Təhsil naziri Emin Əmrullayev

Azərbaycanlı nazirdən kövrək paylaşım: Ümid edək, vəziyyət yaxşılaşacaq...

24
(Yenilənib 17:53 01.02.2021)
Qeyd edək ki, bu gündən ölkədəki ümumtəhsil məktəblərinin I və IV sinifləri ənənəvi təhsilə başlayıblar.

BAKI, 1 fevral — Sputnik. "Bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür. Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərə rastlamısınız". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb. "Ümid edək ki, COVID-19-la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər. Hamıya uğurlar arzulayıram!"

Qeyd edək ki, bu gündən ümumtəhsil məktəblərinin I və IV sinifləri ənənəvi təhsilə başlayıblar.

24
Teqlər:
COVID-19, məktəb, paylaşım, sosial şəbəkə, təhsil naziri

Nazirlik dərslərin dayandırılması ilə bağlı xəbərə aydınlıq gətirdi

39
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov illəri qarışdırmamağı tövsiyə edib

BAKI, 2 mart — Sputnik. "Hazırda ümumtəhsil müəssisələrində dərslər öz qaydasında davam edir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

39
Teqlər:
məktəb, bağlanma, karantin, dərs, Təhsil Nazirliyi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

Mars səthində nəhəng burulğanlar - VİDEO

27
(Yenilənib 00:20 28.02.2021)
Marsın cənub yarımkürəsindəki kraterin dibində hərəkət edən burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir

BAKI, 28 fevral - Sputnik. ExoMars-2016 missiyasının Trace Gas Orbiter Rusiya-Avropa kosmik aparatı Mars planetinin səthində nəhəng burulğanların şəklini çəkib. 

Sputnik Azərbaycan bildirir ki, şəkilləri "Roskosmos" paylaşıb.

"Nəhəng toz burulğanları Mars səthində daimi hadisədir. 2021-ci il fevralın 27-də Trace Gas Orbiter aparatındakı CaSSIS kamerası ilə 45 saniyə fərqlə çəkilmiş bu iki şəkildə iki hərəkət edən burulğan görünür", - dövlət şirkətinin saytında deyilir.

Məlumat verilir ki, parlaq ləkələr Marsın cənub yarımkürəsində, 70 kilometrik kraterin dibi ilə hərəkət edərək özlərindən sonra tünd rəngli zolaqlar buraxır. İki toz sütununun hərəkət edən kölgəsi də görünür. Burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir. 

Marsdakı burulğanların hündürlüyü 8 kilometrə çata bilər. Onlar özlərindən sonra onlarla, yüzlərlə kilometr enində izlər qoya bilir. Qırmızı planetin burulğanlarının öyrənilməsi son dərəcə vacib hesab olunur. Çünki bu, onların zaman keçdikcə planetin iqliminə necə təsir etdiyini anlamağa kömək edər.

27
Teqlər:
burulğan, toz, planet, Mars
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0