CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Virtual Məktəb"də bəzi siniflər silinəcək

© AP Photo / Thanassis StavrakisДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
1-2 yanvar 2021-ci il tarixlərində "Virtual məktəb"də ötən tədris ili üzrə arxivləşdirilmiş siniflərin silinməsi nəzərdə tutulur

BAKI, 29 dekabr — Sputnik. Hazırda "Virtual məktəb" platformasında dərslər cari tədris ili üzrə formalaşdırılmış yeni siniflərdə həyata keçirilir. Bunu nəzərə alaraq, 1-2 yanvar 2021-ci il tarixlərində "Virtual məktəb"də ötən tədris ili üzrə arxivləşdirilmiş siniflərin silinməsi nəzərdə tutulur. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu siniflərin saxlanılmasında əsas məqsəd müəllim və şagirdlərin yeni siniflərə rahat uyğunlaşmasının təmin edilməsi olub. Artıq köhnə siniflərin silinəcəyini nəzərə alaraq, müəllimlərdən köhnə siniflər üzrə işləri yekunlaşdırmaq xahiş olunur.

Qeyd edək ki, platformada cari tədris ilindən etibarən məktəb rəhbərləri tərəfindən siniflərin formalaşması funksionalı əlavə olunub. Belə ki, hazırda məktəb direktorları və direktor müavinləri sistemə daxil olub, profillərində rəhbərlik etdikləri məktəblərin siniflərini və müəllimlərini əlaqələndirərək idarə edə bilirlər. Cari ilin 2 aprel tarixindən etibarən ölkədə ən iri milli onlayn platforma olan "Virtual məktəb"də məsafədən tədris təşkil olunur. Müəllim və şagirdlər platformada qeydiyyatdan keçərək siniflər üzrə dərslərə qoşulur və təqdim olunan bir çox təhsil imkanlarından faydalanırlar.

Xəbər lenti
0