Tələbələr imtahan verirlər, arxiv şəkli

Azərbaycanda "Təhsil-Tələbə Krediti Fondu" yaradılır

26
(Yenilənib 17:06 09.03.2021)
Bununla bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin fərmanının layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir

BAKI, 9 mart — Sputnik. 2021-ci ildə "Təhsil-Tələbə Krediti" sisteminin yaradılması nəzərdə tutulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.

Sənəddə qeyd edilib ki, bu məqsədlə 2021-ci il üçün təsdiq edilən dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub. Sistemin hüquqi təminatı üçün Təhsil Nazirliyi tərəfindən "Təhsil-Tələbə Krediti Fondu"nun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin fərmanının layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.

26
Teqlər:
Azərbaycan, fond, kredit, təhsil, tələbə
 Pandemiya zamanı imtahan

Bu gün buraxılış imtahanı keçirilir

25
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq

BAKI, 15 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayıb. Buraxılış imtahanında iştirak üçün 8124 şagird qeydiyyata alınıb. Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilən şəhər və rayonlar bunlardır: Gəncə şəhərinin Kəpəz rayonu, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı rayonları, Lənkəran və Şirvan şəhərləri.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunub.

"İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır", - DİM bildirib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılıb.

Xatırladaq ki, aprelin 15-16-da keçiriləcək imtahan üçün şəhər və rayonlarda ümumilikdə 115 bina və 2001 zal ayrılıb. İmtahanların idarə olunmasına 115 ümumi imtahan rəhbəri, 334 imtahan rəhbəri, 2490 nəzarətçi-müəllim, 230 buraxılışı rejimi əməkdaşı (mühafizə), 115 bina nümayəndəsi ayrılıb.

25

Xaricdə təhsil alanların diplomları niyə tanınmır ekspert açıqlayır

46
(Yenilənib 01:15 15.04.2021)
Təhsil eksperti Kamran Əsədov deyir ki, övladlarının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər.
Kamran Əsədov: “Diplomların tanınması üçün müəyyənləşdirilmiş qaydalar var”

Bu ilin I rübü ərzində Azərbaycanda diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, xaricdə təhsil mərkəzləri bir çox hallarda öz kommersiya maraqlarına görə müraciət edənlərin taleyi ilə oynayırlar: “Belə mərkəzlər diplomu tanınmayan, lisenziyasız fəaliyyət göstərən universitetlərə qəbul aparırlar. Azərbaycan tərəfindən diplomların tanınması üçün müəyyənləşdirilmiş qaydalar var. Diplomların tanınmasına səbəb təhsilalanların mövcud parametrlərə uyğun gəlməməsidir. Övladlarının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə  bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər. Təəssüf ki, bu işlərlə məşğul olduğunu iddia edən şirkətlər hər il bir ad altında fəaliyyət göstərirlər”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

46
Teqlər:
xarici ölkə, Azərbaycan, tanınma, diplom, ali təhsil

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

0
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

0