Məktəbdə dərs prosesi, arxiv şəkli

etmək lazımdır ki, şagirdlər virusa yoluxmasın: Təhsil Nazirliyi üçün ip ucları

965
(Yenilənib 12:58 05.02.2021)
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev deyir ki, məktəblərdə normal istiliyin olması, şagirdlərə bol isti mayenin verilməsi şərtdir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Fevral ayının ikinci yarısından orta və ali təhsil müəssisələrində mərhələli şəkildə ənənəvi tədrisə başlanılır. Təhsil Nazirliyinin yaydığı məlumata görə, Bakı, Abşeron və Sumqayıtda, eləcə də ölkənin digər regionlarında tədris şagird sıxlığı nəzərə alınmaqla həftədə iki, üç və beş dəfə təşkil olunacaq. Sputnik Azərbaycan tədrisin bərpasının COVID-19-a yoluxma sayına təsirini araşdırıb.

Qeyd edək ki, ümumtəhsil müəssisələrində ənənəvi mərhələli tədrisə dörd gündür ki, başlanılmasına baxmayaraq, artıq həm təhsilalanlar, həmçinin də təhsilverənlər arasında virusa yoluxma halları qeydə alınıb. Fevral ayının 2-nə olan rəsmi məlumata görə, ölkə üzrə iki şagirddə koronavirus aşkarlanıb. Virusa yoluxmuş işçi heyətinin sayı isə 7 nəfər təşkil edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 1 müəllimdə koronavirus infeksiyası aşkar olunub. 2 şagird və 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib. Şagirdlər arasında yoluxma hallarının baş verməsi artıq valideynləri də qorxuya salıb. Bakı şəhəri üzrə 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tədris prosesinin bərpası COVID-19-a yoluxma sayına birmənalı şəkildə təsir göstərəcək:

"Təbii ki, virusa yoluxma sayı da artacaq. Amma tədrisin bərpası vacib addımdır. Çünki, bütün təhsilalanların distant təhsilə əlçatanlığı təmin edilməyib. Yoluxma sayının şagird və müəllimlər arasında ciddi şəkildə artmasının qarşısını almaq üçün ara məsafənin qorunması, dezinfeksiya tədbirləri aparılmalıdır.

Nəzərə alsaq ki, ictimai nəqliyyatda sıxlıq var, bu da şagirdlər arasında yoluxmaya təsir edəcək. Ona görə də profilaktik tədbirlər təkcə məktəblərdə görülməməlidir. İctimai nəqliyyatda da bununla bağlı işlər aparılmalıdır. Metro açılmalı, məktəbli avtobusları təşkil edilməlidir ki, ən azı şagirdlər arasında yoluxmanın qarşısını müəyyən qədər də olsa almaq olsun. Düşünürəm ki, bununla da yoluxmanın pik həddə gəlib çatmasının qarşısını almaq olar. Bu addımlar tələbələrin də universitetlərə qayıtmasına da imkan yaradacaq".

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə COVID-19-a yoluxmanın qarşısını almaq üçün ilk növbədə hər bir valideyn öz övladının sağlamlığı ilə bağlı məktəbə məlumatı düzgün verməlidir:

"Birmənalı şəkildə temperaturu, halsızlığı olan şagirdlər məktəbə göndərilməməlidir. Məktəblərin girişində tibb bacıları, həkimlər olmalıdır. Şagirdlər qapıda yoxlanıldıqdan sonra məktəbə buraxılmalıdırlar. Dərslərin keçirildiyi sinif otaqlarının havalandırılması düzgün aparılmalıdır. Siniflərdə şagird sayı mümkün qədər azaldılmalıdır. Çünki, bir şagirdin xəstələnməyi sinifdəki digər uşaqların da xəstələnməsi deməkdir. Məktəblərdə tənəffüs zamanı şagirdlərə əl yumaq üçün şərait olmalıdır. Bağçalarda uşaqların toxuna biləcəyi oyun otaqları qapalı saxlanmalıdır".

A.Musayev həmçinin bildirir ki, məktəblərdə pilləkənlər gündə bir neçə dəfə sərt dezinfektorlarla təmizlənməlidir: "Məktəblərdə normal istilik şəraiti yaradılmaldıır. Şagirdlər bol isti maye istifadə etməlidirlər. Şagirdlər bol kalorili yeməklərlə qidalanmalıdırlar ki, immun sistemləri güclü olsun".

İnstitut direktoru bildirib ki, şagirdlərin mümkün qədər sıx ictimai nəqliyyat növlərindən istifadə etməməsi tövsiyə edilir.

Xatırladaq ki, Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq 2021-ci il 8 fevral tarixindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla davam etdiriləcək. Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla dərslər ənənəvi qaydada keçiriləcək.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi təşkil ediləcək. 2021-ci il 15 fevral tarixindən məktəbəqədər təhsil müəssisələrində Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla başlanacaq.

Xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

965
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Emin Əmrullayev peyvənd olunan müəllimlərin sayını açıqladı

20
(Yenilənib 13:09 05.03.2021)
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur

BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

20
Teqlər:
müəllimlər, Sinovac Biotech, vaksinasiya, Azərbaycan
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Məmur portfeli, arxiv şəkli

Mehriban Vəliyevanın müavinləri bəlli oldu - FOTO

15
(Yenilənib 12:18 05.03.2021)
Onlar Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıblar

BAKI, 5 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar həyata keçirilib. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.

  • Xəyalə Əhmədzadə
    © Photo : From personal archives Hayala Ahmedzade
  • Orxan Kərimov
    © Photo : From personal archives Orhan Kerimov
1 / 2
© Photo : From personal archives Hayala Ahmedzade
Xəyalə Əhmədzadə

Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

15
Teqlər:
təyinat, müdir müavini, BŞTİ

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 23:55 07.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0