Marsa mənzərə, arxiv şəkli

Alimlər Marsda suyun hara qeyb olduğunu aydınlaşdırıblar

357
(Yenilənib 10:27 18.03.2021)
Ənənəvi olaraq belə bir mülahizə hökm sürürdü ki, Marsın səthindəki su planetin meydana gəldiyi ilk milyard il ərzində tədricən zəif qravitasiya ucbatından kosmosa "sızıb".

BAKI, 18 mart — Sputnik. Vaxtilə Mars planetinin səthini örtmüş suyun çox hissəsi əvvəllər ehtimal olunduğu kimi, kosmosa buxarlanmayıb və planetin dağ süxurlarının təşkil edən mineralların tərkibinə keçib. Sputnik Azərbaycan-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, belə bir qənaət ABŞ alimlərinin apardığı son tədqiqatlardan sonra hasil olub.

Həm geoloji, həm də geomorfoloji məlumatlar göstərir ki, qədim dövrlərdə Marsda çoxlu miqdarda su olub. Belə ki, "Qırmızı planet"in səthində çoxlu sayda qurumuş çayların dərələri, qədim göl və okeanların boşluqları hələ də qalmaqdadır. Ənənəvi olaraq belə bir mülahizə hökm sürürdü ki, Marsın səthindəki su planetin meydana gəldiyi ilk milyard il ərzində tədricən zəif qravitasiya ucbatından kosmosda yoxa çıxıb.

Lakin Kaliforniya Texnoloji İnstitutu və NASA reaktiv hərəkət laboratoriyasının əməkdaşları bu hipotezanı şübhə altına alıblar.

Onların hesablamalarına görə, təqribən dörd milyard il əvvəl Marsda planetin səthini 100-1500 m qalınlığında qatla örtə biləcək qədər su olub. Bu, təqribən Yerdəki Atlantik okeanındakı suyun yarısı qədərdir.

"Atmosferə atılmalar Marsda vaxtilə nə qədər suyun olması ilə bağlı bizdə olan məlumatları izah edə bilməz", - deyə tədqiqatçı Eva Şeller bildirib.

Müəlliflər hazırkı atmosferin və planetin səthinin kimyəvi tərkibinin kompleks təhlili metodlarının, meteoritlərin analizi, Marsa göndərilmiş və orbital aparatların köməyi ilə planetin qabığında hazırda bütün aqreqat formalarda cəmlənmiş suyun miqdarını qymətləndiriblər (buxar, maye, buz). Bundan əlavə, alimlər deyteriumun hidrogenə izotopik nisbəti metodu ilə atmosferdə və dağ süxurlarında həcmini və onun geoloji tarix boyu itmə sürətini müəyyən edə biliblər.

Modelləşdirmə nəticəsində müəyyən olunub ki, Marsın geoloji tarixinin erkən dövründə, yəni təqribən 4,1 - 3,7 milyard il bundan əvvəl Marsın səthindəki suyun miqdarı 40-95% azalıb və bu zaman həmin suyun 30-99%-i hidratasiya prosesi nəticəsində minerallar tərəfindən udulub. Sonralar vulkanik qazlar vasitəsilə həmin suyun bir hissəsi planetin səthinə qayıdıb, lakin bu planetin hidrosferinin bərpası üçün kifayət olmayıb.

Suyun dağ süxurları ilə təması zamanı ya buxarlanma, ya da hidratasiya, yəni suyun udulması baş verir. Bu proses Marsda da Yer planetində olduğu kimi baş verir. Lakin Yer qabığı tektonik cəhətdən aktiv olduğu üçün köhnə qabıq daim mantiyada həll olunur və vulkanizm vasitəsilə suyu yenidən atmosferə qaytarır. Mars isə ümumilikdə tektonik cəhətdən aktiv deyil və buna görə də onun səthinin quruması prosesi birdəfəlik olub.

"Bu qədər su xeyli əvvəl izolə olunub və sonradan bir də geri qayıtmayıb", - deyə Şeller qeyd edib.

Alimlər Marsın səthindəki suyun dağ süxurlarında konservləşməsi ilə nəticələnən proseslərin öyrənilməsini davam etdirmək niyyətindədirlər. Bunun üçün laboratoriya təcrübələri, Marsdakı proseslərin modelləşdirilməsi, habelə "Perseverance" Mars aparatının yerə ötürdüyü məlumatların təhlili həyata keçiriləcək.

 

357
Teqlər:
"qırmızı planet", Mars planeti, Mars
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş Birinci...! adlı foto-sərginin açılışı

"Azərbaycan Sovet İttifaqında kosmonavtikanın inkişafına böyük töhfə verib" - FOTO

40
(Yenilənib 15:36 10.04.2021)
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Moskva Kosmonavtika Muzeyi və "Roskosmos" tərəfindən təqdim olunan materiallar əsasında qeyri-adi foto sərgisi açılıb.

BAKI, 10 aprel — Sputnik, Kəmalə Əliyeva. Bu günlərdə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində 12 aprel tarixində bütün dünyada qeyd olunan Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı olub. Altmış il əvvəl məhz həmin gün sovet kosmonavtı Yuri Qaqarin "Vostok-1" kosmik gəmisində insanın kosmosa ilk uçuşunu gerçəkləşdirib.

Ekspozisiya materialları Moskva Kosmonavtika Muzeyi və "Roskosmos" tərəfindən təqdim olunub. Həmin materiallarda Yuri Qaqarin və sovet kosmik proqramının banilərindən biri olan azərbaycanlı Kərim Kərimovun tərcümeyi-halına aid maraqlı faktlar öz əksini tapıb.

© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Bu münasibətlə təşkil olunan tədbirin aparıcısı siyasi şərhçi, müəllif proqramının teleaparıcısı, Azərbaycan Rus icmasının sədr müavini Anastasiya Lavrina olub.

"O dövrdə oğlanlar da, qızlar da uşaq vaxtlarından kosmonavt olmağı arzulayırdılar. Hər birimiz üçün Beynəlxalq Kosmonavtika Günü Yeni İllə, azərbaycanlılar üçünsə Novruz bayramı ilə müqayisə olunurdu. Bütün dünya bu günü qeyd edirdi. Və biz də 12 aprel 1961-ci ildə baş verənləri açıq şəkildə nümayiş etdirən fotosərginin açılışı ilə bu əlamətdar tarixi qeyd etmək qərarına gəldik", - deyə "Rossotrudniçestvo"nın Bakı nümayəndəliyinin - Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov sərginin açılışında qeyd edib.
© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Tədqiqatçı, tarixçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Georgi Zapletin sovet kosmik proqramının banilərindən biri, azərbaycanlı mühəndis-alim Kərim Kərimovun tərcümeyi-halı barədə geniş məlumat verərək bildirib ki, o, uzun illər sovet kosmonavtikasının əsas simalarından biri hesab olunub. Ancaq həmişə, necə deyərlər, kadr arxasında qalıb.

"Onun bütün həyatı kosmosla bağlı idi", - deyə Zapletin vurğulayıb.

Azərbaycandakı rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin isə ilk insanın kosmosa ayaq basdığı gün orta məktəbdə oxuduğunu xatırlayaraq həmin gün bütün təhsil müəssisələrində dərslərin dayandırıldığını yada salıb. Deputat deyib ki, o vaxtlar bütün uşaqlar kimi o özü də kosmonavt olmaq arzusu ilə yaşayırmış.

© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

"Azərbaycan Sovet İttifaqında kosmonavtikanın inkişafına böyük töhfə verib", - deyə Zabelin vurğulayıb. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev bu sahəni xüsusi diqqətdə saxlayıb: "Onun dəvəti ilə bir sıra məşhur kosmonavtlar Azərbaycana gəliblər. Mən Kərim Kərimovla ilk dəfə Moskvada, Azərbaycan səfirliyinin Respublika Günü münasibətilə təşkil etdiyi tədbirdə tanış olmuşdum. O, çox ağıllı, intellektli insan idi. Çox təəssüf ki, Azərbaycan xalqı belə vacib şəxsiyyət haqqında uzun müddət məlumatsız olub. Əvəllər bu məsələlər çox açıqlanmırdı. Günü bu gün belə onun haqqında kifayət qədər məlumat yoxdur. Biz hamımız onun xidmətlərindən xəbər tutmalıyıq", - deyə Zabelin qeyd edib.

© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Deputat uzun illər qoruyub saxladığı əşyaları da sərginin açılış mərasiminə gətirib: kosmonavtların Azərbaycan məktəblilərinə müraciətini əks etdirən açıqca, vaxtilə Azərbaycanda buraxılmış Yuri Qaqarin nişanı və s.

Tədbirin ən mühüm hissələrindən biri də pilot-kosmonavt Aleksandr Samokutyayevlə onlayn görüş olub. O, kosmos təəssüratları, həmin vaxt keçirdiyi hisslər, peşəsi ilə əlaqədar üzləşdiyi çətinliklərdən danışıb və gələcək həmkarlarına tövsiyələr verib.

  • Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı
    © Sputnik / Kemale Aliyeva
  • Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı
    © Sputnik / Kemale Aliyeva
1 / 2
© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Tədbirdə, həmçinin "Rossotrudniçestvo"-nın Türkiyədəki və Fransadakı nümayəndələri, eləcə də Azərbaycanın Rus icmasının, "RAMMAA" Rusiya Universitetləri Məzunlarının Azərbaycan Assosiasiyasının, Azərbaycandakı Rus Gəncləri Assosiasiyasının, Rusdilli Məktəblərin Müəllimləri Assosiasiyasının, "Yaşlek" Azərbaycandakı Tatar Gəncləri Mərkəzinin təmsilçiləri və başqa şəxslər iştirak edib.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində təşkil olunan fotosərgi aprelin 30-na kimi davam edəcək. Arzu edən hər kəs həmin tarixə kimi bu nadir "kosmik" kadrları izləmək imkanı əldə edə bilər.

40
Teqlər:
sərgi, foto, Kərim Kərimov, Yuri Qaqarin, Bakı, Kosmonavtika günü, kosmos
Мозг человека в лаборатории, фото из архива

Bioçipin içində kiçik canlı beyin yetişdirdilər

826
(Yenilənib 01:19 09.04.2021)
Bu cür mexanizm həm də insan orqanoidləri ilə patogenlərin (koronavirus da daxil olmaqla) qarşılıqlı fəaliyyətinin modelinin tam təcrd olunmuş formasını yaratmağa imkan verir.

BAKI, 9 aprel - Sputnik. Alimlər üçölçülü çapdan istifadə edərək insan hüceyrəsindən mini beyin yetişdiriblər. Bu orqanoid kamil orqanın funksionallığına malik olmasa da, əsəb hüceyrələrinin böyüməsi və inkişaf etməsini izləmək üçün rahat platformadır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Independent yazır.

Eksperiment zamanı alimlər mikroflüoidikaya əsaslanan yeni texnologiyadan istifadə ediblər: bu zaman qida maddələri çox kiçik borucuqlar vasitəsilə çatdırılır. Üçölçülü printer içində canlı hüceyrələr yetişdirilən, kanal və dəlikləri olan bioçiplərin istehsalını ucuzlaşdırmağa imkan verir. Satışda olan kultivasiya kasalarının bəzi çatışmazlıqları var, məsələn, onlar bəzi mikroskoplarla işləmək üçün yaramır, hüceyrələrin böyüməsi üçün lazım olan qida maddələri isə orqanoidlərin daxilinə çatmır.

Tədqiqat nəticələri göstərib ki, 3D printerdə çap olunmuş yeni bioçiplərdə beyin hüceyrələrinin bir həftə boyunca yaşama şansı adi çiplərdən xeyli çoxdur. Kameranın daxilində daimi perfuziya (orqanizmin orqan və toxumalarının damar sistemindən qanın, qanı əvəz edən maddələrin və bioloji aktiv maddələrin keçirilməsi - red.) təmin olunur, o, canlı hüceyrədə fizioloji mühiti imitasiya edir və beynin kiçik modelinin içində hüceyrələrin ölmə riskini azaldır. 

Bu cür mexanizm həm də insan orqanoidləri ilə patogenlərin (koronavirus da daxil olmaqla) qarşılıqlı fəaliyyətinin modelinin tam təcrd olunmuş formasını yaratmağa imkan verir.

826
Teqlər:
model, çip, beyin
Daxili İşlər Nazirliyinin binası

DİN rəsmisi 16 yaşlı qızla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

0
"Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar cəfəngiyyatdır" - Elşad Hacıyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. "Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq". 

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavabında bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir.

0