Noutbuk arxasında bloger, arxiv şəkli

Təhsil Nazirliyinin saytından hansı arayışları almaq olar

15
(Yenilənib 19:02 07.07.2021)
Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. İlk növbədə portal.edu.az platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır.

 

BAKI, 7 iyul — Sputnik. İyulun 7-də Təhsil Nazirliyinin portal.edu.az platformasında elektron arayışlar xidməti istifadəyə verilib.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu xidmət vasitəsilə arayışları almaq artıq daha asan, sürətli və rahat olacaq. İstifadəçilər qeyd olunan arayış növlərini elektron formada əldə edə biləcəklər:

- Ali təhsil pilləsində təhsil almaq barədə arayış;

- Orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış;

- Peşə təhsili pilləsində təhsil almaq barədə arayış;

- Dövlət proqramı əsasında xaricdə təhsil almaq barədə arayış;

- Dövlət proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;

- Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.

Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. İlk növbədə portal.edu.az platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra "Şəxsi kabinet"də elektron xidmətlər pəncərəsindən "Arayış əldə etmək üçün müraciət" bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.

Qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında ID nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.

Eləcə də oxuyun: 

15
Teqlər:
elektron, arayış, Azərbaycan Təhsil Nazirliyi
Kosmos, arxiv şəkli

Rusiya kosmik zibilin Yerə düşməsi proqnozunu verən sistem yaratmağı təklif edib

1481
Kosmik tullantıların planetimizin ərazisinə necə gəldi düşərək texnogen faciələr yaratmaması üçün yeni həll düşünülüb.

BAKI, 25 iyul — Sputnik. Rusiyanın "Dəqiq cihazqayırma sistemləri" elmi-texniki korporasiyası daşıyıcı raketlərin pilləkənlərini, sürətləndirici blokları və peykləri bucaq əksetdiriciləri ilə təmin etməyi təklif edib. Bu əksetdiricilər onların Yerə düşməsini yüksək dəqiqliklə proqnozlaşdıra biləcəklər. Bu barədə RİA Novosti-yə müəssisənin baş konstruktoru Vladimir Pasınkov bildirib.

"Bizdə hazırda yeni texnoloji həll var - "priamida" sinfindən olan kiçik qabaritli retroreflektor sistem. O, 4 bucaq əksetdiricisindən ibarətdir. Sistem çox yüngüldür - 40 qram. Biz "Roskosmos"a onu daşıyıcı raketlərin pilləkənlərinə, sürətləndirici bloklara və peyklərə quraşdırmağı təklif edəcəyik", - Pasınkov MAKS-2021 Beynəlxalq aviasiya-kosmik salonunda deyib.

Onun sözlərinə görə, bu onların orbitdən çıxması anını müəyyən etməyə və Yerə düşmə sahəsini yüksək dəqiqliklə proqnozlaşdırmağa imkan verəcək. Bununla da, iri kosmik texnika fraqmentlərinin Yerə düşməsi ilə bağlı texnogen fəlakətlərin qarşısını almaq mümkün olacaq.

MAKS-2021 aviasalonu 20-25 iyul aralığında Moskva ətrafındakı Jukovskidə keçirilir.

RİA Novosti MAKS-2021 aviasalonunun baş, Sputnik agentliyi isə rəsmi informasiya tərəfdaşıdır.

Həmçinin oxuyun:

"Rostex" MAKS-2021 aviakosmik salonu üçün yeni hərbi təyyarənin şəkillərini yayıb

MAKS-2021 aviasalonu: mülki və hərbi aviakosmik yeniliklər

MAKS-2021 aviasalonunun açılışı belə keçdi

1481

Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi

24
Təhsil naziri əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

BAKI, 24 - iyul - Sputnik. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilmiş imtahanlardan narazılıqlara dair açıqlama verib.

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq", - deyə nazir sosial şəbəkə hesabında qeyd edib.

O əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

 

Qeyd edək ki, imtahanda iştirak edən müəllimlər sosial şəbəkələrdə xüsusilə ədəbiyyatdan verilən sualların məzmunundan, ümumilikdə isə suallar üçün az vaxt ayrılmasından şikayət ediblər.

Eləcə də oxuyun:

24
Teqlər:
imtahan, işə qəbul, müəllim, Emin Əmrullayev, təhsil naziri, təhsil

Londonun su batmış küçələri