Distant təhsil, arxiv şəkli

Onlayn təhsil uşaqların psixikasını zədələyir - SOS

96
Əgər uşaq şeir deyən zaman internet donursa, müəllim dəfələrlə təkrar etməsini istəyirsə, bu uşağa təsir edir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Virtual məktəb, onlayn təhsil uşaqların psixikasına müxtəlif təsir göstərir. İnternetin zəif olması, müxtəlif evlərdən gələn səslər, uşaqların kopmuter qarşısında davranışları onların psixikasına zərbə vurur.

"Ötən gün axşam işdən evə gələndə 7-ci və 8-ci sinifdə oxuyan övladlarımın aqressiv davrandığını gördüm. Onlayn şəkildə təhsil alan uşaqar əvvəlcə internetin zəif olmasından, daha sonra isə qarşı tərəfdə olanların internetinin zəif olmasından, dərsi başa düşə bilməmələrindən şikayətlənirdi" - deyən Bakı sakini İlahə Əliyeva bildirir ki, özü uşaqların təhsildən geri qalmaması üçün bacardığı şəraiti yaradıb.

Ancaq internet problemi, dərslərə qoşula bilməmə, bəzi dərslərin düzgün zamanda planlanmaması, bəzi dərslərin yalnız virrual məktəblə deyil, WhatsApp və Zoom-la keçirilməsi onları ciddi yorur.

"Oğlum deyir ki, "ana, mən məktəbə getmək istəyirəm, onlayn təhsil məni yorur. Bütün gün kompüter qarşısında olmalıyam, başım və gözlərim ağrıyır". Qalmışam çarəsiz. Hər gün də koronavirusa yoluxan şagirdlərin statistikası açıqlanır. Nə edim, necə edim, bilmirəm..."

Onlayn təhsil uşaqların psixikasına necə təsir edir? Sputnik Azərbaycan bu məsələni araşdıırb.

Psixoloq Ramin Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirb ki, virtual dərslər uşaqlara fərdi olaraq təsir edir. Məsələn, özünə qapalı olan, məktəbə gedəndə heç kimlə qaynayıb-qarışmayan uşaqlara bu yaxşı təsir edir.

"Minimum kontakt sevən uşaqlar ekranda müəllimlə qısa kontaktda olur, dərs bitir. Yəni, virtual məktəbin onlar üçün əks təsiri olmur. Əksinə, zövq qalırlar. Ancaq məktəbə təkcə dərs üçün deyil, ünsiyyət, dostluq, qaynayıb-qarışmaq üçün gedən uşaqlar üçün virtual məktəb qəbulolunmazdır. Çünki belə uşaqlar ünsiyyəti itiriblər. Və virtual məktəbi çətin qəbul edirlər" - deyən psixoloq vurğulayıb ki, onlayn təhsilin uşaqlar üçün müsbət və mənfi təsirləri var.

Belə ki, bəzi uşaqlar onlara tapşırılan dərsləri dərslikləri kameradan kənarda qoyaraq, kitabın üzündən oxuyurlar. Və yaxud internetin olmaması bəhanə edilə bilər. Yəni, dərsdən yayınmaq istəyən uşaqlar üçün onlayn təhsil əlverişlidir.

Psixoloq Zeynəb Eyyubova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, göz təması, üz-üzə baxış, təmas çox əhəmiyyətlidir. Ancaq təəsüf olsun ki, virtual məktəb layihəsində bunların heç biri yoxdur: "Təsəvvür eidn, dərs oxumaq üçün hər uşaq bir otağa keçir. Hər evdən bir səs gəlir. Müəllim bilmir ki, səsləri tənzimləsin, yoxsa dərs keçsin. Azərbaycan üçün bu layihə hələ çətin qbul ediləndir. İnterneti, ailədə 3 uşağı olub, telefon və kompüteri olmayan evlər var. Şəhərdə yaşayan insanlarla, bir qədər ucqar ərazilərdə yaşayan insanları müqayisə etsəniz, virtuallığın hansı dərəcədə qəbul edilyini bilmiş olarsınız".

Psixoloq bildirir ki, onlayn təhsil prosesi ilə bağlı müxtəlif videoçarxlar sosial şəbəkələrdə yayılır. Uşaqların dərs zamanı başqa işlərlə məşğul olması, fikrinin dərsdən yayınması, eyni anda 20-30 uşaqla kontakta girməsi bir daha sübut edir ki, onlayn təhsil uğursuz olacaq.

