Test imtahanı, arxiv şəkli

Doktorantura dissertanturaya qəbulun nəticələri açıqlandı

18
(Yenilənib 20:48 20.02.2021)
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 1 mart 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.

BAKI, 20 fevral - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 14-də keçirilən xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarının, eləcə də fevralın 15-də keçirilən əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticələri açıqlanıb. 

DİM-dən  Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahan iştirakçıları Mərkəzin internet saytında nəticələri, cavab kartının və yazı işlərinin qrafik təsviri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanlarda 1 444 namizəd (1 244 nəfər doktoranturaya qəbul, 195 nəfər fəlsəfə doktoru, 5 nəfər Azərbaycan dili imtahanı) iştirak edib. Ümumilikdə 96 nəfər imtahana gəlməyib, 2 nəfər isə xaric olunub.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən 637 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

47 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balını toplayıb.

3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balını toplayıb.

Xatırladaq ki, bundan əlavə DİM-ə müvafiq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.

İmtahan blokları üzrə müəyyən edilmiş minimum bal məhdudiyyətləri ləğv edilib.

Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

Qeyd edək ki, namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı (və ya vizual məlumatın təsviri) isə maksimum 10 balla qiymətləndirilir.

Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 1 mart 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 22-24 fevral tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

18
Teqlər:
imtahan, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası, DİM, dissertantura, doktorantura
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Emin Əmrullayev peyvənd olunan müəllimlərin sayını açıqladı

17
(Yenilənib 13:09 05.03.2021)
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur

BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

17
Teqlər:
müəllimlər, Sinovac Biotech, vaksinasiya, Azərbaycan
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Məmur portfeli, arxiv şəkli

Mehriban Vəliyevanın müavinləri bəlli oldu - FOTO

14
(Yenilənib 12:18 05.03.2021)
Onlar Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıblar

BAKI, 5 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar həyata keçirilib. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.

  • Xəyalə Əhmədzadə
    © Photo : From personal archives Hayala Ahmedzade
  • Orxan Kərimov
    © Photo : From personal archives Orhan Kerimov
1 / 2
© Photo : From personal archives Hayala Ahmedzade
Xəyalə Əhmədzadə

Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

14
Teqlər:
təyinat, müdir müavini, BŞTİ
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

0
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

0