İmtahan, arxiv şəkli

Dövlət hesabına təqaüd alacaq tələbələrə şad xəbər

411
(Yenilənib 14:59 09.02.2021)
Təhsil Nazirliyi dövlət hesabına təqaüd alacaq tələbələrlə bağlı məlumat yayıb. Bildirilir ki, bu ildən onların sayı artırılacaq

BAKI, 9 fevral — Sputnik. 2020-2021-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala biləcək. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" ölkə Prezidentinin müvafiq sərəncamında təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 2020-2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub.

Bu hədəfin reallaşdırılması üçün təhsil nazirinin müvafiq əmri ilə əlavə təqaüd yerlərinin sayı müəyyən edilib. 2020-2021-ci tədris ili üzrə dövlət büdcəsi hesabına maliyyələşən əlavə təqaüd yerlərinin sayı 20 365-dir ki, əvvəlki tədris ilinə nisbətən 27.3 faiz və ya 4,365 təqaüd yeri çoxdur. Bununla da, 2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı təhsil alan tələbələrin ümumi sayının 50 faiz nisbətinə çatdırılıb. Cari tədris ilində orta hesabla 93 min tələbə dövlət büdcəsi hesabına təqaüd alacaq.

Dövlət büdcəsi hesabına ayrılan əlavə təqaüd yerləri ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılmasının bariz nümunəsidir və təhsildə yüksək nəticələr əldə edən tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"na əsasən, hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq müəyyən edilir.

411
Teqlər:
artırılma, təqaüd, tələbə

Nazirlik dərslərin dayandırılması ilə bağlı xəbərə aydınlıq gətirdi

39
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov illəri qarışdırmamağı tövsiyə edib

BAKI, 2 mart — Sputnik. "Hazırda ümumtəhsil müəssisələrində dərslər öz qaydasında davam edir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

39
Teqlər:
məktəb, bağlanma, karantin, dərs, Təhsil Nazirliyi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

Mars səthində nəhəng burulğanlar - VİDEO

27
(Yenilənib 00:20 28.02.2021)
Marsın cənub yarımkürəsindəki kraterin dibində hərəkət edən burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir

BAKI, 28 fevral - Sputnik. ExoMars-2016 missiyasının Trace Gas Orbiter Rusiya-Avropa kosmik aparatı Mars planetinin səthində nəhəng burulğanların şəklini çəkib. 

Sputnik Azərbaycan bildirir ki, şəkilləri "Roskosmos" paylaşıb.

"Nəhəng toz burulğanları Mars səthində daimi hadisədir. 2021-ci il fevralın 27-də Trace Gas Orbiter aparatındakı CaSSIS kamerası ilə 45 saniyə fərqlə çəkilmiş bu iki şəkildə iki hərəkət edən burulğan görünür", - dövlət şirkətinin saytında deyilir.

Məlumat verilir ki, parlaq ləkələr Marsın cənub yarımkürəsində, 70 kilometrik kraterin dibi ilə hərəkət edərək özlərindən sonra tünd rəngli zolaqlar buraxır. İki toz sütununun hərəkət edən kölgəsi də görünür. Burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir. 

Marsdakı burulğanların hündürlüyü 8 kilometrə çata bilər. Onlar özlərindən sonra onlarla, yüzlərlə kilometr enində izlər qoya bilir. Qırmızı planetin burulğanlarının öyrənilməsi son dərəcə vacib hesab olunur. Çünki bu, onların zaman keçdikcə planetin iqliminə necə təsir etdiyini anlamağa kömək edər.

27
Teqlər:
burulğan, toz, planet, Mars
Tisian Veçellionun əsəri, arxiv şəkli

Tisianın itmiş hesab olunan əsərlərindən biri təsadüf nəticəsində tapılıb

0
Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horasio Veçellio əlavə edib. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran Mur sənətkarın imzasını da görüb: TITIANVS.

BAKI, 3 mart — Sputnik. İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Tisian Veçellionun itmiş hesab olunan əsərlərindən biri tapılıb. Rəsmi britaniyalı restavrator və sənətşünas Ronald Mur İngiltərədə əyalət kilsələrinin birində aşkarlayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, intibah dövrünə aid rəsm Ledburi şəhərində "Müqəddəs Mixail və bütün mələkləri" məbədində təsadüfən diqqətini çəkib. Əsər yüz ildən artıq idi ki, orada heç kim tərəfindən tanınmadan asılı halda qalıbmış.

Ronald Mur Leonardo da Vinçinin "Son Şam yeməyi" freskasının 19-cu əsrə aid nüsxəsini bərpa etmək üçün oraya gedibmiş. O, kilsənin gözdən uzaq küncündə üzəri eyni mövzuda işlənmiş kətan tapıb. Əsərə baxdıqda onun çox-çox əvvəl çəkildiyi aydın olub.

Rəsmdən bir neçə qat solğun lak silindikdən sonra Mur Tisianın "imzasını" - həvarilərdən birinin obrazında sənətkarın öz portretini tapıb. Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horasio Veçellio əlavə edib. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran Mur sənətkarın imzasını da görüb: TITIANVS.

 

0