Abituriyentlərin diqqətinə: ixtisas qruplarında dəyişiklik olundu

94
2021-ci ildən etibarən II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupunda yerləşdirilməsi nəzərdə tutulur

BAKI, 23 dekabr — Sputnik. "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə hazırladığı qərar layihəsi müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

Qeyd olunub ki, qərar layihəsində "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının ali təhsil müəssisələrindəki tədris planları və qəbul imtahanlarında ixtisas qruplarına aid olan fənlər üzrə tələb olunan bilik və bacarıqlar nəzərə alınaraq 2021-ci ildən etibarən II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupunda yerləşdirilməsi nəzərdə tutulur.

94
Teqlər:
dəyişiklik, II və III ixtisas qrupları, III ixtisas qrupu, ixtisas qrupları, abituriyent
Keşikçidağda aşkarlanan tarixi abidə

Daha bir ərazimizdə arxeoloji abidələr aşkarlandı

13
"Qaltan dərəsi" adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkarlanıb.

BAKI, 23 yanvar — Sputnik. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı, təbliği, tədqiqi və ərazisində müvafiq infrastrukturun yaradılması məqsədilə görülən tədbirlər çərçivəsində ötən ilin dekabr ayından Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən qoruğa avtomobil yolunun çəkilməsinə başlanılıb. Sputnik Azərbaycan-a Dövlət Xidmətindən verilən məlumata görə, yolun inşası zamanı arxeoloji abidələrin ehtimal edildiyi ərazilərdə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılıb. Aparılan arxeoloji tədqiqat və xilasetmə işləri zamanı inşa edilən yolun üzərində və ona bitişik ərazidə 5 daş örtüklü kurqan aşkar edilib. Şəraitə uyğun olaraq abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparıldı. "Qaltan dərəsi" adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkarlanıb.

İkinci kurqanda daş örtüyü altında, təqribən 1.2 m dərinlikdə son tunc dövrü üçün xarakterik olan dəfn adəti (üzü şərqə tərəf, sıx bükülü pozada dəfn, keramik məmulat, tuncdan əmək alətləri, qəbirə qoyulmuş və "o dünyaya yolda azuqəlik" kimi nəzərdə tutulan ev heyvanlarının bişirilmiş hissələrinin sümük qalıqları) qeydə alınıb.

  • "Keşikçidağ"da aşkarlanan tarixi abidə
    © AR Ministry of Culture
  • "Keşikçidağ"da aşkarlanan tarixi abidə
    © AR Ministry of Culture
  • "Keşikçidağ"da aşkarlanan tarixi abidə
    © AR Ministry of Culture
  • "Keşikçidağ"da aşkarlanan tarixi abidə qədim əşyaların qalıqları
    © AR Ministry of Culture
  • "Keşikçidağ"da aşkarlanan tarixi abidə
    © AR Ministry of Culture
1 / 5
© AR Ministry of Culture
"Keşikçidağ"da aşkarlanan tarixi abidə

"Karvandərəsi" adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş üç kurqan tipli abidələrdə xilasetmə işləri aparılmışdır. Kurqanların birinin dəfn kamerasında qədim dövrlərdə baş vermiş talanın izlərinə rast gəlinib.

Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat (dopu və küpələr), tuncdan az ölçülü nizə ucluğu, azuqə qalıqları qeyd olunub.

Ərazidən toplanmış keramik materialın fraqmentləri, həmçinin, sitayiş daşının analogiyası qeyd olunan tarixi obyektlərin son tunc-erkən dəmir dövrünə (e.ə II minilliyin sonu I minilliyin əvvəlinə), Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir.

Tapıntılardan radiokarbon və izotop analizlər üçün nümunələr seçilib.

Əldə olunan nəticələr göstərir ki, "Keşikçidağ kurqanlar vadisi" qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.

13
AMEA-nın binası, arxiv şəkli

AMEA-da yenilik edilib, Rəyasət Heyəti...

13
(Yenilənib 14:28 23.01.2021)
AMEA-nın elmi müəssisə və təşkilatlarında təsərrüfat, təchizat, texniki təminat və digər bu istiqamətlər üzrə fəaliyyətin yeni əsaslarla təşkili üçün Təchizat və xidmət şöbəsi yaradılıb.

 

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatında inzibati-idarəçilik fəaliyyətinin təşkili, aparatın strukturundakı idarə və şöbələrin fəaliyyətinin əlaqələndirilməsi, icra mexanizminə nəzarət məqsədilə AMEA Rəyasət Heyəti Aparatının rəhbərliyi yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AMEA prezidenti Ramiz Mehdiyevin imzaladığı "AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında" qərarda öz əksini tapıb.

Qərarda qeyd olunub ki, AMEA-nın elmi müəssisə və təşkilatları üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək, bu istiqamətdə şəffaflığı təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti Aparatının Maliyyə şöbəsinin strukturunun və idarəedilməsinin yeniləşdirilməsi istiqamətində konkret tədbirlər həyata keçiriləcək.

Eyni zamanda AMEA üçün ayrılmış büdcə vəsaitlərinin Akademiyanın elmi müəssisə və təşkilatları tərəfindən maddi-texniki təchizat, xidmət və digər tələbatların ödənilməsi üzrə istifadəsinə mərkəzi nəzarəti gücləndirmək, bu sahədə şəffaflığı və səmərəliliyi artırmaq üçün aparatın strukturunda Xüsusi təchizat və xidmət idarəsi yaradılıb.

AMEA-nın elmi müəssisə və təşkilatlarında təsərrüfat, təchizat, texniki təminat və digər bu istiqamətlər üzrə fəaliyyətin yeni əsaslarla təşkili üçün Təchizat və xidmət şöbəsi yaradılıb.

13
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0