Lütfi Zadə

İsraildə Azərbaycanlı alimin yubileyini qeyd etdilər

8
(Yenilənib 00:03 19.02.2021)
Natiqlər böyük alimlə görüşlərindən və əməkdaşlıqlarından danışaraq maraqlı anlar barədə xatirələrini bölüşüblər.

BAKI, 19 fevral — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş "Müasir dövrdə qeyri-səlis məntiqin dəyəri" mövzusunda videokonfrans təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın moderatorluğu ilə gerçəkləşdirilən videokonfransda tanınmış teatr rejissoru, Azərbaycanın Xalq artisti, Lütfi Zadənin yaxın qohumu Cənnət Səlimova, "Lütfi Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rafiq Əliyev, ABŞ-ın Florida ştatındakı Cənub-Qərb kollecinin professoru Cavanşir Hacıyev, "International Media Bridge" şirkətinin baş direktoru, Lütfi Zadə ilə son müsahibənin müəllifi Nigar Məcidova çıxış ediblər.

Elmə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidentinin ölkəmizdə görkəmli alim Lütfi Zadənin 100 illiyinin keçirilməsinə dair Sərəncamını xatırladan tədbir iştirakçıları qeyd ediblər ki, 100 il öncə Bakının Novxanı qəsəbəsində dünyaya gələn və dünya elminin dahisinə çevrilən azərbaycanlı alim öz inqilabi nəzəriyyəsi ilə 2000 ildən çox mövcud olan Aristotel məntiqini genişləndirib.

Zadənin qeyri-səlis nəzəriyyəsinin riyaziyyat, kibernetika, informatika və hesablama texnikasının inkişafı tarixində yeni mərhələ açdığı, dünya elminə bəxş etdiyi 5 fundamental nəzəriyyə və yeniliklərin müxtəlif texnoloji və istehsal sahələrindəki inkişafa təkan verdiyi, süni intellekt, genetik alqoritmlər, robototexnika, maşınqayırma və digər sahələrdə geniş tətbiq edildiyi nəzərə çatdırılıb.

Natiqlər böyük alimlə görüşlərindən və əməkdaşlıqlarından danışaraq maraqlı anlar barədə xatirələrini bölüşüblər.

8
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Emin Əmrullayev peyvənd olunan müəllimlərin sayını açıqladı

19
(Yenilənib 13:09 05.03.2021)
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur

BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

19
Teqlər:
müəllimlər, Sinovac Biotech, vaksinasiya, Azərbaycan
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Məmur portfeli, arxiv şəkli

Mehriban Vəliyevanın müavinləri bəlli oldu - FOTO

15
(Yenilənib 12:18 05.03.2021)
Onlar Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıblar

BAKI, 5 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar həyata keçirilib. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.

  • Xəyalə Əhmədzadə
    © Photo : From personal archives Hayala Ahmedzade
  • Orxan Kərimov
    © Photo : From personal archives Orhan Kerimov
1 / 2
© Photo : From personal archives Hayala Ahmedzade
Xəyalə Əhmədzadə

Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

15
Teqlər:
təyinat, müdir müavini, BŞTİ

Azad edilmiş daha bir kəndimizin hazırkı mənzərəsi belədir - VİDEO

0
Cəbrayıl rayonunun Papı kəndi 2020-ci ilin oktyabrın 21-də əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0