İmtahan, arxiv şəkli

DİM bu yeniliyi imtahana salmayacaq - Abituriyentlərə xəbərdarlıq

17
(Yenilənib 15:34 09.07.2021)
Dövlət İmtahan Mərkəzi  iqtisadi rayonların yeni bölgüsünün qəbul imtahanlarına slaınıb-salınmayacağına aydınlıq gətirib.

 

BAKI, 9 iyul — Sputnik. İqtisadi rayonların yeni bölgüsü ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək. Dövlət İmtahan Mərkəzi (DİM) Sputnik Azərbaycan-a verilən xəbərdə bildirilir, Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq edilib.

Məlumat üçün bildiririk ki, iqtisadi rayonların yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək.

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü növbəti illərdə dərsliklərə salındıqdan sonra qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə ediləcək.

Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü aşağıdakı kimidir:

1.1. Bakı iqtisadi rayonu (Bakı şəhəri);

1.2. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

1.3. Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

1.4. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

1.5. Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

1.6. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

1.7. Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

1.8. Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

1.9. Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

1.10. Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

1.11. Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

1.12. Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

1.13. Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

1.14. Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Qeyd edək ki, iyulun 10-da  SABAH qruplarına qəbul imtahanı isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlayacaq: "Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.  Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasında olmalıdırlar. “İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilir. Abituriyentlərə özləri ilə şəffaf plastik qabda qazsız su da gətirmələri tövsiyə olunur.

Eləcə də oxuyun:

17
Teqlər:
bölgü, rayon, iqtisadi, yenilik, DİM, imtahan

Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi

10
Təhsil naziri əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

BAKI, 24 - iyul - Sputnik. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilmiş imtahanlardan narazılıqlara dair açıqlama verib.

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq", - deyə nazir sosial şəbəkə hesabında qeyd edib.

O əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

 

Qeyd edək ki, imtahanda iştirak edən müəllimlər sosial şəbəkələrdə xüsusilə ədəbiyyatdan verilən sualların məzmunundan, ümumilikdə isə suallar üçün az vaxt ayrılmasından şikayət ediblər.

Eləcə də oxuyun:

10
Teqlər:
imtahan, işə qəbul, müəllim, Emin Əmrullayev, təhsil naziri, təhsil
Xəstənin müayinəsi, arxiv şəkli

Alimlər süd vəzisi xərçəngi hüceyrələrinin 95%-ni məhv ediblər

13
(Yenilənib 06:11 24.07.2021)
Siçanlar üzərində təcrübədən çıxarılmış ErSO preparatı həm adi şişlərin, həm də metastazların öhdəsindən gəlir.

BAKI, 24 iyul — Sputnik. ABŞ-ın İllinoys universitetinin alimlərinin işləyib hazırladıqları üsul süd vəzisi hüceyrələrini demək olar ki, tamamilə məhv etməyə qadirdir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, müvafiq tədqiqatın nəticələri “Science Translational Medicine” məcmuəsində dərc olunub.

Alimlərin hazırladığı və siçanlar üzərində təcrübədən çıxarılmış ErSO preparatı həm adi şişlərin, həm də metastazların öhdəsindən gəlir. Təcrübə göstərir ki, heyvanların orqanizmi hətta böyük dozalarda da ErSO preparatının təsirini yaxşı keçirir. Müalicə başlandıqdan bir neçə gün sonra xərçəng hüceyrələrinin sayı orta hesabla 99%-dən çox azalıb.

Metodun unikallığı ondadır ki, onun yan təsirləri yoxdur. ErSO-nun aktivliyi süd vəzisi şişlərinin əksəriyyətində rast gəlinən estrogen reseptorundan asılı olur. Preparat onunla birləşərək a-UPR hüceyrə yolunu aktivləşdirir ki, bu da öz növbəsində xəstəliyə yoluxmuş hüceyrələrin böyüməsinə şərait yaradır və onları stresdən qoruyur.

"Hətta bir neçə xərçəng hüceyrəsi sağ qalsa belə, onlar ErSO ilə təkrar müalicəyə həssaslığını itirmir", — deyə tədqiqatın müəlliflərindən biri olan biokimyaçı Devid Şapiro bildirib.

Alimlər yeni preparatın insanlar üzərində təsirini öyrənərək, onun digər xərçəng hüceyrələrinə təsir edib-etməyəcəyini araşdırmaq niyyətindədirlər.

Həmçinin oxuyun:

Baş onkoloq hansı insanlarda xərçəng riskinin yüksək olduğunu açıqladı

Mütəmadi olaraq qan vermək infarkt və xərçəng riskini azaldır

13
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü