Məktəblərin birində, arxiv şəkli

Xüsusi məktəblərdə ənənəvi təhsil bərpa edildi

76
(Yenilənib 10:16 15.02.2021)
Təhsil Nazirliyinin tabeçiliyində olan dövlət orta təhsil müəssisələrində ibtidai siniflər üçün dərslər fevralın 1-dən bərpa olunub. Bu gün isə orta ümumtəhsil məktəblərinin 5-9-cu siniflərində təhsil alan şagirdlər məktəbə gedəcəklər. 

BAKI, 15 fevral - Sputnik. Bu gündən xüsusi məktəblərdə ənənəvi tədris bərpa edilir.  

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 15-dən xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədris ənənəvi formada bərpa olunur.

Qeyd edək ki, ölkədə pandemiya şəraitinin şərtlərinə uyğun olaraq, Təhsil Nazirliyinin tabeçiliyində olan dövlət orta təhsil müəssisələrində ibtidai siniflər üçün dərslər fevralın 1-dən bərpa olunub. Bu gün isə orta ümumtəhsil məktəblərinin 5-9-cu siniflərində təhsil alan şagirdlər məktəbə gedəcəklər. 

76

Nazirlik dərslərin dayandırılması ilə bağlı xəbərə aydınlıq gətirdi

38
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov illəri qarışdırmamağı tövsiyə edib

BAKI, 2 mart — Sputnik. "Hazırda ümumtəhsil müəssisələrində dərslər öz qaydasında davam edir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

38
Teqlər:
məktəb, bağlanma, karantin, dərs, Təhsil Nazirliyi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

Mars səthində nəhəng burulğanlar - VİDEO

27
(Yenilənib 00:20 28.02.2021)
Marsın cənub yarımkürəsindəki kraterin dibində hərəkət edən burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir

BAKI, 28 fevral - Sputnik. ExoMars-2016 missiyasının Trace Gas Orbiter Rusiya-Avropa kosmik aparatı Mars planetinin səthində nəhəng burulğanların şəklini çəkib. 

Sputnik Azərbaycan bildirir ki, şəkilləri "Roskosmos" paylaşıb.

"Nəhəng toz burulğanları Mars səthində daimi hadisədir. 2021-ci il fevralın 27-də Trace Gas Orbiter aparatındakı CaSSIS kamerası ilə 45 saniyə fərqlə çəkilmiş bu iki şəkildə iki hərəkət edən burulğan görünür", - dövlət şirkətinin saytında deyilir.

Məlumat verilir ki, parlaq ləkələr Marsın cənub yarımkürəsində, 70 kilometrik kraterin dibi ilə hərəkət edərək özlərindən sonra tünd rəngli zolaqlar buraxır. İki toz sütununun hərəkət edən kölgəsi də görünür. Burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir. 

Marsdakı burulğanların hündürlüyü 8 kilometrə çata bilər. Onlar özlərindən sonra onlarla, yüzlərlə kilometr enində izlər qoya bilir. Qırmızı planetin burulğanlarının öyrənilməsi son dərəcə vacib hesab olunur. Çünki bu, onların zaman keçdikcə planetin iqliminə necə təsir etdiyini anlamağa kömək edər.

27
Teqlər:
burulğan, toz, planet, Mars

Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

0
(Yenilənib 15:16 03.03.2021)
Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

BAKI, 3 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.

0