Tələbələr imtahan verirlər, arxiv şəkli

Nazirlər Kabinetindən ali təhsillə bağlı qərar

16
Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir.

BAKI, 7 iyun — Sputnik. Nazirlər Kabineti "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nda dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

Bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar.

Attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün dövlət attestasiyası təşkil edilir. Bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə dövlət attestasiyası məcburidir və ixtisas üzrə buraxılış yekun dövlət imtahanından (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir. Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyənləşdirilir. Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyən edilir.

Bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.

Eləcə də oxuyun:

  • Rusiya miqrantlara qarşı tələbləri sərtləşdirir - Rusca bəzi ifadələri əzbər bilməlisiniz

  •  “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” anlayışı qanunvericilikdən çıxarılır

  •  "Yay məktəb"lərinə qəbul başlayıb

16

Buraxılış imtahanı verəcək şagirdlərin sayı açıqlanıb

421
(Yenilənib 10:45 14.06.2021)
DİM iyunun 16-sı və 17-də ümumi orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarını keçirəcək.

BAKI, 14 iyun — Sputnik. İyunun 16-17-də 34 mindən çox şagird buraxılış imtahanı verəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən 16-17 iyun 2021-ci il tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

Məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Həmçinin oxuyun:

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrini açıqladı

Növbəti buraxılış imtahanı nə vaxt olacaq? DİM-dən təzə xəbər

421
Tələbələr, arxiv şəkli

Diplom işi yazmaq yox, dövlət imtahanı yox - Yeni qərarın kadr hazırlığına təsiri

4299
(Yenilənib 08:50 14.06.2021)
Nazirlər Kabinetinin bu qərarı ölkənin ali təhsil müəssisələrində təhsil alan 167 min bakalavrdan son kursda oxuyan 44 min məzuna şamil olunacaq.

BAKI, 14 iyun — Sputnik. Bu il də ali və orta ixtisas təhsili üzrə məzunlar dövlət imtahanından azad olunacaq. Baş nazirin dünən imzaladığı bu qərarın keyfiyyətli kadr hazırlığına təsiri Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyevanın araşdırmasında...

Artıq iki ildir ki, pandemiya səbəbindən ali təhsil müəssisələrinin məzunları dövlət imtahanından azad edilirlər. Dünən Baş nazir Əli Əsədovun verdiyi qərara əsasən, orta ixtisas təhsili pilləsində bütün ixtisaslar üzrə, bakalavriat səviyyəsində isə xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar.

Sputnik Azərbaycan pandemiya dövründə məzunlara edilmiş bu güzəştlərin kadr hazırlığının keyfiyyətinə təsirini araşdırıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin karantin dövründə bu qərarı verməsi məqsədəuyğundur: "Baş nazir tərəfindən verilən qərarla bu il dövlət imtahanı verəcək tələbələr dövlət imtahanından azad edilirlər. Onların qiymətləndirilməsi əvvəlki illərin nəticələrinə görə baş tutacaq. Ötən il də Nazirlər Kabineti belə bir qərar vermişdi. Builki tədris ili də pandemiya şəraitində davam etdi. Təhsilalanlar xeyli əziyyət çəkməli oldular. Ona görə də NK-nın bu qərarını çox humanist və pandemiya dövrünə uyğun qəbul edilmiş qərar hesab edirəm".

İ.Orucov deyir ki, bu qərar dövlətin təhsilalanlara münasibətidir. Onun sözlərinə görə, bununla pandemiya dönəmində dərs proqramını mənimsəməyə çətinlik çəkmiş tələbələrin işi yüngülləşmiş oldu. Ekspert bildirir ki, bu tədris ilində böyük əksəriyyəti rayonlarda yaşayan tələbələr arasında onlayn təhsilə qoşulmaqda çətinlik yaşayanlar olub. Dövlət onlara dəstək olmağa çalışsa da, internetə əli çatmayan tələbələr az deyil.

İ.Orucov bildirir ki, bu qərar keyfiyyətli mütəxəssis hazırlığına elə də ciddi təsir göstərməyəcək. Onun sözlərinə görə, müasir dövrdə dörd il universitet təhsili kifayət etmir: "Müasir dövrdə insanlar daim yenilikləri öyrənməlidirlər. Ali təhsil müddətində əldə edilən biliklər daim artırılmalıdır. Çünki dövr bunu tələb edir. Pandemiya dövründə tətbiq edilən güzəştlər onların biliyinin azalması ilə nəticələnməyəcək. Koronavirus pandemiyası təkcə Azərbaycanda deyil, dünyada təhsilin keyfiyyətinə təsir göstərdi. Nəzərə almaq lazımdır ki, əvvəlki imtahanlarda qazanılan qiymətlərlə onların biliyi qiymətləndirilir. Tələbələr pandemiya dövründə kifayət qədər stres və çətinliklə üzləşiblər. Ona görə də verilən qərarı pandemiya şəraitinə uyğun hesab edirəm. Biliyi insan yalnız tələbə olduğu müddətdə qazanmır. Baza biliyini daim təkmilləşdirməyə ehtiyac var. Bu əmək bazarının tələbidir. Hazırkı dövrdə əsas məsələ insanların sağlamlığını qorumaq, onların qayğısına qalmaqdır", - deyə İ.Orucov bildirir.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinə təsir edib. Tələbələr bu şəraitdə normal təhsil almaqda çətinlik çəkiblər. Onun sözlərinə görə, mühazirədə iştirak edə bilməmək, kitabxanaların əlçatan olmaması tələbələr üçün çox ciddi problemlərdir: "Bunların fonunda yekun dövlət imtahanının keçirilməsi çətin ola bilərdi. Tələbələrin diplom işi yazması üçün kitabxanalardan istifadə etməsi vacib idi. Pandemiya şəraitində isə bu imkanlardan bəhrələnmək məhduddur. Tələbələr elmi rəhbərləri ilə görüşə bilmirlər. Ona görə də bu mövcud şərtlər daxilində atılmış doğru addımdır. Çünki ən əlaçı tələbə belə, iki-üç il əvvəlki materialları oxumaq üçün kitabxanaya getməlidir", - deyə ekspert bildirir.

K.Əsədovun sözlərinə görə, dünyanın heç bir ölkəsində yekun attestasiya yoxdur. O bildirir ki, müxtəlif ölkələrin bununla bağlı təcrübəsi var: "Əgər diplomu dövlət verirsə, dövlət imtahan keçirməlidir. Amma semestr imtahanlarını təhsili həyata keçirən qurum yox, müstəqil qurum həyata keçirir. Bu da keyfiyyət üçün vacib amildir. Amma ümumilikdə götürdükdə Azərbaycan universitetləri keyfiyyətli kadr hazırlamır. Təbii ki, bu güzəşt müəyyən mənada tələbələrin ixtisas biliklərinin zəif olmasına gətirib çıxara bilər. Amma pandemiyanın çətinliklərini nəzərə alsaq, bunu ədalətli qərar kimi qiymətləndirmək lazımdır", - deyə K.Əsədov bildirir.

Təhsil Nazirliyindən isə bildirilir ki, ötən ildən başlayaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib. Cari tədris ilinin payız semestrinin imtahan sessiyası onlayn şəkildə keçirilib. Hazırda xüsusi karantin rejimi davam etdiyinə görə Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixli 158 nömrəli qərarına uyğun olaraq ötən tədris ilində olduğu kimi, cari tədris ilində də orta ixtisas təhsili pilləsində (bütün ixtisaslar üzrə) və ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsinin təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılması məqsədəmüvafiq hesab edilib.

NK-nın müvafiq qərarına əsasən, orta ixtisas təhsili pilləsində bütün ixtisaslar üzrə, bakalavriat səviyyəsində isə xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiyası, eləcə də magistratura səviyyəsində də bütün ixtisaslar üzrə yekun attestasiya məcburidir. Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. Orta ixtisas təhsili pilləsində və ali təhsilin bakalavriat səviyyəsində təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə üçün dövlət attestasiya sınaqları təşkil ediləcək. Orta ixtisas təhsili müəssisələri və ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi qaydaları təhsil müəssisələri və AMEA (magistratura səviyyəsi üçün) tərəfindən müəyyən edilir.

Sonda onu da qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarı ölkənin ali təhsil müəssisələrində təhsil alan 167 min bakalavrdan son kursda oxuyan 44 min məzuna şamil olunacaq.

4299
Amerikalı əsgərlər Əfqanıstandan evə dönürlər

Təkcə ruslar gəlməyəcəklər. Amerikalıları yeni güclü oyunçu sıxışdırır

0
Amerikanın nüfuzunun Yaxın Şərq regionunda tamamilə azaldığını demək düz deyil. ABŞ-ın möhkəmlik ehtiyatı əvvəlki kimi çoxdur. Ekspertlər hegemon dövləti bölgədən sıxışdıracaq qüvvə barədə danışırlar.

BAKI, 15 iyun – Sputnik, Sofya Melniçuk. “Çin Yaxın Şərqə göz dikib”,  “Dörd yüz milyard dollarlıq müqavilə nüfuzu artırır”, “Ruslar və çinlilər bizim naharımızı yeyəcəklər” – Amerika qəzetlərinin manşetlərini belə başlıqlar bəzəyir. Hərbçiləri, əgər güclərini zəiflətsələr, Pekinlə Moskvanın onların yerini zəbt edəcəkləri narahat edir. Narahatlıq üçün əsaslar var: Çin – Yaxın Şərq neftinin əsas alıcısı, bir sıra ölkələrin nəhəng iqtisadi partnyorudur, Rusiya olmadan isə siyasi problemləri həll etmək mümkün deyil. ABŞ-ı gerçəkdən kim sıxışdıra bilər – RİA Novosti-nin məqaləsində.

Kömək vakuumu

Mərkəzi komandanlığın rəhbəri general Frenk Makkenzi bu yaxınlarda Yaxın Şərq turnesində demişdi: “Bizim gedişimizdən sonrakı vakuumu ruslarla çinlilər dolduracaqlar”. Vaşinqton diqqətini Şərqi Asiyaya yönəltmək fikrindədir. Bu, husilərlə mübarizədə Vaşinqtona ümid bağlayan səudilərin maraqlarına ziddir”, Makkenzi qeyd etmişdi.

Generalın fikrincə, Pekinin iqtisadi gücünün yayılması və regionda hərbi bazaların yaradılması üzrə məqsədləri uzunmüddətlidir. Rusiya isə havadan müdafiə sistemləri və digər silahlar satmağa hazırdır.

“Tamamilə razıyam ki, Çin diqqətimizi cəlb etməli olduğumuz təhlükədir, - Makkenzi deyib. – Eyni zamanda biz qlobal dövlətik və qlobal düşünməliyik”. General etiraf edib ki, səfəri zamanı yerlilər ondan tez-tez sual edirmişlər: Ştatlar partnyorluğa sadiq qalacaqlarmı və onun köməyinə ümid etmək olarmı.

Şübhəli partnyorluq

Hərbçiləri, yəqin ki, bu yaxınlarda Çin XİN rəhbəri Van İnin Yaxın Şərq bölgəsinə səfəri narahat edib. Apreldə o, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İran və Türkiyəyə getmişdi. Orada Fələstin-İsrail münaqişəsi, Suriya, Liviya, Yəmən, Körfəz ölkələri arasındakı fikir ayrılıqları barədə danışmışdı.

Nazir hətta konkret təkliflər də vermişdi - əvvəllər belə etməzdi. Məsələn, Çin neft obyektlərinin və dəniz yollarının təhlükəsizliyinin təminatı mexanizmi barədə çoxtərəfli dialoq üçün meydança olmağa hazırdır kimi. Bundan başqa, Van İ ərəb ölkələrinə ÇXR-in daxili işlərinə qarışmadığına və Sinsizyan-Uyğur muxtar vilayətində “antiterror tədbirləri” (Ağ Ev bunu müsəlman xalqlarının genosidi adlandırır) dəstəklədiklərinə görə  təşəkkür edib.

Tehranla 25 il müddətinə neft tədarükü barədə müqavilə imzaladılar. Detallarını bəlli etməsələr də, sənədin qaralamasının hələ ötən il sızdırılması sayəsində bəlli oldu ki, Çin İranın enerji və nəqliyyat infrastrukturuna 400 milyard dollar yatırım etməyə hazırdır.

Müşahidəçilər qeyd edirlər ki, Pekin Yaxın Şərq ölkələri ilə bağlı layihələri açıb-ağartmamağa çalışır. “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində müqavilələri digər regionlarda adətən canfəşanlıqla təqdim edirlər. Ancaq Yaxın Şərq ölkələri ilə qarşılıqlı fəaliyyət barədə sənədlərin əksəriyyəti tam olaraq nə çin, nə ingilis, nə də həmin ölkənin yerli dilində dərc olunur.

Digər kəşflər sırasında üztanıma sistemini də hazırlayan, süni intellekti tədqiq edən Çinin SenseTime şirkətinə Əbu-Dabinin Milli Rifah Fondunun investisiyaları barədə də çox az bir şey məlumdur. Çinlilərlə bu sahədə əməkdaşlıq amerikalıları heç də sevindirmir, onlar qorxurlar ki, Pekin bölgədə “avtoritar alətlər”in yayılması ilə məşğuldur.

Yeri gəlmişkən, İran ÇXR-in regionda əsas partnyoru deyil. Səudiyyə Ərəbistanı və İraq neft tədarükündə, ticari dövriyyənin həcmində, birbaşa sərmayə yatırılması və silah alınmasında Tehranı geridə qoyur. Çin silahının Yaxın Şərqdə satışı ABŞ qədər olmasa da, son illərdə nəzərəçarpacaq dərəcədə artıb.

Təhlükəsizliyə cavabdehlər

Çinlilər artıq ənənəvi amerika bazarlarına çıxıblar. Bunu RİA Novosti ilə söhbətində AİM MTU-nun Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin bölmə müdiri Vasili Kaşin deyib. “Səudiyyə Ərəbistanı Çin silahının nəhəng alıcısına çevrildi. İlk növbədə pilotsuz uçuş aparatları aldılar, orada hətta onu yığan zavod layihəsi də işə salındı. Məhdud sayda ballistik raketlərin tədarükü edildi. Artilleriya da, zirehli texnika da satırlar”.

Pekin regionun bir çox ölkələrinin əsas iiqtisadi partnyoru olsa da və Cibutidə bazaya malik olsa da, hərbi planda ABŞ və Rusiya kimi rol oynamır.

Yaxın Şərqlə əməkdaşlıq etmək də Afrika ilə müqayisədə çinlilərə çətindir, - ekspert deyir. “Burada öz mövqelərini sərt müdafiə edə bilərlər. Hətta təcriddə olan İRan da Pekin öhdəliklərini yerinə yetirməyəndə müqavilələri ləğv edirdi”, - Kaşin söyləyir.

Çinin iqtisadi ekspansiyası amerikalıları cırnadır, ancaq onlar nəyisə dəyişmək gücündə deyillər. Bunu Rusiyanın Beynəlxalq işlər üzrə şurasının Yaxın Şərq layihələri üzrə meneceri Ruslan Məmmədov deyir.

“Bu reallıqda, transformasiyaya uğrayan regional və dünya düzənində hər kəs güzəştə getməli olur”, - o, RİA Novosti ilə söhbətində bildirir.

“Yaxın Şərq ölkələri Çini daha çox pozitiv məcrada qəbul edirlər. Orada anlayırlar ki, onillər boyu hegemon Amerika Birləşmiş Ştatları idi, bu, çoxlarının əl-ayağını bağlayırdı: xarici aktor öz siyasətini yürüdürdü, regiondakılar isə məcburən boyun əyirdilər, - Məmmədov deyir. – Qarşı gəlmək cəhdləri uğursuzluğa düçar idi. Bunun nümunəsi kimi İraqı göstərməık olar. Onun ordusu bölgədə ən böyük idi, Amma ABŞ ölkəni xaosa sürüklədi”.

Digər tərəfdən, Pentaqon nümayəndələrinin bəyanatlarını ciddi addımlara çağırışlar kimi nəzərdən keçirmək lazım deyil, üstəlik, amerikalılar Yaxın Şərqdə Rusiya ilə hələ ki əməkdaşlıq edirlər.

MQİMO-nun Perspektiv Amerika Araşdırmaları Mərkəzinin direktoru Maksim Suçkov isə hesab edir ki, Makkenzi təzə bir şey söyləməyib. “Yaxın Şərqdə əvvəlki həcmdə mövcudluq Vaşinqtonu çətinə salırdı, ancaq Barak Obama ilə Donald Trampın bunu optimallaşdırmaq cəhdləri hərbçilərin müqaviməti ilə rastlaşırdı, - o xatırladır. – Burada peşəkar-şəxsi nüans da var: mərkəzi komandanlıq ənənəvi olaraq ABŞ-ın ən iri hərbi əməliyyatlarının episentrində olurdu və onun rəhbərləri daxili liderliyi Sakit Okean komandanlığına verməyi istəməsə də, Çinin qarşısının alınması tədbirləri özü bunu məntiqi cəhətdən labüd edir. Buradan da Yaxın Şərqin əhəmiyyətinin strateji vacib Çin və Rusiya ilə qarşıdurma mövzusu prizmasından rəhbərliyə çatdırılması cəhdləri doğur”.

Reallıqda nə Moskvanın, nə Pekinin “Amerika stilində” dominantlıq eləmək üçün nə ambisiyaları, nə də resursları var, müsahib deyir. “Müasir dünyada bu heç gərək deyil: yəni amerika təcrübəsi göstərir ki, miqyaslı hərbi mövcudluq avtomatik olaraq xarici siyasi uğura çevrilmir”, - Suçkov deyib.

Ekspert dəqiqləşdirir ki, eyni zamanda Amerikanın nüfuzunun regionda tamamilə azaldığını demək düz deyil. ABŞ-ın möhkəmlik ehtiyatı əvvəlki kimi çoxdur. Ona görə də amerikalı hərbçilər özlərinin Vaşinqtondakı auditoriyalarına Rusiya və Çinin onların naharlarını əllərindən aldıqlarını deyəndə yalan danışırlar.

0