Marsa mənzərə, arxiv şəkli

Çin Mars ekspedisiyasının enişindən video paylaşdı

25
(Yenilənib 19:55 27.06.2021)
Çinin "Tyanven-1" Mars missiyası 2020-ci il iyulun 23-də Yerdən start götürüb. "Çjujun" marsoxodu eniş platformasından Marsa düşərək qırmızı planetin tədqiqatına başlayıb. 

BAKI, 27 iyun - Sputnik. Çinin Milli Kosmik İdarəsi (CNSA) "Çjujun" aparatının Marsa enişinin videosunu paylaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, kadrları Sinxua agentliyi özünün Youtube səhifəsində paylaşıb.

Videoda paraşütün açılması və marsoxodun planetin səthində hərəkəti əks olunub.

Çinin "Tyanven-1" Mars missiyası 2020-ci il iyulun 23-də Yerdən start götürüb. "Çjujun" marsoxodu eniş platformasından Marsa enərək qırmızı planetin tədqiqatına başlayıb. 

Eləcə də oxuyun:

  • "Saharanın gözü": Yer kürəsi necə Marsa çevrilir - FOTOLENT

  • NASA-nın helikopteri Marsda rekord sürət yığdı - VİDEO - FOTO

  • Alimlər Marsda suyun hara qeyb olduğunu aydınlaşdırıblar

  • Marsda həyat üçün əlverişli şərait var

25
Teqlər:
missiya, video, Çin, kosmos, Mars
Kosmos, arxiv şəkli

Rusiya kosmik zibilin Yerə düşməsi proqnozunu verən sistem yaratmağı təklif edib

1481
Kosmik tullantıların planetimizin ərazisinə necə gəldi düşərək texnogen faciələr yaratmaması üçün yeni həll düşünülüb.

BAKI, 25 iyul — Sputnik. Rusiyanın "Dəqiq cihazqayırma sistemləri" elmi-texniki korporasiyası daşıyıcı raketlərin pilləkənlərini, sürətləndirici blokları və peykləri bucaq əksetdiriciləri ilə təmin etməyi təklif edib. Bu əksetdiricilər onların Yerə düşməsini yüksək dəqiqliklə proqnozlaşdıra biləcəklər. Bu barədə RİA Novosti-yə müəssisənin baş konstruktoru Vladimir Pasınkov bildirib.

"Bizdə hazırda yeni texnoloji həll var - "priamida" sinfindən olan kiçik qabaritli retroreflektor sistem. O, 4 bucaq əksetdiricisindən ibarətdir. Sistem çox yüngüldür - 40 qram. Biz "Roskosmos"a onu daşıyıcı raketlərin pilləkənlərinə, sürətləndirici bloklara və peyklərə quraşdırmağı təklif edəcəyik", - Pasınkov MAKS-2021 Beynəlxalq aviasiya-kosmik salonunda deyib.

Onun sözlərinə görə, bu onların orbitdən çıxması anını müəyyən etməyə və Yerə düşmə sahəsini yüksək dəqiqliklə proqnozlaşdırmağa imkan verəcək. Bununla da, iri kosmik texnika fraqmentlərinin Yerə düşməsi ilə bağlı texnogen fəlakətlərin qarşısını almaq mümkün olacaq.

MAKS-2021 aviasalonu 20-25 iyul aralığında Moskva ətrafındakı Jukovskidə keçirilir.

RİA Novosti MAKS-2021 aviasalonunun baş, Sputnik agentliyi isə rəsmi informasiya tərəfdaşıdır.

Həmçinin oxuyun:

"Rostex" MAKS-2021 aviakosmik salonu üçün yeni hərbi təyyarənin şəkillərini yayıb

MAKS-2021 aviasalonu: mülki və hərbi aviakosmik yeniliklər

MAKS-2021 aviasalonunun açılışı belə keçdi

1481

Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi

24
Təhsil naziri əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

BAKI, 24 - iyul - Sputnik. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilmiş imtahanlardan narazılıqlara dair açıqlama verib.

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq", - deyə nazir sosial şəbəkə hesabında qeyd edib.

O əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

 

Qeyd edək ki, imtahanda iştirak edən müəllimlər sosial şəbəkələrdə xüsusilə ədəbiyyatdan verilən sualların məzmunundan, ümumilikdə isə suallar üçün az vaxt ayrılmasından şikayət ediblər.

Eləcə də oxuyun:

24
Teqlər:
imtahan, işə qəbul, müəllim, Emin Əmrullayev, təhsil naziri, təhsil

Londonun su batmış küçələri

0
(Yenilənib 22:21 26.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

0
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.