Notebook

Qadınlar üçün tədris portalı yaradıldı

15
(Yenilənib 22:12 05.01.2021)
Yaxın gələcəkdə rəqəmsal marketinq və proqramlaşdırma kursları ilə bağlı materiallar da portala yerləşdiriləcək

BAKI, 5 yanvar — Sputnik. Azərbaycanda əhalinin, o cümlədən xanımların rəqəmli bacarıqlarının artırılması və informasiya-kommunikasiya texnologiyalarından istifadəsi üzrə biliklərinin inkişafı məqsədilə onlayn tədris portalı yaradılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iktlab.edu.az onlayn tədris portalı İKT və rəqəmli bacarıqlar üzrə videodərslərdən ibarət ödənişsiz onlayn təlimləri təqdim edir. Portala ana dilimizdə hazırlanmış İKT və rəqəmli texnologiyalar üzrə müxtəlif mövzulara həsr edilən təlimlər yerləşdirilib. Bu kurslar sayəsində istifadəçilər interaktiv formada onlayn təlimlərdə iştirak edəcəklər. Hazırda portalda rəqəmli bacarıqların əsasları, internet texnologiyalarından istifadə və digər bu kimi kurslar üçün videoməlumatlar mövcuddur. Yaxın gələcəkdə rəqəmsal marketinq və proqramlaşdırma kursları ilə bağlı materiallar da portala yerləşdiriləcək.

Tədris portalının yaradılmasının məqsədi ölkəmizin hər bir nöqtəsində əhalinin, xüsusilə xanımların ödənişsiz əsaslarla bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir. Təlimləri uğurla başa vuran şəxslər portal üzərindən dərhal sertifikatlarını əldə edə bilərlər.

Onlayn layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi, eləcə də "İKT LAB" Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Portal "Qadınlar üçün multimedia onlayn kurs və veb-portalın inkişafı" adlı layihə çərçivəsində hazırlanıb.

Bu layihə Ümumdünya Telekommunikasiya İnkişaf Konfransının Regional Təşəbbüslər Çərçivəsi üzrə regional layihələrin reallaşdırılması qərarına əsasən icra olunur.

Qeyd edək ki, https://iktlab.edu.az/ portalında yerləşdirilən təlimlərə qatılmaq üçün qeydiyyatdan keçməyiniz yetərlidir.

15
Dərs cədvəlinə baxan məktəbli, arxiv şəkli

Şagirdlərin qış tətilinin vaxtı açıqlandı

45
(Yenilənib 19:16 21.01.2021)
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublunun verdiyi açıqlamaya görə, qış tətili şənbə və bazar günləri də daxil olmaqla cəmi 5 gün olacaq.

BAKI, 21 yanvar — Sputnik. Yanvarın 27-də şagirdlərin qış tətili başlayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, qış tətili fevralın 1-dək davam edəcək. Həmin gün tədris ilinin ikinci yarımili başlayacaq.

45

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

53
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

53

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya