X-XI siniflər əyani dərsə vaxt başlayacaqlar?

18
(Yenilənib 18:04 18.03.2021)
"Biz istəyirik ki, hamı məktəbə getsin. Hər şey bizim davranışlarımızdan asılıdır. Novruz bayramından sonra rəqəmlərə baxmalıyıq".

BAKI, 18 mart — Sputnik. "X-XI siniflərin açılması pandemiyadan asılıdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirilən sorğunun nəticələri ilə bağlı danışarkən deyib. O qeyd edib ki, açılmalar üçün Novruz bayramından sonra rəqəmlərə baxılmalıdır:

"Biz istəyirik ki, hamı məktəbə getsin. Hər şey bizim davranışlarımızdan asılıdır. Novruz bayramından sonra rəqəmlərə baxmalıyıq. Operativ Qərargahın cavablarını gözləyin. Votsapda göndərilən şayiə xarakterli xəbərlərə inanmayın, rəsmi xəbərlər əsasında öz həyatınızı planlaşdırın".

18
Teqlər:
Operativ Qərargah, COVID-19, Təhsil Nazirliyi, açılış, sinif, məktəb
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (466)
 Pandemiya zamanı imtahan

Bu gün buraxılış imtahanı keçirilir

7
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq

BAKI, 15 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayıb. Buraxılış imtahanında iştirak üçün 8124 şagird qeydiyyata alınıb. Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilən şəhər və rayonlar bunlardır: Gəncə şəhərinin Kəpəz rayonu, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı rayonları, Lənkəran və Şirvan şəhərləri.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunub.

"İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır", - DİM bildirib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılıb.

Xatırladaq ki, aprelin 15-16-da keçiriləcək imtahan üçün şəhər və rayonlarda ümumilikdə 115 bina və 2001 zal ayrılıb. İmtahanların idarə olunmasına 115 ümumi imtahan rəhbəri, 334 imtahan rəhbəri, 2490 nəzarətçi-müəllim, 230 buraxılışı rejimi əməkdaşı (mühafizə), 115 bina nümayəndəsi ayrılıb.

7

Xaricdə təhsil alanların diplomları niyə tanınmır ekspert açıqlayır

24
(Yenilənib 01:15 15.04.2021)
Təhsil eksperti Kamran Əsədov deyir ki, övladlarının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər.
Kamran Əsədov: “Diplomların tanınması üçün müəyyənləşdirilmiş qaydalar var”

Bu ilin I rübü ərzində Azərbaycanda diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, xaricdə təhsil mərkəzləri bir çox hallarda öz kommersiya maraqlarına görə müraciət edənlərin taleyi ilə oynayırlar: “Belə mərkəzlər diplomu tanınmayan, lisenziyasız fəaliyyət göstərən universitetlərə qəbul aparırlar. Azərbaycan tərəfindən diplomların tanınması üçün müəyyənləşdirilmiş qaydalar var. Diplomların tanınmasına səbəb təhsilalanların mövcud parametrlərə uyğun gəlməməsidir. Övladlarının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə  bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər. Təəssüf ki, bu işlərlə məşğul olduğunu iddia edən şirkətlər hər il bir ad altında fəaliyyət göstərirlər”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

24
Teqlər:
xarici ölkə, Azərbaycan, tanınma, diplom, ali təhsil
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli

Rusiya XİN: Azərbaycan Ermənistan çətin yolun başlanğıcındadır

0
(Yenilənib 18:55 15.04.2021)
“Azərbaycan və Ermənistandan olan dostlarımızla qarşılıqlı əməkdaşlıq qurarkən bir çox maneələri dəf edəcəyik".

BAKI, 15 aprel - Sputnik. “Bakı ilə Yerevan arasında dayanıqlı sülh və mehriban qonşuluğun bərqərar olmasına yönələn təşəbbüsləri yalnız alqışlaya bilərik”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 10 noyabr və bu ilin 11 yanvar tarixlərində əldə etdikləri razılaşmalar buna etibarlı zəmin yaradır. Bu kimi proseslərə bundan sonra da hər cür dəstək verməyə hazırıq. Əlbəttə, Ermənistan ilə Azərbaycan qarşılıqlı etimadın zəruri səviyyəsinə çatmaq, münasibətlərini yoluna qoymaq istiqamətində çətin yolun hələ başlanğıcındadır”, - deyən rusiyalı rəsmi bu məsələdə müsbət məlumat və s. fonunun yaradılmasını da vacib hesab edib:

“Azərbaycan və Ermənistandan olan dostlarımızla qarşılıqlı əməkdaşlıq qurarkən bir çox maneələri dəf edəcəyik. Cənubi Qafqazdakı sabitliyin, dayanıqlı iqtisadi inkişafın bu regionda Rusiyanın bütün tərəfdaşlarının manafeyinə uyğun gəldiyini əsas götürürük. Fikrimizcə, tərəflər münasibətləri normallaşdırmağa, etimad mühiti yaratmağa çalışacaqlar”.

0