Onlayn təhsil, arxiv şəkli

Məktəblər yenidən bağlanır - Bu tarixdən

269
(Yenilənib 15:40 01.04.2021)
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

BAKI, 1 aprel — Sputnik. Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi xəbər yayıb. Məlumatda bildirilir:

"Bildiyimiz kimi, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilmişdir. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.

Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək. Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə "Dərs vaxtı" teledərslərini izləmək tövsiyə olunur.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət "COVID-19" əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə "COVID-19" virusundan qorunmağı bir daha tövsiyə edir".

269
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, bağlanma, karantin, məktəb
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (463)
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş Birinci...! adlı foto-sərginin açılışı

"Azərbaycan Sovet İttifaqında kosmonavtikanın inkişafına böyük töhfə verib" - FOTO

39
(Yenilənib 15:36 10.04.2021)
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Moskva Kosmonavtika Muzeyi və "Roskosmos" tərəfindən təqdim olunan materiallar əsasında qeyri-adi foto sərgisi açılıb.

BAKI, 10 aprel — Sputnik, Kəmalə Əliyeva. Bu günlərdə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində 12 aprel tarixində bütün dünyada qeyd olunan Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı olub. Altmış il əvvəl məhz həmin gün sovet kosmonavtı Yuri Qaqarin "Vostok-1" kosmik gəmisində insanın kosmosa ilk uçuşunu gerçəkləşdirib.

Ekspozisiya materialları Moskva Kosmonavtika Muzeyi və "Roskosmos" tərəfindən təqdim olunub. Həmin materiallarda Yuri Qaqarin və sovet kosmik proqramının banilərindən biri olan azərbaycanlı Kərim Kərimovun tərcümeyi-halına aid maraqlı faktlar öz əksini tapıb.

© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Bu münasibətlə təşkil olunan tədbirin aparıcısı siyasi şərhçi, müəllif proqramının teleaparıcısı, Azərbaycan Rus icmasının sədr müavini Anastasiya Lavrina olub.

"O dövrdə oğlanlar da, qızlar da uşaq vaxtlarından kosmonavt olmağı arzulayırdılar. Hər birimiz üçün Beynəlxalq Kosmonavtika Günü Yeni İllə, azərbaycanlılar üçünsə Novruz bayramı ilə müqayisə olunurdu. Bütün dünya bu günü qeyd edirdi. Və biz də 12 aprel 1961-ci ildə baş verənləri açıq şəkildə nümayiş etdirən fotosərginin açılışı ilə bu əlamətdar tarixi qeyd etmək qərarına gəldik", - deyə "Rossotrudniçestvo"nın Bakı nümayəndəliyinin - Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov sərginin açılışında qeyd edib.
© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Tədqiqatçı, tarixçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Georgi Zapletin sovet kosmik proqramının banilərindən biri, azərbaycanlı mühəndis-alim Kərim Kərimovun tərcümeyi-halı barədə geniş məlumat verərək bildirib ki, o, uzun illər sovet kosmonavtikasının əsas simalarından biri hesab olunub. Ancaq həmişə, necə deyərlər, kadr arxasında qalıb.

"Onun bütün həyatı kosmosla bağlı idi", - deyə Zapletin vurğulayıb.

Azərbaycandakı rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin isə ilk insanın kosmosa ayaq basdığı gün orta məktəbdə oxuduğunu xatırlayaraq həmin gün bütün təhsil müəssisələrində dərslərin dayandırıldığını yada salıb. Deputat deyib ki, o vaxtlar bütün uşaqlar kimi o özü də kosmonavt olmaq arzusu ilə yaşayırmış.

© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

"Azərbaycan Sovet İttifaqında kosmonavtikanın inkişafına böyük töhfə verib", - deyə Zabelin vurğulayıb. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev bu sahəni xüsusi diqqətdə saxlayıb: "Onun dəvəti ilə bir sıra məşhur kosmonavtlar Azərbaycana gəliblər. Mən Kərim Kərimovla ilk dəfə Moskvada, Azərbaycan səfirliyinin Respublika Günü münasibətilə təşkil etdiyi tədbirdə tanış olmuşdum. O, çox ağıllı, intellektli insan idi. Çox təəssüf ki, Azərbaycan xalqı belə vacib şəxsiyyət haqqında uzun müddət məlumatsız olub. Əvəllər bu məsələlər çox açıqlanmırdı. Günü bu gün belə onun haqqında kifayət qədər məlumat yoxdur. Biz hamımız onun xidmətlərindən xəbər tutmalıyıq", - deyə Zabelin qeyd edib.

© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Deputat uzun illər qoruyub saxladığı əşyaları da sərginin açılış mərasiminə gətirib: kosmonavtların Azərbaycan məktəblilərinə müraciətini əks etdirən açıqca, vaxtilə Azərbaycanda buraxılmış Yuri Qaqarin nişanı və s.

Tədbirin ən mühüm hissələrindən biri də pilot-kosmonavt Aleksandr Samokutyayevlə onlayn görüş olub. O, kosmos təəssüratları, həmin vaxt keçirdiyi hisslər, peşəsi ilə əlaqədar üzləşdiyi çətinliklərdən danışıb və gələcək həmkarlarına tövsiyələr verib.

  • Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı
    © Sputnik / Kemale Aliyeva
  • Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı
    © Sputnik / Kemale Aliyeva
1 / 2
© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Tədbirdə, həmçinin "Rossotrudniçestvo"-nın Türkiyədəki və Fransadakı nümayəndələri, eləcə də Azərbaycanın Rus icmasının, "RAMMAA" Rusiya Universitetləri Məzunlarının Azərbaycan Assosiasiyasının, Azərbaycandakı Rus Gəncləri Assosiasiyasının, Rusdilli Məktəblərin Müəllimləri Assosiasiyasının, "Yaşlek" Azərbaycandakı Tatar Gəncləri Mərkəzinin təmsilçiləri və başqa şəxslər iştirak edib.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində təşkil olunan fotosərgi aprelin 30-na kimi davam edəcək. Arzu edən hər kəs həmin tarixə kimi bu nadir "kosmik" kadrları izləmək imkanı əldə edə bilər.

39
Teqlər:
sərgi, foto, Kərim Kərimov, Yuri Qaqarin, Bakı, Kosmonavtika günü, kosmos
Мозг человека в лаборатории, фото из архива

Bioçipin içində kiçik canlı beyin yetişdirdilər

825
(Yenilənib 01:19 09.04.2021)
Bu cür mexanizm həm də insan orqanoidləri ilə patogenlərin (koronavirus da daxil olmaqla) qarşılıqlı fəaliyyətinin modelinin tam təcrd olunmuş formasını yaratmağa imkan verir.

BAKI, 9 aprel - Sputnik. Alimlər üçölçülü çapdan istifadə edərək insan hüceyrəsindən mini beyin yetişdiriblər. Bu orqanoid kamil orqanın funksionallığına malik olmasa da, əsəb hüceyrələrinin böyüməsi və inkişaf etməsini izləmək üçün rahat platformadır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Independent yazır.

Eksperiment zamanı alimlər mikroflüoidikaya əsaslanan yeni texnologiyadan istifadə ediblər: bu zaman qida maddələri çox kiçik borucuqlar vasitəsilə çatdırılır. Üçölçülü printer içində canlı hüceyrələr yetişdirilən, kanal və dəlikləri olan bioçiplərin istehsalını ucuzlaşdırmağa imkan verir. Satışda olan kultivasiya kasalarının bəzi çatışmazlıqları var, məsələn, onlar bəzi mikroskoplarla işləmək üçün yaramır, hüceyrələrin böyüməsi üçün lazım olan qida maddələri isə orqanoidlərin daxilinə çatmır.

Tədqiqat nəticələri göstərib ki, 3D printerdə çap olunmuş yeni bioçiplərdə beyin hüceyrələrinin bir həftə boyunca yaşama şansı adi çiplərdən xeyli çoxdur. Kameranın daxilində daimi perfuziya (orqanizmin orqan və toxumalarının damar sistemindən qanın, qanı əvəz edən maddələrin və bioloji aktiv maddələrin keçirilməsi - red.) təmin olunur, o, canlı hüceyrədə fizioloji mühiti imitasiya edir və beynin kiçik modelinin içində hüceyrələrin ölmə riskini azaldır. 

Bu cür mexanizm həm də insan orqanoidləri ilə patogenlərin (koronavirus da daxil olmaqla) qarşılıqlı fəaliyyətinin modelinin tam təcrd olunmuş formasını yaratmağa imkan verir.

825
Teqlər:
model, çip, beyin

Bu işlərin görülməsi Azərbaycanda işsizliyi azaldacaq ekspert açıqlayır

0
(Yenilənib 18:38 11.04.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, işğaldan azad edilmiş ərazilərdə qruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır
Fuad İbrahimov: “Vaksinasiyanın sürətlənməsi iqtisadi fəallığı artıracaq”

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0