Məktəbli forması

Gözlənilən "partlayış" olmadı: uşaqlar sabah edəcəklər? - REPORTAJ

120
(Yenilənib 12:47 31.01.2021)
Məktəblərdə ənənəvi təhsilin qismən bərpası ərəfəsində sağlamlıq problemi ilə yanaşı, valideynləri daha bir sual düşündürür: uşaq dərsə nə geyinəcək?

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Hər il valideynlərin məktəblə bağlı qayğıları sentyabr ayının əvvəlindən başlayırdısa, bu tədris ili onlar övladlarını məktəbə göndərmək üçün yanvar ayında alış-verişə çıxmaq məcburiyyətində qalıblar. Buna səbəb isə pandemiya ilə əlaqədar məktəblərdə mərhələli əyani təhsilin tədris ilinin ikinci yarımilindən bərpa edilməsidir. Artıq sosial platformada valideynlərin məktəbli formaları ilə bağlı narahatlıq dolu fikirlərinə rast gəlinir. Kimisi bu il pandemiyaya görə məktəblər bağlandığından övladına ümumiyyətlə məktəbli forması almadığını deyir, kimisi də aldığı formanın uşağının əyninə gəlmədiyindən şikayətlənir.

© Sputnik / Zulfiyya Guluyeva
Bakı Tikiş Evi (BTE)

Sputnik Azərbaycan məktəbli forması bazarında formalara tələbatı, qiymətləri araşdırıb.

Bakı Tikiş Evinin (BTE) əsas satış mərkəzi açıq olsa da, valideynlərə rast gəlmədik. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblər fevralın 1-dən açılmalı olsa da, hələ ki, valideynlər məktəbli forması almağa tələsmirlər: "Məktəbli forması satışda kifayət qədərdir. Amma alıcı, demək olar ki, yox səviyyəsindədir. Dünən cəmi beş ədəd məktəbli forması satmışıq".

© Sputnik / Zulfiyya Guluyeva
BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov

E.Əzimov deyir ki, məktəbli formalarının qiymətində heç bir dəyişiklik olmayıb: "I-VI siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün kostyumun qiyməti isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Köynəklərin qiyməti 26-dan 54 ölçüyədək 8 manatdır".

Şöbə müdiri bildirir ki, yuxarı siniflərdə də dərslər bərpa olunarsa, onlar üçün də kifayət qədər məktəbli forması var: "Hələ satışda olanlar satılmayıb. Bizim lazımi qədər parçamız var. Əgər tələbat olarsa, tikilib satışa qoyulacaq".

E.Əzimovun sözlərinə görə, məktəbli formaları bu il ancaq BTE-nin bir əsas satış mərkəzində satılacaq. Digər mağazalar isə pandemiyaya görə fəaliyyət göstərmir.

  • Bakı Tikiş Evi (BTE)
    © Sputnik / Zulfiyya Guluyeva
  • Bakı Tikiş Evi (BTE)
    © Sputnik / Zulfiyya Guluyeva
  • Bakı Tikiş Evi (BTE)
    © Sputnik / Zulfiyya Guluyeva
  • Məktəbli forması
    © Sputnik / Zulfiyya Guluyeva
  • Məktəbli forması
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 5
© Sputnik / Zulfiyya Guluyeva
Bakı Tikiş Evi (BTE)

Digər satış yerlərində də məktəbli formalarına elə də böyük tələbat müşahidə olunmur. Bayıl qəsəbəsində geyim mağazasının satıcısı Mahmud Ömərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir neçə gündür məktəbli formalarını satışa çıxarsa da, cəmi 12 dəst sata bilib: "Belə görünür ki, valideynlərin çoxu uşağını məktəbə göndərməyəcək. Göndərənlər isə ancaq ağ köynək alır. Məktəbli forması dəstinə, demək olar ki, tələbat yoxdur. Çünki hələ heç kəs bilmir ki, məktəblər nə vaxtadək fəaliyyət göstərəcək".