Z. Eyyubova vurğulayıb ki, 1 ci siniflər 70-ci sinifin virtual dərsləri qəbul etməsi eyni deyil: "Yeddi yaşlı uşağın diqqət müddəti 5-7 dəqiqədir. On birinci sinif şagirdinin diqqət müddəti isə 10-15 dəqiqədir. Dərs zamanı müəllimin uşaqlara müraciəti, dərs arası digər replikalar, dərs zamanı evlərdən gələn müxtəlif səslər nəticəsində dərs müddəti keçir, ancaq orta nailiyyət yoxdur. Əgər uşaq şeir deyən zaman internet donursa, müəllim dəfələrlə təkrar etməsini istəyirsə, bu uşağa təsir edir".

Psixoloq bildirir ki, illərlə uşaqların televizor, komputer, telefon və planşetlərdən uzaq tutulması təbliğ edilib. Bu cihazların uşaqlara zərərləri aşılanıb. Ancaq indi uşaqlara bu alətləri özümüz veririk: " Birinci sinif şagirdinə onlayn təhsilin verilməsi, bunun uşaq tərəfindən qəbul edilməsi nə dərəcədə mümkündür? Bilmirəm!".

Təhsil eksperti Qoşqar Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirb ki, onlayn təhsilin uşaqların psixikasına mənfi təsirləri var. Bu uşaqlarda kompüter aludəçiliyinə gətirib çıxara bilər: "Həddi-buluğa çatan uşaqlar çox zaman valideyninə deyir ki, dərs oxuyur. Valideyn buna nəzarət etməsə, şagirdlər yaşlarına uyğun olmayan oyunlara aludə ola bilər, videolara baxa bilər. Kompüter və planşet uşaqda vərdiş halına çevrilə bilər".

Ekspert həmçinin vurğulayıb ki, ibtidai sinif şagirləri onlayn təhsillə tətmin olmur. Çünki onlar öz davranışlarını və bacarıqlarını sərgiləyə bilmirlər.

"Onlayn təhsildən müəllim də, şagird də eyni təsirə məruz qalır. Onlayn təhsil zamanı mimikalar və bədən dili zəif qalır. Bədən dili və mimika olmadığı üçün ünsiyyət zəifləyir. Ünsiyyət tədris üçün çox vacibdir. Şagirdlər sevgisiz heç nə öyrənə bilmir. İnternet mühitində isə bu hissin yaranması mümkün deyil" - deyə ekspert bildirib.

Belə...

Bu ilin mart ayından uşaqlar onlayn təhsil sisteminə istiqamətləndirildi. Bir çox ekspertlər onlayn təhsilin uşaqlar arasında təhsil uçurumunu dərinləşdirdiyini iddia etsə də, bir çox ailələr onlayn təhsilə qoşula bilməsə də, pandemiya səbəbi ilə hələ ki, ölkədə onlayn təhsil davam edir. Bir tərəfdə təhsildən kənarda qalanlar, digər tərəfdə isə onlayn təhsilə qoşulub, stress keçirən şagird kütləsi var. Belə görünür ki, gələcəyimiz sual altındadır...

96
Şıxzərli palçıq vulkanı

Alovsuz, amma güclü ecazkar: Şıxzərli vulkanının püskürmə anı - VİDEO - FOTO

141
(Yenilənib 01:39 15.01.2021)
Vulkan püskürməzdən əvvəl güclü uğultuyla "xəbərdarlıq" edib. Sonra yerin dərinliklərindən qalxan palçıq kütlələri 2.5 hektar sahəyə yayılıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. 2021-ci il 09 yanvar tarixində saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal-qərbində yerləşən Şıxzərli palçıq vulkanının püskürməsi ilə əlaqədar Ekologiya Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları ərazidə monitorinqlər aparıblar.

Bu barədə Sputnik Azərbayan-a qoruğun direktoru Ceyhun Paşayev məlumat verib.

O bildirib ki, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə püskürüb.

Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.

1 / 7
Şıxzərli palçıq vulkanı

"Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatlar şimal və şimal-qərb istiqamətində daha sıx və dərindir. Çatların orta enliliyi 0,7 metr, bəzi yerlərdə uzunluğu 150 metrə çatır. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir", - C.Paşayev bildiirb.

Direktorun sözlərinə görə, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.

Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.

141
Teqlər:
video, püskürmə, palçıq vulkanı, Qobustan
İşğaldan azad olunmuş Şuşa

Qəbul imtahanlarında yeni tip suallar olacaq

80
Məleykə Abbaszadə bildirib ki, qəbul imtahanlarında o tip suallar verməyə ixtiyarları var. Kömək üçünsə "Abituriyent-1" jurnalını oxumağı tövsiyə edib.

BAKI, 14 yanvar — Sputnik. Qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

O qeyd edib ki, Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq: "Suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".

80
Teqlər:
müharibə, Vətən, sual, qəbul imtahanı, imtahan
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Kimə vaxt? - Azərbaycanda vaksinlərin vurulacağı gün bəlli oldu

5
Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə yanaşı, koronavirus əleyhinə vaksinasiyaya da start verilir

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.

O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.

5
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər