CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə QRAFİKi açıqlanıb

© Sputnik / Murad OrujovВступительные экзамены в вузы по II и III группам специальностей
Вступительные экзамены в вузы по II и III группам специальностей - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 2021-ci il 2 , 3, 9, 10,16,17 iyun tarixlərində keçiriləcək.

BAKI, 19 may — Sputnik. Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi, 2021-ci il 2, 3, 9, 10, 16, 17 iyun tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

Tarix Şəhər (rayon)

02.06.2021

Abşeron (1-ci hissə), Gəncə (Kəpəz), Qazax, Şəki, Lənkəran,

Bərdə, Ağsu, Ağdaş, Saatlı, Qusar, Siyəzən, Xızı

03.06.2021

Naxçıvan MR, Sumqayıt (1-ci hissə), Gəncə (Nizami), Daşkəsən, Ağstafa,

Qəbələ, Astara, Lerik, Yardımlı, Yevlax, Zərdab, Ucar, Şirvan, Şabran, Qobustan, Hacıqabul  

09.06.2021

Nəsimi, Qaradağ, Nərimanov, Abşeron (2-ci hissə), Goranboy,

Naftalan, Zaqatala, Masallı (1-ci hissə), Ağdam, Tərtər, Şamaxı, Xaçmaz (1-ci hissə), Sabirabad

10.06.2021

Nizami, Səbail, Suraxanı, Sumqayıt (2-ci hissə), Mingəçevir, Balakən,

Cəlilabad (1-ci hissə), Ağcabədi, İsmayıllı, Quba (1-ci hissə), İmişli+Mehdili, Biləsuvar

16.06.2021

Yasamal, Xəzər, Xətai, Göygöl, Tovuz, Gədəbəy, Oğuz,

Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan

17.06.2021

Binəqədi, Sabunçu, Pirallahı, Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə),

Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala

*Bakı xüsusi məktəblər, Çilov, ingilis,gürcü, fransız bölmələri

Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər.

Abşeron, Sumqayıt, Masallı, Xaçmaz, Cəlilabad, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, "hissə"lərlə adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda həmin gün hansı məktəblərin şagirlərinin imtahan verməsi haqqında məlumat açılır.

Qeyd edək ki, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün imtahan iyunun 17-də keçiriləcək.

Xəbər lenti
0