Beşbarmaq dağı, arxiv şəkli

Beşbarmaq qalasının 4 qala bürcündən ikisi aşkarlanıb

59
8 m diametrində olan iri daşlardan qurulmuş narınqala bürcü və qala divarlarının qalıqları burada qala şəhərin mövcudluğundan xəbər verir.

BAKI, 5 yanvar — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2020-ci il sərəncamı ilə yaradılmış "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhəd və mühafizə zonasının müəyyən olunması, qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin və turistlər tərəfindən ziyarət olunan əsas mədəni irs obyektlərinin elmi-arxeoloji cəhətdən tədqiq olunması üçün Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən qoruq ərazisində ilkin arxeoloji kəşfiyyat işlərinə və elmi tədqiqatlara başlanmış və bir sıra vacib elmi nəticələr əldə edilib. Arxeologiya və Etnoqrafiya İnstitutundan Sputnik Azərbaycan-a verilən məlumata görə, AMEA-nın elmi işçisi Sevinc Hüseynovanın rəhbərlik etdiyi "Beşbarmaq" arxeoloji ekspedisiyası tərəfindən qoruq ərazisində ilk dəfə aparılmış elmi tədqiqatların əsas məqsədi tarixi Beşbarmaq qalasının, onun yaxınlığında yerləşən tarixi qəbirstanlığın, orta əsrlərə aid karvansarayın, Sasani dövrünə aid müdafiə səddinin, digər tikililərin memarlıq xüsusiyyətlərini, dövrünü müəyyənləşdirmək, bölgənin gələcəkdə mədəni turizm perspektivləri üçün abidələri tədqiq edərək təkliflər hazırlamaq olub.

© Photo : Azerbaijan National Academy of Sciences
"Beşbarmaq" Qoruğu ərazisində arxeoloji tədqiqatlar

İlkin tədqiqatlar nəticəsində Beşbarmaq qala tikililərinin və mənbələrdə adı çəkilən 4 qala bürcündən ikisinin yeri tapılaraq müəyyən olunub, narınqalanın daxilindəki tikililərin ikisi açılaraq yeri və təyinatı haqqında bəzi elmi nəticələr əldə edilib.

"Beşbarmaq" Qoruğu ərazisində aparılmış arxeoloji tədqiqatlar ərazinin mədəni irs dəyərinin gələcəkdə yerli və xarici turistlərə daha yaxşı izah edilməsi, müvafiq mədəni turizm məhsullarının hazırlanması, həm də Beşbarmaq ərazisinin elmi-arxeoloji nöqteyi-nəzərindən tədqiq edilməsi üçün bir mərhələ kimi qarşıya çıxıb.

Narınqalanın daxilindəki dördkünc planda olan tikililər sal qaya parçaları ilə hörülmüşdür. 3x4 m ölçülərində olan tikililərin alt hissəsində, 4 qatdan sonra antiseysmik tədbir kimi divarın perimetri boyu seysmik qurşaq adlandırılan kətillər, taxta materialdan tirlər düzülüb.

© Photo : Azerbaijan National Academy of Sciences
"Beşbarmaq" Qoruğu ərazisində arxeoloji tədqiqatlar

Otağın şərq divarında oval formada kürsü qurulub. Kürsünün içərisi istinin təsirindən qızarmış və hisdən qaralıb. Otaqlardan XIV-XV əsrlərə aid keramika qalıqları aşkar olunub. Tikililərdən aşağı təbəqədə divar qalıqlarının aşkar edilməsi qalanın daha erkən dövrlərə aid olduğunu söyləməyə əsas verir.

Orta əsrlərə aid mənbələrdə təsvir edilən 4 qala bürcündən biri və bürcə bitişik qala divarının bir hissəsi qazılaraq tədqiq edildi. 8 m diametrində olan iri daşlardan qurulmuş narınqala bürcü və qala divarlarının qalıqları burada qala şəhərin mövcudluğundan xəbər verir.

© Photo : Azerbaijan National Academy of Sciences
"Beşbarmaq" Qoruğu ərazisində arxeoloji tədqiqatlar

Qalanın cənub şərqində dağılmış tikililərin qalıqları olan sahədə də tədqiqatlar aparılıb. Buradakı qalıqların XIX-XX əsrin əvvəllərinə aid yaşayış evlərinin dağıntıları olduğu müəyyən edilib. Maraqlısı odur ki, evlərin tikintisi zamanı daha qədim dövrlərə aid sənduqələrdən tikinti materialı kimi istifadə edilib. Yaşayış evlərinin divarlarında sənduqələrdən tikinti materialı kimi geniş şəkildə istifadə olunmasına ilk dəfədir rast gəlinir. Hər bir dördkünc tikilinin divarlarında bir və ya iki sənduqənin olduğunu müşahidə etmək mümkündür. Sənduqələrin üzəri həndəsi və nəbati ornamentlərlə bəzədilib.

Bəzi naxışların sonu altı guşəli ulduzla yekunlaşır. Parallel divarlarda aparılan kəşfiyyat işləri onlardan birinin istiqamətini müəyyən etməyə imkan verib. Bu divar, Qalaşıxı kəndindən başlayaraq dənizə qədər uzanır. Səddin şimalında, iki yerdə bürc və ya müşahidə qülləsinin qalıqları aşkar edilib. Tədqiqatların sonunda abidənin xüsusiyyətləri, arxeoturizm perspektivləri haqqında təkliflər hazırlanaraq Dövlət Turizm Agentliyinə təqdim olunub.

59
Şıxzərli palçıq vulkanı

Alovsuz, amma güclü ecazkar: Şıxzərli vulkanının püskürmə anı - VİDEO - FOTO

137
(Yenilənib 01:39 15.01.2021)
Vulkan püskürməzdən əvvəl güclü uğultuyla "xəbərdarlıq" edib. Sonra yerin dərinliklərindən qalxan palçıq kütlələri 2.5 hektar sahəyə yayılıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. 2021-ci il 09 yanvar tarixində saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal-qərbində yerləşən Şıxzərli palçıq vulkanının püskürməsi ilə əlaqədar Ekologiya Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları ərazidə monitorinqlər aparıblar.

Bu barədə Sputnik Azərbayan-a qoruğun direktoru Ceyhun Paşayev məlumat verib.

O bildirib ki, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə püskürüb.

Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.

1 / 7
Şıxzərli palçıq vulkanı

"Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatlar şimal və şimal-qərb istiqamətində daha sıx və dərindir. Çatların orta enliliyi 0,7 metr, bəzi yerlərdə uzunluğu 150 metrə çatır. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir", - C.Paşayev bildiirb.

Direktorun sözlərinə görə, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.

Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.

137
Teqlər:
video, püskürmə, palçıq vulkanı, Qobustan
İşğaldan azad olunmuş Şuşa

Qəbul imtahanlarında yeni tip suallar olacaq

80
Məleykə Abbaszadə bildirib ki, qəbul imtahanlarında o tip suallar verməyə ixtiyarları var. Kömək üçünsə "Abituriyent-1" jurnalını oxumağı tövsiyə edib.

BAKI, 14 yanvar — Sputnik. Qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

O qeyd edib ki, Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq: "Suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".

80
Teqlər:
müharibə, Vətən, sual, qəbul imtahanı, imtahan

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0