik. Sentyabrın 22-də ibtidai siniflər, 29-da isə yuxarı sinif şagirdləri üçün qapılarını açacaq məktəblər pandemiya şəraitində ənənəvi tədrisin təşkili üçün hazırlıqlara başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Hazırlıq çərçivəsində məktəblər dezinfeksiya olunub, ara məsafənin qorunması üçün xətlər çəkilib. Dəhlizlərə və sinif otaqlarına spirtlər qoyulub, siniflər də hərarət ölçən cihazla təmin edilib.

Məktəbin qapısında isə şagirdləri müvafiq yoxlamalar gözləyir.

Bu il şagirdlərin tənəffüsə buraxılmasında da fəqliliklər olacaq. Belə ki, məktəblərdə tənəffüs zamanı şagirdlərin bir araya toplanmasına icazə verilməyəcək.

Qeyd edək ki, pandemiya şəraitində başlayacaq yeni tədris ilinin əsas fərqi müəllimlərdən peyvənd, immun və ya əks-göstəriş sertifikatlarının tələb olunmasıdır.

Həmçinin oxuyun:

Bəzi müəllimlərə özlərinin razılığı ilə müəyyən məhdudiyyətlər olacaq

13
Teqlər:
məktəb, tənəffüs
Spirtli içki

Alkoqollu içkilərə xərclədiyimiz pullar artıb - 51 milyon dollar