Valideynlərin çoxu isə uşağını ötən tədris ili aldığı məktəbli forması ilə dərsə göndərəcəyini söyləyir. Valideyn Günel Salmanova deyir ki, üç övladından biri ibtidai sinifdə təhsil alır. Amma ona da məktəbli forması almaq niyyətində deyil: "Ötən ildən forma almışam. Ətəyi bir az qısalsa da, onu geyindirəcəyəm. Uşağa məktəbə görə ancaq ayaqqabı almaq fikrindəyəm. Çünki hələ bilmirəm, məktəbdə dərslər nə vaxtadək keçiriləcək".

120
Teqlər:
məktəbli forması, geyim, bərpa, ənənəvi təhsil, məktəb

Nazirlik dərslərin dayandırılması ilə bağlı xəbərə aydınlıq gətirdi

39
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov illəri qarışdırmamağı tövsiyə edib

BAKI, 2 mart — Sputnik. "Hazırda ümumtəhsil müəssisələrində dərslər öz qaydasında davam edir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

39
Teqlər:
məktəb, bağlanma, karantin, dərs, Təhsil Nazirliyi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

Mars səthində nəhəng burulğanlar - VİDEO

27
(Yenilənib 00:20 28.02.2021)
Marsın cənub yarımkürəsindəki kraterin dibində hərəkət edən burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir

BAKI, 28 fevral - Sputnik. ExoMars-2016 missiyasının Trace Gas Orbiter Rusiya-Avropa kosmik aparatı Mars planetinin səthində nəhəng burulğanların şəklini çəkib. 

Sputnik Azərbaycan bildirir ki, şəkilləri "Roskosmos" paylaşıb.

"Nəhəng toz burulğanları Mars səthində daimi hadisədir. 2021-ci il fevralın 27-də Trace Gas Orbiter aparatındakı CaSSIS kamerası ilə 45 saniyə fərqlə çəkilmiş bu iki şəkildə iki hərəkət edən burulğan görünür", - dövlət şirkətinin saytında deyilir.

Məlumat verilir ki, parlaq ləkələr Marsın cənub yarımkürəsində, 70 kilometrik kraterin dibi ilə hərəkət edərək özlərindən sonra tünd rəngli zolaqlar buraxır. İki toz sütununun hərəkət edən kölgəsi də görünür. Burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir. 

Marsdakı burulğanların hündürlüyü 8 kilometrə çata bilər. Onlar özlərindən sonra onlarla, yüzlərlə kilometr enində izlər qoya bilir. Qırmızı planetin burulğanlarının öyrənilməsi son dərəcə vacib hesab olunur. Çünki bu, onların zaman keçdikcə planetin iqliminə necə təsir etdiyini anlamağa kömək edər.

27
Teqlər:
burulğan, toz, planet, Mars
Tisian Veçellionun əsəri, arxiv şəkli

Tisianın itmiş hesab olunan əsərlərindən biri təsadüf nəticəsində tapılıb

0
Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horasio Veçellio əlavə edib. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran Mur sənətkarın imzasını da görüb: TITIANVS.

BAKI, 3 mart — Sputnik. İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Tisian Veçellionun itmiş hesab olunan əsərlərindən biri tapılıb. Rəsmi britaniyalı restavrator və sənətşünas Ronald Mur İngiltərədə əyalət kilsələrinin birində aşkarlayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, intibah dövrünə aid rəsm Ledburi şəhərində "Müqəddəs Mixail və bütün mələkləri" məbədində təsadüfən diqqətini çəkib. Əsər yüz ildən artıq idi ki, orada heç kim tərəfindən tanınmadan asılı halda qalıbmış.

Ronald Mur Leonardo da Vinçinin "Son Şam yeməyi" freskasının 19-cu əsrə aid nüsxəsini bərpa etmək üçün oraya gedibmiş. O, kilsənin gözdən uzaq küncündə üzəri eyni mövzuda işlənmiş kətan tapıb. Əsərə baxdıqda onun çox-çox əvvəl çəkildiyi aydın olub.

Rəsmdən bir neçə qat solğun lak silindikdən sonra Mur Tisianın "imzasını" - həvarilərdən birinin obrazında sənətkarın öz portretini tapıb. Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horasio Veçellio əlavə edib. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran Mur sənətkarın imzasını da görüb: TITIANVS.

 

0